NEW
Font size
Worksheets"Mühasibat uçotu" fənni üzrə testlər (mövzu 10)
Total questions: 10
Worksheet time: 20mins
Müəssisəyə məxsus olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin istifadəsinə görə ödənişlər:
Faiz gəliri adlanır
Royalti adlanır
Dividendlər adlanır
İcarə haqqı adlanır
Düzgün cavab yoxdur
Əməliyyatdan yaranan gəlirin məbləği adətən müəssisə və aktivin alıcısı və ya istifadəçisi arasındakı razılaşma əsasında müəyyənləşdirilir və:
Əldə olunmuş və ya əldə edilməsi gözlənilən ödəmənin ədalətli dəyəri ilə qiymətləndirilir
Əldə olunmuş və ya əldə edilməsi gözlənilən ödəmənin bazar dəyəri ilə qiymətləndirilir
Satılmış məhsulun və ya göstərilmiş xidmətin maya dəyərinə barəbər olur
Əldə olunmuş və ya əldə edilməsi gözlənilən ödəmənin bazar dəyəri ilə qiymətlindirilir və ya satılmış məhsulun və ya göstərilmiş xidmətin maya dəyərinə barəbər olur
Düzgün cavab yoxdur
Mallar və ya xidmətlər dəyərinə və mahiyyətinə görə oxşar olan mallar və ya xidmətlər ilə mübadilə edildikdə:
Bu mübadilə gəlir əmələ gətirən əməliyyat hesab edilmir
Bu mübadilə gəlir yaradan əməliyyat hesab edilir
Bu mübadilə üzrə gəlirin tanınıb-tanınmaması müəssisənin uçot siyasətində qəbul edilmiş qaydadan asılı olaraq həyata keçirilir
Bu mübadilə gəlirin 50%-i yaradan əməliyyat hesab edilir
Bu mübadilə gəlirin 75%-i yaradan əməliyyat hesab edilir
Aşağıda göstərilən şərt yerinə yetirildiyi təqdirdə xidmətlərin göstərilməsi ilə bağlı müqavilənin nəticələri etibarlı əsasda qiymətləndirilə bilər:
Bütün cavablar doğrudur
Gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda
Əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal olunduqda
Əməliyyatın tamamlanma mərhələsinin balans hesabatı tarixində etibarlı əsasda qiymətləndirilməsi mümkün olduqda (yəni balans hesabatı tarixində müəssisə müqavilə üzrə yerinə yetirilmiş işlərin faiz dərəcəsini müəyyən edə bildikdə)
Müqavilənin maliyyələşdirilməsi üçün zəruri olan bütün çəkiləcək məsrəflər kimi, xidmətlərin göstərilməsi ilə bağlı çəkilmiş məsrəflərin etibarlı əsasda qiymətləndirilməsi mümkün olduqda
Xidmətlərin göstərilməsi ilə bağlı olan əməliyyatın nəticəsinin etibarlı əsasla qiymətləndirilməsi mümkün olduqda bu əməliyyatdan əldə olunan gəlir:
Həmin əməliyyatın hesabat tarixinə olan yekunlaşma mərhələsinə istinadən tanınmalıdır
Yalnız əvəzi ödənilə bilən tаnınаn xərclərin həcminə uyğun olaraq tanınmalıdır
Gəlir tanınmır, məsrəflər isə xərc kimi tanınır
Bu halda gəlirin tanınması müəssisənin uçot siyasətində nəzərdə tutulmuş qaydaya uyğun olaraq həyata keçirilir
Düzgün cavab yoxdur
Əməliyyatın nəticəsinin etibarlı əsasla qiymətləndirilməsi mümkün olmadıqda və çəkilən məsrəflərin gələcəkdə əvəzinin ödəniləcəyi ehtimal olunmadıqda:
Gəlir tanınmır, məsrəflər isə xərc kimi tanınır
Həmin əməliyyatın hesabat tarixinə olan yekunlaşma mərhələsinə istinadən tanınmalıdır
Yalnız əvəzi ödənilə bilən tаnınаn xərclərin həcminə uyğun olaraq tanınmalıdır
Bu halda gəlirin tanınması müəssisənin uçot siyasətində nəzərdə tutulmuş qaydaya uyğun olaraq həyata keçirilir
Düzgün cavab yoxdur
Təşkilat xidmətlərin göstərilməsi ilə məşğul olur. Hesabat tarixinə olan vəziyyətə görə xidmətin göstərilməsinə 15 min $ məbləğində vəsait xərclənmişdir. Təşkilat xidmətin yerinə yetirilmə faizini 50% müəyyən etmişdir. Xidmətin göstərilməsindən əldə olunacaq gəlirin məbləği 35 min $ təşkil edir. Göstərilmiş xidmətin yerinə yetirilmə faizini rəhbər tutaraq hesabat dövrünün maliyyə hesabatında öz əksini tapmalı olan gəlir və xərclərin məbləğini müəyyən edin:
Gəlir – 17,5 min $; xərclər – 15 min $
Gəlir – 17,5 min $; xərclər – 7,5 min $
Gəlir – 35 min $; xərclər – 15 min $
Gəlir – 35 min $; xərclər – 7,5 min $
Düzgün cavab yoxdur
Müəssisənin aktivlərinin digər şəxslər tərəfindən istifadə edilməsi aşağıdakı formada gəlirlərin yaranması ilə nəticələnir:
Faiz gəliri, royalti və dividendlər
Faiz gəliri və royalti
Royalti və dividendlər
Faiz gəliri və dividendlər
Faiz gəliri
Təşkilat xidmətlərin göstərilməsi ilə məşğul olur. Hesabat tarixinə olan vəziyyətə görə xidmətin göstərilməsinə 15 min $ məbləğində vəsait xərclənmişdir. Təşkilat xidmətin yerinə yetirilmə faizini 50% müəyyən etmişdir. Xidmətin göstərilməsindən əldə olunacaq gəlirin məbləği 25 min $ təşkil edir. Göstərilmiş xidmətin yerinə yetirilmə faizini rəhbər tutaraq həmin xidmət üzrə hesabat dövrünün maliyyə hesabatında öz əksini tapmalı olan maliyyə nəticəsinin məbləğini müəyyən edin:
Zərər – 5 min $
Mənfəət – 0 min $
Mənfəət – 10 min $
Mənfəət – 5 min $
Zərər – 2,5 min $
Təşkilat xidmətlərin göstərilməsi ilə məşğul olur. Hesabat tarixinə olan vəziyyətə görə xidmətin göstərilməsinə 15 min $ məbləğində vəsait xərclənmişdir. Təşkilat tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı əməliyyatın nəticəsinin etibarlı əsasla qiymətləndirilməsi mümkün olmamışdır. Xidmətin göstərilməsindən əldə olunacaq gəlirin məbləği 45 min $ təşkil edir. Buna baxmayaraq təşkilat tərəfindən əməliyyatın keçirildiyi zaman çəkilən məsrəflərin əvəzinin ödəniləcəyi ehtimal olunur. Göstərilmiş xidmət üzrə hesabat dövrünün maliyyə hesabatında öz əksini tapmalı olan maliyyə nəticəsinin məbləğini müəyyən edin:
Mənfəət – 0 min $
Mənfəət – 30 min $
Mənfəət – 15 min $
Mənfəət – 10 min $
Mənfəət – 5 min $
