NEW
Font size
WorksheetsƏməliyyatların idarə edilməsi
Total questions: 15
Worksheet time: 8mins
İstehsal səmərəliliyinin növləri hansılardır?
iqtisadi, texnoloji, sosial
innovativ, sövqedici, psixoloji
rasional, qeyri-rasional, ənənəvi
natural, əmək, dəyər
İstehsal prosesinin sosial səmərəliliyi nəyi göstərir?
ehtiyat hissələrinin alınmasını
yüksək səviyyəli xidmətin göstərilməsini
təsərrüfat fəaliyyətinin nəticələri ilə cəmiyyətin sosial məqsədlərinin uyğun gəlməsini
müştəri bazasının genişləndirilməsini
Göstərilən təsvir əmək məhsuldarlığının ölçülməsinin hansı növünə aiddir? Dəyər və ya pul ilə ifadə olunur - əmək məhsuldarlığının artımını pul vahidi ilə göstərir.
natural üsul
intensiv üsul
dəyər üsulu
əmək üsulu
Göstərilən təsvir əmək məhsuldarlığının ölçülməsinin hansı növünə aiddir? Müəyyən miqdarda iş yerinə yetirmək üçün faktiki və normativ əmək xərclərinin nisbətini göstərir, standart vaxtın azalma dərəcəsini müəyyənləşdirməyə imkan verir.
natural üsul
dəyər üsulu
əmək üsulu
intensiv üsul
Göstərilən təsvir əmək məhsuldarlığının ölçülməsinin hansı növünə aiddir? İşçilərin peşələr üzrə istehal qabiliyyətini göstərir. Bu göstərici fərdi işçilərin və komandaların əmək məhsuldarlığını müəyyənləşdirməyə və müqayisə etməyə, onların sayını, peşə və ixtisas tərkibini planlaşdırmağa imkan verir. Eyni cinsli məhsul istehsalında tətbiq olunur. Ədəd, metr, kg, litr göstəriciləri ilə müəyyən olunur.
əmək üsulu
intensiv üsul
dəyər üsulu
natural üsul
İstehsal həcminin ölçü vahidindən asılı olaraq əmək məhsuldarlığının üç üsulu fərqləndirilir:
natural üsul, əmək üsulu, dəyər üsulu
ənənəvi üsul, hesabat üsulu, dəyər üsulu
modelləşdirmə üsulu, innovativ üsul, natural üsul
əmək üsulu, dəyər üsulu, modelləşdirmə üsulu
MBA proqramını istehsal prosesi kimi nəzərdən keçirək. Tələbələr burda 2 il oxuyur, əsasən kampuslarda məskunlaşır, siniflər yeni tədris ilində yenilənir, eyni zamanda məzunlar proqramı bitirir. Bu keysda axın vahidi (flow unit), axın norması (flow rate), axın vaxtı (flow time) və inventarlaşdırma (inventory) hansı göstəricilər olacaq?
axın vahidi (flow unit) tələbədir, axın norması (flow rate) yeni gələn və ya məzun olan sinifdir, axın vaxtı (flow time) iki illik proqramdır, inventarlaşdırma kampusda olan tələbələrin ümumi sayıdır
axın vahidi (flow unit) yeni gələn və ya məzun olan sinifdir, axın norması (flow rate) tələbədir, axın vaxtını (flow time) təyin etmək mümkün deyil, inventarlaşdırma kampusda olan tələbələrin ümumi sayıdır
axın vahidi (flow unit) proqramın özüdür, axın norması (flow rate) tələbədir, axın vaxtı (flow time) iki illik proqramdır, inventarlaşdırmanı təyin etmək mümkün deyil
axın vaxtı (flow time) iki illik proqramdır, digər göstəriciləri təyin etmək mümkün deyil
Fabrik istehsal həftəsi ərzində 95 vahid məhsul istehsal edir. Fabrikin inkişaf tarixində ən yüksək rekord göstərici 140 vahid məhsul olubdur. Fabrikin utilizasiya tutumu norması neçə faizdir?
95%
140%
68%
133%
Ekstrapolyasiya üsuluna aid olmayan variant hansıdır?
ehtiyatların ölçüsünü təyin etmək üçün ən sadə iqtisadi və riyazi üsuldur
keçmiş dönəmlərdə inkişaf etmiş göstəriciləri gələcəyə köçürməyə imkan verən üsuldur
müəssisə üçün tələb olunan minimum ehtiyatlar haqqında qərarlar qəbul edən mütəxəssislərin bilik və təcrübəsindən istifadə olunur
ehtiyat səviyyəsini proqnozlaşdırmağa imkan verir
Texniki-iqtisadi hesablamalar metodunun mahiyyəti nədədir?
lazımi sənədləri toplayaraq müvafiq struktur bölmələrə təqdim etməyə kömək edir
borcun qaytarılması istiqamətində tədbirləri həyata keçirməyə vasitəçilik edir
əməkdaşların iş bölgüsünü təşkil edir
müəssisə üçün lazım olan ehtiyatların ölçüsünü kifayət qədər dəqiq müəyyən etməyə imkan verir
Ekspert qiymətləndirməsi metodunun mahiyyəti nədir?
müəssisənin bir neçə mütəxəssisinin bilik və təcrübəsindən istifadə olunur
rəhbərin risklərin idarəedilməsi ilə bağlı tapşırıqları yerinə yetirilir
texniki tapşırıqlar tərtib olunur və onların icrasına nəzarət olunur
əmək və nizam-intizam qaydalarına riayət olunur
Eksperimental-statistik üsulun mahiyyəti nədir?
mövcud müştərilər ilə əlaqələr gücləndirilir
ehtiyatlar üçün məzmun plan hazırlanır
müəssisə üçün tələb olunan minimum ehtiyatlar haqqında qərarlar qəbul edən mütəxəssislərin bilik və təcrübəsindən istifadə olunur
təsərrüfatın enerji təchizatı təmin edilir
Ehtiyatların idarə olunmasında Evristik üsullar nə üçündür?
Rəhbərlik tərəfindən verilən tapşırıqları sistem üzərində gündəlik icra etmək üçün
Əvvəlki dövrün hesabat məlumatlarını öyrənərək, bazarı təhlil edib, tələbatın inkişaf tendensiyalarını təhlil etmək üçün
Kargüzarlıq işlərinin (sənədləşmənin) aparılması üçün
Yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək üçün
Ehtiyatların idarə edilməsi nəyə deyilir?
əmək haqlarının, məzuniyyətlərin, ezamiyyətlərin hesablanmasına
gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsinə
aylıq hesabatların verilməsinə
optimal ehtiyat ölçüsünü müəyyən etmək və saxlamaq və maliyyələşdirməni təmin etmək prosesinə
Ehtiyatların idarə edilməsi sisteminə aid deyil:
ehtiyatların alınması və saxlanması üçün müəssisənin bütün əməliyyat xərclərinin optimallaşdırılması
istehsalatda ehtiyatların təminat səviyyəsinin müəyyən olunması və onlardan istifadənin səmərəliliyinin qiymətləndirilməsi
artıq ehtiyatların maksimum çoxaldılması
satış sahəsində fəaliyyətin təmin edilməsi
