wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Firmalar, bazarlar və rəqabət . FL Mövzu 13

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Şaquli məhdudiyyətlər nədir?

a)

şaquli əlaqələrdə olan firmalar arasındakı uzunmüddətli sazişlərdə olan tənzimləyici şərtlərdir

b)

şaquli əlaqələrdə olan firmaların birləşməsi şərtləridir

c)

şaquli nteqrasiya etmiş firmalar arasındakı uzunmüddətli sazişlərdə olan tənzimləyici şərtlərdir

d)

müstəqil firmalar arasındakı qısamüddətli sazişlərdə olan tənzimləyici şərtlərdir

e)

məhsulun satıcısı ilə onun son istehlakçısı arasında olan alqı-satqı müqaviləsinin şərtləridir

2.

Firmaların şaquli ayrılması halında inhisar qiyməti ilə bağlı qərarın iki dəfə qəbul edilməsi belə adlanır:

a)

ikiqat qiymətqoyma problemi

b)

ikiqat marjinallaşma problemi

c)

ikiqat qərarvermə problemi

d)

şaquli inteqrasiya problemi

e)

qiymətin artması problemi

3.

İkiqat marjinallaşma probleminin həlli üçün bu sistemdən istifadə olunur:

a)

qoşa tarif

b)

üçdərəcəli tarif

c)

ikidərəcəli tarif

d)

limitləyici tarif

e)

qiymət tarifi

4.

Məhsulun inteqrasiyası yaxud “irəliyə doğru” inteqrasiya zamanı:

a)

istehsalçı firma məhsul istehsalı üçün lazım olan resursların (xammal və materiallar, komplektləşdirici hissələr və s.) tədarükçülərini özünə birləşdirir

b)

istehsalçı firma həm məhsul istehsalı üçün lazım olan resursların tədarükçülərini, həm də hazır məhsulun satışını həyata keçirən firmaları özünə birləşdirir

c)

istehsal firması hazır məhsulun satışını həyata keçirən çox sayda müstəqil firmalarla əlaqələr qurur

d)

istehsal firması hazır məhsulun satışını həyata keçirən firmaları özünə birləşdirir

e)

istehsalçı firma məhsul istehsalı üçün lazım olan resursların (xammal və materiallar, komplektləşdirici hissələr və s.) tədarükçülərinə alternativlər axtarır

5.

Şaquli əlaqələr zamanı son məhsul istehsalı üzrə dəyər zəncirinin ayrı-ayrı həlqələrində olan müstəqil firmalarla son məhsul istehsalçısı olan firma arasındakı münasibətlər:

a)

saziş əsaslı olur

b)

sərbəst münasibətlər olur

c)

müddətli münasibətlər olur

d)

qeyri-formal münasibətlər olur

e)

tabeçilik münasibətləri olur

6.

Pərakəndəsatış firmasının reklam fəaliyyəti ilə bağlı üzləşdiyi yan (xarici) təsirlər probleminin həlli zamanı bu şaquli məhdudiyyətdən istifadə oluna bilər:

a)

istehsalçı firma tərəfindən məhsulun pərakəndəsatış qiymətinin aşağı həddinin təyin edilməsi

b)

istehsalçı firma tərəfindən maksimum pərakəndəsatış qiymətinin təyin edilməsi

c)

franşiza ödənişinin tətbiqi

d)

eksklüziv satış sazişlərinin tətbiqi

e)

eksklüziv satış ərazilərinin tətbiqi

7.

Balanslı inteqrasiya zamanı:

a)

istehsal firması hazır məhsulun satışını həyata keçirən firmaları özünə birləşdirir

b)

istehsalçı firma məhsul istehsalı üçün lazım olan resursların (xammal və materiallar, komplektləşdirici hissələr və s.) tədarükçülərini özünə birləşdirir

c)

istehsalçı firma məhsul istehsalı üçün lazım olan resursların (xammal və materiallar, komplektləşdirici hissələr və s.) tədarükçülərinə alternativlər axtarır

d)

istehsalçı firma həm məhsul istehsalı üçün lazım olan resursların tədarükçülərini, həm də hazır məhsulun satışını həyata keçirən firmaları özünə birləşdirir

e)

istehsal firması hazır məhsulun satışını həyata keçirən çox sayda müstəqil firmalarla əlaqələr qurur

8.

Şaquli inteqrasiyaların əsas motivlərindən biri yanlış verilib:

a)

transaksiya xərclərinə qənaət

b)

“ikiqat marjinallaşma”nın yaxud ikidərəcəli tariflərin aradan qaldırılması

c)

sahəyə daxilolma maneələrinin aradan qaldırılması

d)

tədarükçü firmaların qiymət təzyiqlərindən xilas olmaq

e)

dövlət tənzimlənməsinin firmaya təzyiqinin azaldılması

9.

İstehsalçı firma ilə pərakəndəsatış firmaları arasında tətbiq olunan aşağıdakı şaquli məhdudiyyətlərdən hansıları istehsalçı firmalar arasında olan rəqabətlə əlaqədar olaraq meydana çıxır? 1) franşiza ödənişinin tətbiqi; 2) istehsalçı firma tərəfindən maksimum pərakəndəsatış qiymətinin təyin edilməsi; 3) istehsalçı firma tərəfindən pərakəndəsatış qiymətinin aşağı həddinin təyin edilməsi; 4) pərakəndə satıcılara güzəştlər; 5) eksklüziv satış sazişləri;

a)

1, 2 və 3

b)

4 və 5

c)

1 və 5

d)

2 və 4

e)

1, 2 və 4

10.

Bu amillərdən hansıları şaquli inteqrasiyanın lehinə olan motivlərdir? 1) transaksiya xərclərinə qənaət; 2) ikiqat marjinallaşma probleminin aradan qaldırılması; 3) ixtisaslaşmanın itirilməsi; 4) idarəetmə proseslərinin mürəkkəbləşməsi; 5) sahəyə daxilolma maneələrinin yaradılması; 6) sahəyə daxilolma maneələrinin aradan qaldırılması

a)

1, 2 və 5

b)

3, 4 və 6

c)

1, 3 və 6

d)

2, 4 və 6

e)

3, 4 və 5