wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Maşınqayırmanın iqtisadiyyatı 1

Total questions: 20

Worksheet time: 12mins

Name
Class
Date
1.

Aşağıdakı əlamətlərdən hansı istehsalın təşkilinin dəstəli üsuluna aid deyil?

a)

ayrı-ayırı əməliyyatların icrası üçün iş yerlərinin dəqiq ix­ti­sas­­laşması;

b)

emal olunacaq materialın istehsala partiyalarla buraxılması;

c)

eyni tip avadanlıqlarıın əsasən qrup halında yerləşdirlməsi;

d)

bir iş yerinə bir neçə əməliyyatın təhkim edilməsi;

e)

bir neçə növ materialın eyni zamanda emalı.

2.

Maşınqayırma müəssisələrində stehsal tsiklinin uzunluğu göstəricisindən nə üçün istifadə olunur?

a)

müəssisənin istehsal edilən məhsulların keyfiyyətini qiymtələndirərkən istifadə olunur;

b)

məhsulun maliyyə vəziyyətini qiymtləndirərkən istifadə olunur;

c)

bit­mə­miş istehsalın həcmini hesablayarkən istifadə olunur; 

d)

kollektivin sosial inkişafını planlaşdırarkən istifadə edilir;

e)

satış kanallarını müəyyən etmək üçün istifadə edilir.

3.

Maşınqayırmanın sahə qurluşuna hansı amil təsir göstərmir?

I) idarəetmənin sosial-mənəvi metodlarının tətbiqinin genişləndirilməsi.

II) istehsala xidmət sferalarının artım sürəti;

III) istehsalın ixtisaslaşmasıdırılmasının dərinləşdirilməsi;

IV) xalqın maddi rifahının və mədəni səviyyəsinin artımı;

V) elmi-texniki tərəqqinin sürətinin artması;

a)

III və IV bəndlər

b)

II və IV bəndlər

c)

IV və V bəndlər

d)

I və II bəndlər

e)

III və V bəndlər

4.

Sənaye müəssisələrinin ərazi üzrə yerləşdirilməsində aşağıdakı amillərdən hansı nəzərə alınır?

I) əhalinin dini etiqatı;

II) istehsalın təşkili üsulları;

III) təbii su yolunun mövcudluğu;

IV) müəssisənin nizamnamə kapitalının miqdarı;

V) istehsalın təşkili tipləri.

a)

I və II bəndlər

b)

I və III bəndlər

c)

II və III bəndlər

d)

IV və V bəndlər

e)

III və IV bəndlər

5.

Sahənin bütünlükdə sənayeni (və ya digər sahəni) in­ki­şaf sürətinə görə qabaqlama əmsalı necə hesablanır?

a)

sahənin planlaşdırılan inkişf səviyyəsinin işçilərin siyahı sayına nisbəti kimi;

b)

sahənin planlaşdırılan inkişaf səviyyəsinin sahənin faktiki inkişaf səviyyəsinə nisbəti kimi;

c)

sənayenin bütünlükdə inkişaf sürətinin əsas fondların dəyərinə nisbəti kimi;

d)

hər hansı sənaye sahəsinin inkişaf sürətinin sənayenin bütünlükdə inkişaf sürətinə nisbəti kimi;

e)

sənayenin bütünlükdə inkişaf sürətinin əmək məhsuldarlığına nisbəti kimi.

6.

İdarəetmə sistemi:  

a)

idarə­et­mə qərarlarının və idarəetmə kadrlarının məcmusudur;

b)

idarəetmənin strukturu, idarə­et­mə qərarlarının, idarəetmə kadrlarının məcmusudur;

c)

idarəetmə məq­səd­lərinin, idarə­tmədə istifadə olunan texnikanın, idarəetmə qərarlarının məcmusudur;

d)

idarəetmə subyekti ilə idarə olunan obyektin məcmusudur;

e)

idarəetmə məq­səd­lərinin, idarə­et­mənin struk­­­­­­turu, forma və metod­larının məcmusudur.

7.

Maşınqayırma müəssisələrində idarə etmə mexanizminin hansı təşkilati quruluşunda idarəetməni bütünlükdə müəyyən kol­lektivə başçılıq edən xətti rəhbərlər hə­yata keçirir, onlara isə ayrı-ayrı qə­­­rar­ları hazır­la­yar­kən ixtisaslaşmış funk­sio­nal apa­rat kömək edir?

a)

matrisa quruluşu;

b)

qə­rar­­gah quruluşu;

c)

funksional quruluşu;

d)

xətti quruluşu;

e)

proq­ram məqsədli və çevik quruluşu.

8.

Aşağıdakılardan hansı idarəetmənin sosial-psixoloji metodunun təsir vasitələrinə aid deyil?

a)

iş­­çi­lərin əməyə maraqlarının və yaradıjılıq təşəbbüslərinin ar­tı­rıl­­ma­sı;

b)

müəssisədə istehsalat mədəniyyətinin yüksəldilməsi;

c)

işçi he­yətinin təsərrüfat fəaliyyətinə və onun təşkilinə təsiri;

d)

əxlaq normaları və tərbiyəvi motivlər;

e)

əməyin normalaşdırılması.

9.

Funksional əlamətə görə planlar hansı növ­lərə ayrılır?

a)

qısamüddətli, ortamüddətli, uzunmüddətli  planlar inzibati, iqtisadi, sosial-iqtisadi planlar;

b)

satış, istehsal, maddi-texniki təminat planlar;

c)

strateji, taktiki, operativ planlar;

d)

plan, proqram, proqnoz;

e)

inzibati, iqtisadi, sosial-iqtisadi planlar.

10.

Elmi-texniki potensial nədir? 02

I) elmin maddi-texniki bazası, elmi kadrların məcmusudur;

II) elmi məlumatlar toplusu və istehsal amillərinin məcmusudur;

III) elmiidarəetmə təşkilatlarının və maliyyə resurslarının məcmusudur;

IV) elmi məlumatlar toplusu  və istehsal elementlərinin məcmusudur;

V) elmi məlumatlar toplusu və elmiidarəetmə təşkilatlarının məcmusudur;

a)

I və V bəndlər

b)

II və IV bəndlər

c)

II və III bəndlər

d)

III və V bəndlər

e)

V və V bəndlər

11.

Elmi-texniki tərəqqi nədir?

a)

əmək vasitələrinin, texnoloji proseslərin təkmilləşdirilməsi, əmək cisimlərinin keyfiyyətcə yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi, mövcud tələbatın ödənilməsi üzrə fasiləsiz və qanunauyğun prosesdir;

b)

əmək vasitələrinin, texnoloji proseslərin təkmilləşdirilməsi, torpağın yaxşılaşdırılması, əmək cisimlərinin keyfiyyətcə yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi, mövcud tələbatın ödənilməsi üzrə fasiləsiz və qanunauyğun prosesdir;

c)

torpağın yaxşılaşdırılması, əmək məhsuldarlığının artırılması, əmək haqqının yüksəldilməsi, istehsal edilən məhsulların keyfiyyətcə yaxşılaşdırılması üzrə fasiləsiz və qanunauyğun prosesdir;

d)

işçi heyətinin təhsil və onların əməyinin texnika ilə silahlanma səviyyələrinin yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, əmək haqqının yüksəldilməsi, istehsal edilən məhsulların keyfiyyətcə yaxşılaşdırılması üzrə fasiləsiz və qanunauyğun prosesdir;

e)

əmək vasitələrinin, texnoloji proseslərin təkmilləşdirilməsi, əmək cisimlərinin keyfiyyətcə yaxşılaşdırılması, iqtisadi cəhətdən daha sərfəli xammal, material, enerji növlərinin yaradılması və istehsalata tətbiqi, əməyin təşkilinin və istehsalın idarə olunmasının təkmilləşdirilməsi üzrə fasiləsiz və qanunauyğun prosesdir;

12.

Məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği necə hesablanır? 

a)

əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalının hasili ilə məhsul vahidinin maya dəyərinin cəmi kimi;

b)

əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə məhsul vahidinin maya dəyərinin cəmi kimi;

c)

əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalı ilə məhsul vahidinin maya dəyərinin hasili kimi;

d)

əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalının hasili kimi;

e)

əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə məhsul vahidinin maya dəyərinin cəminin əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalına nisbəti kimi;

13.

Yeni texnikanın səmərəliliyi necə hesablanır? 

a)

bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin cəminin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;

b)

yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;

c)

bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin fərqlərinin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;

d)

köhnə texnikanın tətbiqi üçün gətirilən xərclərin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;

e)

bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin cəminin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına nisbəti kimi;

14.

Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsi ilə əlaqədar olan xərclərə aiddir?

I) yoxlama və sınaq­la­rın ke­çirilməsi ilə əlaqədar olan xərc­lər

II) məhsulun satışı ilə əlaqədar olan xərc­lər

III) istehsal fəhlələrinin əmək haqqı

IV) umumzavod xərcləri

V) keyfiyyətə nəzarəti həyata keçirən laboratoriya və di­gər xidmət sahələrinin saxlanması xərcləri

a)

II və IV bəndlər

b)

II və V bəndlər

c)

I və V bəndlər

d)

II və III bəndlər

e)

heç biri

15.

Tex­nolojilik göstəricilərinə nələr aiddir?

a)

maşının ergonomik və estetik göstəriciləri aid edilir;

b)

maşının istismarnın mürək­kəb­liyi, sürəti və məhsuldarlığı göstəriciləri aid edilir;

c)

maşının qabariti, işləmə prinsipləri, qiyməti əməktutumluğu göstəriciləri aid edilir;

d)

maşının yığılmasının mürək­kəb­liyi, material-əmək, fondtutumluğu göstəriciləri aid edilir;

e)

maşının yığılmasının maya dəyəri, ergonomik və estetik göstəriciləri aid edilir.

16.

Sənaye müəssisələrində təmərküzləşmə səviyyəsi necə hesablanır?

a)

bütün müəssisələrin istehsal əsas fondlarının orta illik dəyərini iri müəssisələrin istehsal əsas fondlarının orta illik dəyərinə nisbəti kimi

b)

iri müəssisələrin sənaye-istehsal heyətinin orta illik siyahı sayını bütün müəssisələrin sənaye-istehsal heyətinin orta illik siyahı sayına nisbəti kimi

c)

bütün müəssisələrin istehsal həcminin iri müəssisələrin istehsal həcminə nisbəti kimi

d)

bütün müəssisələrin sənaye-istehsal heyətinin orta illik siyahı sayını iri müəssisələrin sənaye-istehsal heyətinin orta illik siyahı sayına nisbəti kimi

e)

iri müəssisələrin istehsal həcmi ilə bütün müəssisələrin istehsal həcminin cəmi kimi

17.

Autsorsinq nədir?

a)

müəssisə tərəfindən təmərküzləşdirmənin təkmil­ləş­­­diril­mə­si məqsədilə həm xid­mət və həm də əsas istehsal struk­tur­larından bəzilərinin icarəyə verilməsidir;

b)

müəssisə tərəfindən təsərrüfat əlaqələrinin təkmil­ləş­­­diril­mə­si məqsədilə həm xid­mət və həm də əsas istehsal struk­tur­larından bəzilərinin icarəyə verilməsidir;

c)

müəssisə tərəfindən maddi-texniki təminatın təkmil­ləş­­­diril­mə­si məqsədilə həm xid­mət və həm də əsas istehsal struk­tur­larından bəzilərinin icarəyə verilməsidir;

d)

müəssisə tərəfindən istehsal quruluşunun təkmil­ləş­­­diril­mə­si məqsədilə həm xid­mət və həm də əsas istehsal struk­tur­larından bəzilərinin icarəyə verilməsidir;

e)

müəssisə tərəfindən idarəetmənin təkmil­ləş­­­diril­mə­si məqsədilə həm xid­mət və həm də əsas istehsal struk­tur­larından bəzilərinin icarəyə verilməsidir;

18.

Fərz edin ki, dəzgahqayırma müəssisəsində əsas fondların ilkin dəyəri 80 min man., ləğv dəyəri 20 min man. təşkil etmişdir. Avadanlığın normativ xidmət müddəti 15 il olarsa illik amortizasiya ayırmalarının məbləğini hesablayın.

a)

3,5 min man

b)

4,2 min man

c)

4,8 min man

d)

4 min man

e)

5 min man

19.

Maşınqayırma müəssisəsində ilin əvvəlinə əsas fondların dəyəri 600 min manat, ilin sonuna 900 min manat və  bir il ərzində 150 min manatlıq əsas fond istifadədən çıxarılmışsa onda əsas fondların sıradançıxma əmsalı necə faiz olar?

a)

10 %;

b)

50 %;

c)

40 %;

d)

16,7 %;

e)

25 %.

20.

Müəssisədə ilin əvvəlinə əsas fondların dəyəri 300 min manat, ilin sonuna 400 min manat və  bir il ərzində 150 min manatlıq əsas fond yeni işə salınmışsa onda əsas fondların artma əmsalı necə faiz olar?                       

a)

22 %

b)

37%

c)

37,5 %

d)

50 %

e)

75 %