wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

"Mühasibat uçotu" fənni üzrə testlər

Total questions: 10

Worksheet time: 19mins

Name
Class
Date
1.

Aktivin yığılmış amortizasiya və yığılmış qiymətdən düşmə zərəri çı­xılmaz­dan əvvəl balans hesabatında tanınan dəyər:

a)

Torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin) ümumi balans dəyəri ad­la­nır

b)

Torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin) balans dəyəri adlanır

c)

Torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin) ilkin dəyəri adlanır

d)

Torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin) amortizasiya olunan dəyəri ad­la­nır

e)

Torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin) müəssisəyə xas olan dəyəri adlanır

2.

Torpaq, tikili və avadanlıqlar obyektinin kapitallaşdırılmış dəyərinə daxil olun­mayan məsrəflərə aiddir:

a)

Ərazinin hazırlanması üzrə məsrəflər

b)

Quraşdırılma və montaj məsrəfləri

c)

Müəssissənin fəaliyyətlərinin hamısının və ya bir qisminin yerdəyişməsi və ya yenidən təşkili xərcləri

d)

Aktivlərin alışı ilə əlaqədar vasitəçi tərəflərə ödənilmiş mükafatlar

e)

Müəssisə borclar üzrə məsrəflərin kapitallaşdırılması siyasətini tətbiq edərsə, tor­paq, tikili və avadanlıq obyektlərinin alınması, tikintisi və ya istifadə edilməsi üçün onların lazımi vəziyyətə gətirilməsinə birbaşa aid edilən borclar üzrə məs­rəf­lər

3.

Müəssisə 01 yanvar 2015-ci il tarixində 140000 manat dəyərində aktiv əldə etmişdir. Onun müəyyən edilmiş faydalı istismar müddəti beş il, son qalıq (lik­vidasiya) dəyəri isə 20000 manatdır. Düz xətt metoduna əsasən 31 dekabr 2018-ci il tarixinə balans hesabatında əks olunacaq aktivin balans dəyərini müəyyən edin:

a)

116000 manat

b)

92000 manat

c)

68000 manat

d)

44000 manat

e)

20000 manat

4.

Müəssisə 01 yanvar 2015-ci il tarixində 140000 manat dəyərində aktiv əldə etmişdir. Onun müəyyən edilmiş faydalı istismar müddəti altı il, son qalıq (lik­vidasiya) dəyəri isə 25000 manatdır. Aktivin illik amortizasiya dərəcəsi 30 faizdir. Azalan qalıq metoduna əsasən 2016-cı il üzrə aktivin illik amortiza­si­ya məbləğini müəyyən edin:

a)

42000 manat

b)

29400 manat

c)

20580 manat

d)

34500 manat

e)

24150 manat

5.

Avtomobilin ilkin dәyәri 40000 manat təşkil edir. Avtomobil istismara ve­rilərkən onun faydalı istismar müddәti 500 min km-dən ibarət olan yürüş kimi və son qalıq (likvidasiya) dəyəri isə 5000 manat məbləğində müəyyən edil­mişdir. Avtomobilin yürüşü 60 min km olduqda onun balans dәyәri:

a)

35800 manat təşkil edəcək

b)

35200 manat təşkil edəcək

c)

35000 manat təşkil edəcək

d)

34960 manat təşkil edəcək

e)

36800 manat təşkil edəcək

6.

Yeni yaradılmış müəssisə üç mal dəstini əldə etmişdir. Birinci mal dəstinin maya dəyəri 125 manat, ikinci mal dəstinin maya dəyəri 145 manat, üçüncü mal dəstinin maya dəyəri isə 130 manat təşkil etmişdir. İki mal dəsti 320 ma­na­ta satılmışdır. FİFO üsulundan istifadə etməklə iki mal dəstinin satışından əldə edilmiş mənfəət məbləğini müəyyən edin:

a)

50 manat

b)

65 manat

c)

45 manat

d)

60 manat

e)

75 manat

7.

Ehtiyatlar:

a)

Mövcud olan iki dəyərdən ən aşağı dəyərlə qiymətləndirilməlidir: ilkin dəyər və ya mümkün xalis satış dəyəri

b)

Mövcud olan iki dəyərdən ən yuxarı dəyərlə qiymətləndirilməlidir: ilkin dəyər və ya mümkün xalis satış dəyəri

c)

Mövcud olan iki dəyərin orta kəmiyyəti ilə qiymətləndirilməlidir: ilkin dəyər və ya mümkün xalis satış dəyəri

d)

Mövcud olan iki dəyərdən istənilən dəyərlə qiymətləndirilməlidir: ilkin dəyər və ya mümkün xalis satış dəyəri

e)

Düzgün cavab yoxdur

8.

Torpaq, tikili və avadanlıqlar obyektinin ilkin dəyərinə daxil edilə bilən məsrəflərə aiddir:

a)

Aktivlərin alışı ilə əlaqədar vasitəçi tərəflərə ödənilmiş mükafatlar

b)

İşə salma və digər oxşar istehsala hazırlıq xərcləri

c)

Aktivin planlaşdırılan fəaliyyət nəticələrini verməsinə qədər çəkilmiş ilkin əməliyyat zərərləri

d)

Aktivin əldə olunmasına, təyinat yerinə gətirilməsi və işlək hala salınmasına aid olmayan idarəetmə və digər əlavə məsrəflər

e)

Əmlak vergisi

9.

İşçinin pensiya yaşına çatmasına qədər müəssisənin onu işdən çıxarmaq qərarı və ya ixtisar zamanı işçinin belə mükafatlandırma əvəzində öz təşəbbüsü ilə işdən çıxma qərarı nəticəsində ödənilməli olan işçi mükafatlandırmaları:

a)

İşdən çıxma müavinətləri adlanır

b)

İşçilərin qısamüddətli mükafatlandırılması adlarnnır

c)

Əmək fəaliyyətinin başa çatmasından sonrakı mükafatlandırmalar adlanır

d)

Digər uzunmüddətli işçi mükafatlandırmaları adlanır

e)

Düzgün cavab yoxdur

10.

Mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi zamanı işçi heyətinin mükafatlandırılması ilə əlaqədar ödənilməli olan borclar barədə ümumiləşdirilmiş məlumatlar:

a)

533 №-li “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabında əks etdirilir

b)

534 №-li “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları” hesabında əks etdirilir

c)

535 №-li “İcarə üzrə qısamüddətli kreditor borcları” hesabında əks etdirilir

d)

537 №-li “Faizlər üzrə qısamüddətli kreditor borcları” hesabında əks etdirilir

e)

538 №-li “Digər qısamüddətli kreditor borcları” hesabında əks etdirilir