NEW
Font size
WorksheetsAz dili - IX - XI
Total questions: 15
Worksheet time: 9mins
Sayın mənaca hansı növü quruluşuna görə üç cür ola bilir?
kəsr sayı
sıra sayı
müəyyən miqdar sayı
qeyri-müəyyən miqdar sayı
Həm konkret, həm də mücərrəd mənada işlənə bilən isimləri müəyyən edin:
1. saat 2. zaman 3. analıq 4. yazlıq 5. ay 6. mehriban
1,2,3
1,3,5
2,4,6
3,4,5
Keyfiyyət bildirən sifətləri müəyyən edin:
qızılı, armudu, innabı
dadlı, çalışqan, üzüyola
mülayim, isti, hamar
qırmızı, rəngli, şirin
"Dünya sənin, dünya mənim, dünya heç kimin" (M.Araz) cümləsindəki əvəzliklərin hər üçünə aid olan fikir hansıdır?
ismin hal şəkilçisini qəbul etmək
mənsubiyyət şəkilçisi qəbul etmək
sifəti əvəz etmək
eyni şəxsə aid olmaq
"sifət+isim=sifət" sxeminə uyğun gələn mürəkkəb sifəti müəyyən edin:
sarıköynək
qaradinməz
hazırcavab
göydələn
Nöqtələrin yerinə yazıla biləcək qrammatik məna növünü müəyyən edin:
................. yandırdı, vidalaşdıq, qaralmaq
məlum
icbar
şəxsiz
məchul
Hansız sözdə "k-y" əvəzlənməsinin baş verdiyini əminliklə söyləmək olar?
ələyə
dəliyə
döşəyə
köynəyə
Hansı cümlədə işlənmiş qeyri-müəyyən yiyəlik haldakı sözü müəyyən yiyəlikdə işlətmək olar?
Zeytun yağı sağlamlıq üçün çox xeyirlidir.
Bazar günü imtahanda iştirak edəcəm.
Qonaqlar Mingəçevir şəhərini çox bəyəndilər.
Azərbaycanın ən böyük çayı Kür çayıdır.
Hansı bənddəki sifətlərin hər üçü eyni müqayisə dərəcəsindədir?
ağbəniz, qarayanız, ağımtıl
göytəhər, sarışın, ala-yarımçıq
qaraşın, dümdüz, sarımtıl
mavi, yaşıl, yaşımtıl
Hansı cümlədə işarə əvəzliyi işlənmişdir?
Hər gülün öz ətri var.
Hansı dağın maralısan?
Bu yalnız bir təsəllidir.
Uşaqların hamısı sinifdədir.
Hansı cümlədə sual əvəzliyi tərzi-hərəkət zərfini əvəz etmişdir?
De görüm, sən nə üçün dərsə gecikmisən?
Cavid ev tapşırığını necə yerinə yetirib?
Başımı təmiz itirmişəm, evin açarını hara qoyduğumu unutmuşam.
"Neftçi" komandası gələn həftə hansı komanda ilə oynayacaq?
Aşağldakı sözlərdən hansılarını kök və şəkilçiyə ayırmaq mümkün deyil?
1. kiçik 2. çoxlu 3. anlat 4. yumşaq 5. uzat 6. başla
1,4,5
2,4,5
1,3,5
1,2,4
Mürəkkəb sözlərdən ibarət cərgəni müəyyən edin:
kitabxana, yoldaş, vətənpərvər
kələ-kötür, kömək etmək, meşəbəyi
bilərzik, sənətkar, xeyirxah
məktəbimizdə, araşdırma, yapışqan
Feili bağlamaya aid olub zaman bildirən zərfi müəyyən edin:
dünən gedən
tez-tez danışanda
axşam oxuyarkən
uşaqlar gəldikcə
"isə" hissəciyi feilin hansı şəkillərinə artırılmaz?
1. əmr 2. arzu 3. xəbər 4. şərt 5. lazım 6. vacib
1,2,4
1,3,5
2,4,6
1,4,6
