wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

vergi 3

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

Vergi uçotu registrləri nədir?

a)

mühasibat uçotunun məlumatlarına əsasən tətbiq edilən ilkin uçot formalarıdır

b)

. mühasibat uçotunun məlumatlarına əsasən tətbiq edilən icmal uçot sənədləridir

c)

vergi uçotunun aparılması üçün tətbiq edilən ilkin uçot formalarıdır

d)

vergi uçotunun aparılması üçün tətbiq edilən icmal uçot formalarıdır

2.

Vergi uçotunun məlumatlarını təsdiq edən əsas ilkin uçot sənədləri hansılardır?

a)

analitik mühasibat uçotu registrləri və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)

b)

sintetik mühasibat uçotu registrləri və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)

c)

vergi qaimə-fakturaları və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)

d)

vergi vergi-fakturaları və vergi bəyannamələri

3.

. Vergi ödəyicisi vergi uçotu aparmaq üçün aşağıdakıları variantlardan birini seçmək hüququna malikdir: 1) yalnız analiyik uçot məlumatlarına əsasən mühasibat uçotu registrlərini aparmaq 2) vergi ödəyicisi tətbiq olunan vergi uçotu registrlərinə əlavə rekvizitlər əlavə edərək mühasibat uçotu registrlərini formalaşdırmaq 3) mühasibat uçotu məlumatlarından istifadə etməklə vergi uçotunu təşkil etmək 4) vergi ödəyicisi tətbiq olunan mühasibat uçotu registrlərinə əlavə rekvizitlər əlavə edərək vergi uçotu registrlərini formalaşdırmaq 5) müstəqil vergi uçotu registrlərini aparmaq

a)

3.4.5

b)

1.2.3.

c)

1.2.5

d)

2.3.5

4.

. Vergi uçotu registrlərində aşağıdakı göstəricilər haqqında məlumatlar əks olunur: 1) vergitutma məqsədləri üçün növbəti hesabat dövrünün gəlir və xərcləri; 2) növbəti hesabat dövründə vergitutma məqsədləri üçün nəzərə alınmayan xərclər; 3) cari hesabat dövrlərində nəzərə alınmayan xərclər; 4) növbəti hesabat dövrlərinə aid edilən xərclər (zərər) 5) yaradılmış ehtiyatların məbləği; 6) mənfəət vergisi üzrə büdcəyə olan borc.

a)

1.3.5

b)

1.2.4

c)

1.2.3.

d)

4.5.6

5.

. Vergi uçotu registrlərində aşağıdakı göstəricilər haqqında məlumatlar əks olunur: 1) vergitutma məqsədləri üçün hesabat dövrünün gəlir və xərcləri; 2) cari hesabat dövründə vergitutma məqsədləri üçün nəzərə alınan xərclər; 3) vergitutma məqsədləri üçün növbəti hesabat dövrlərində nəzərə alınacaq xərclər; 4) vergitutma məqsədləri üçün növbəti hesabat dövrünün gəlir və xərcləri; 5) növbəti hesabat dövründə vergitutma məqsədləri üçün nəzərə alınmayan xərclər; 6) cari hesabat dövrlərində nəzərə alınmayan xərclər;

a)

2.3.5

b)

1.2.3

c)

3.4.5

d)

2.4.6

6.

. İlkin uçot sənəd formaları hansı tələblərə cavab verməlidir? 1) əgər müəssisənin fəaliyyəti nisbətən stabildirsə, ilkin uçot sənədlərinin quruluşu uzun müddət ərzində dəyişməz qalmalı; 2) ilkin uçot sənədlərindəki mövcud informasiyanın izahı ikili məna kəsb etməməli; 3) informasiyanın təhlükəsizliyinin təmin edilməsi və istifadənin əlverişli olması üçün məlumatlar kodlaşdırılmalı; 4) ilkin uçot sənədləri vaxtlı-vaxtında tərtib edilməli. 5) icmal uçot sənədlərindəki mövcud informasiya məlumatların lazımi dərəcədə dolğun olmasını təmin etməli; 6) bir uçot sənədi digərini təkrarlamalı və tamamlamalıdır;

a)

1.2.3

b)

2.3.4

c)

3.5.6

d)

4.5.6

7.

Analitik vergi uçotu registrləri nədir?

a)

Vergitutma məqsədləri üçün uçot obyektlərinin (o cümlədən, nəticələri bir neçə hesabat ilində uçota alınan, yaxud bir neçə növbəti ilə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi formalarıdır.

b)

Vergi bəyannaməsində əks etdirmək üçün lazım olan vergi uçotu göstəriciləri və ilkin sənədlərdəki mövcud informasiyanın toplanması və sistemləşdirilməsi üsuludur

c)

Mühasibat uçotu hesablarında əks etdirilmədən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hesabat dövrü üçün mənfəət vergisinin vergitutma obyektləri haqqında vergi uçotu məlumatlarını qruplaşdıran və sistemləşdirən icmal sənəd formalarıdır

d)

Vergi uçotu registrləri xüsusi formalar şəklində işlənib hazırlanmış kağız informasiya, EHM və istənilən maşın daşıyıcılarıdır

8.

Hansı halda mühasibat uçotu məlumatlarından istifadə etməklə vergi uçotunu təşkil etmək olar?

a)

mühasibat uçotu registrlərində lazımı informasiya olmadığı hallarda

b)

əgər mühasibat uçotunun aparılması qaydası vergi uçotundan əhəmiyyətli dərəcədə fərqlənirsə

c)

mühasibat uçotu registrlərində lazımı informasiya olduğu hallarda

d)

əgər mühasibat uçotunun aparılması qaydası vergi uçotundan fərqlənmirsə

9.

Hansı halda mühasibat uçotu registrlərinə əlavə rekvizitlər əlavə edərək vergi uçotu registrlərini formalaşdırmaq olar?

a)

əgər mühasibat uçotunun aparılması qaydası vergi uçotundan əhəmiyyətli dərəcədə fərqlənirsə

b)

mühasibat uçotu registrlərində lazımı informasiya olduğu hallarda

c)

əgər mühasibat uçotunun aparılması qaydası vergi uçotundan fərqlənmirsə

d)

mühasibat uçotu registrlərində lazımı informasiya olmadığı hallarda

10.

Hansı halda müstəqil vergi uçotu registrlərini aparmaq olar?

a)

mühasibat uçotu registrlərində lazımı informasiya olmadığı hallarda

b)

əgər mühasibat uçotunun aparılması qaydası vergi uçotundan əhəmiyyətli dərəcədə fərqlənirsə

c)

mühasibat uçotu registrlərində lazımı informasiya olduğu hallarda

d)

. əgər mühasibat uçotunun aparılması qaydası vergi uçotundan fərqlənmirsə

11.

. Mühasibat uçotunun aparılması üçün məhsul istehsal edən kiçik müəssisələrdə aşağıdakı registr formaları tətbiq olunur: 1) təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (K-2№ li forma) 2) məhsul satışının uçotu cədvəli (C- 6№li forma) 3) əmək ödənişinin uçotu cədvəli (C- 8 №li forma) 4) şahmat dövriyyə cədvəli (C- 9№ li forma) 5) təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (K-1№ li forma)

a)

1.2.3

b)

2.3.4

c)

3.4.5

d)

2.4.6

12.

Aralıq haqq-hesab registrləri nə üçün nəzərdə tutulmuşdur?

a)

vergitutulan gəlir və xərclərin formalaşması üçün lazım olan aralıq informasiyanın əks etdirilməsi və saxlanması üçün

b)

vergitutulan gəlirlərin formalaşması üçün lazım olan analitik məlumatların əks etdirilməsi və saxlanması üçün

c)

vergitutulan mənfəət üzrə vergi bazasının formalaşması üçün lazım olan informasiyanın toplanması üçün

d)

vergitutulan mənfəətin formalaşması üçün lazım olan aralıq haqq-hesabların aparılması qaydası haqqında informasiyanın əks etdirilməsi və saxlanması üçün

13.

Tövsiyə olunan aralıq haqq-hesab registrləri kimi aşağıdakıları göstərmək olar: 1) uçot obyekti dəyərinin formalaşması registri. 2) LİFO metodu üzrə uçota alınan əldə edilmiş mal partiyaları haqqında informasiya registri 3) qeyri-maddi aktivlərin amortizasiyasının uçotu registri. 4) FİFO metodu üzrə uçota alınan əldə edilmiş xammal və material partiyaları haqqında informasiya registri 5) LİFO (FİFO) metodu üzrə silinmiş xammal və materialların dəyərinin hesablanması registri. 6) Gələcək dövrlərin gəlirlərinin uçotu registri

a)

1.2.3

b)

2.3.4

c)

1.3.5

d)

2.4.6

14.

Tövsiyə olunan aralıq haqq-hesab registrləri kimi aşağıdakıları göstərmək olar: 1) işçilərin könüllü sığortası üzrə xərclərin uçotu registri. 2) cari hesabat dövründə işçilərin könüllü sığortası üzrə xərclərin uçotu registri. 3) cari hesabat dövründə təmirə çəkilən xərclərin hesablanması registri. 4) debitor borclarının hərəkəti üzrə əməliyyatların uçotu registri 5) kreditor borclarının hərəkəti üzrə əməliyyatların uçotu registri 6) büdcə ilə hesablaşmaların uçotu registri

a)

1.2.3

b)

2.3.4

c)

3.4.5

d)

5.6.7

15.

. Aşağıdakılardan hansılar mühasibat (maliyyə) və vergi uçotlarının fərqli cəhətlərinə aid edilir? 1) uçotun aparılmasının hüquqi əsasları; 2) uçotun aparılması məqsədləri; 3) uçotun aparılması qaydası və metodologiyası 4) istifadə olunan ölçü vahidləri – pul (manat); 5) uçotun obyekti (predmeti;

a)

1.2

b)

2.3

c)

3.4

d)

4.5