Font size
WorksheetsKöməkçi nitq hissələri 4-cü sinif
Total questions: 10
Worksheet time: 8mins
Hansı sıra yalnız köməkçi nitq hissələrindən ibarətdir?
və, axı, bəlkə
kim, rəng, yol
sən, sifət, sual
Altından xətt çəkilmiş hansı söz köməkçi nitq hissəsidir?
Hadisənin şahidi tək sənsən.
Səhrada tək ağac bitmişdi.
Bu cür ağır işin öhdəsindən tək gəldi.
" ..... hamı, ...... üçyaşlı Lalə bu şeiri bilir, ......... sən billmirsən"
cümləsində nöqtələrin yerində hansı sözlər yazılmalıdır?
Beləliklə, hətta, təkcə
Hətta, beləliklə, təkcə
Təkcə, hətta, beləliklə
"O yalnız isrirahət günlərində gəzməyə gedə bilirdi, çünki ancaq həmin günlərdə onun boş vaxtı olurdu"
cümləsində leksik mənaya malik olmayan sözləri seçin.
yalnız, çünki, ancaq
yalnız, həmin, boş
çünki, ancaq, vaxt
Hansı cümlədə sarı sözü heç bir suala cavab vermir?
Uşaq qollarını açıb anasına sarı qaçdı.
Tibb bacısı yaralının əlini sarıdı.
Çimnaz gəlinciyinin sarı saçlarını darayıb hördü.
"Davud əynini qalın geyindi, çünki bayırda hava çox soyuq idi"
cümləsində altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar?
ona görə ki
lakin
ancaq
Hansı cümlədə altından xətt çəkilmiş söz əsas nitq hissəsidir?
Başqa işçilərə ehtiyac var.
Yağışdan sonra yolda gölməçələr əmələ gəlmişdi.
Özünü balaca uşaq kimi aparırsan.
Nöqtələrin yerinə uyğun gələn köməkçi nitq hissəsini seçin.
Dostum tələsirdi, ..... məclisdən tez getdi.
buna görə də
çünki
yalnız
Fikirlərdən hansı köməkçi nitq hissələrinə aiddir?
Heç bir suala cavab vermir.
Həm leksik, həm də qrammatık mənası olur.
Cümlə üzvü ola bilir.
Hansı atalar sözündə köməkçi nitq hissəsi işlənməmişdir?
Doğru yalanı qovar.
Sözün ilə işin bir olsun.
Qorxaq öz kölgəsindən də qorxar.
