Font size
WorksheetsVergi Uçotu və Auditi 1
Total questions: 15
Worksheet time: 9mins
Aşağıdakılarda göstərilənlərin hansında vergi uçotunun tərifi düzgün verilmişdir?
Vergi uçotu – təsərrüfat subyektinin vergi öhdəliklərinin tam və düzgün hesablanması üçün zəruri olan
informasiyanın yığılması və qeydə alınması sistemi olmaqla, vergitutma sahəsində mühasibat uçotunun
alternatividir.
Vergi uçotu – vergi ödəyicilərinin vergilərin tam və düzgün hesablanması üçün zəruri olan informasiyanın
yığılması və qeydə alınması sistemi olmaqla, vergitutma sahəsində mühasibat uçotunun alternatividir.
Vergi uçotu – mövcud qanunvericiliyə müvafiq olaraq qruplaşdırılmış sənədlərə əsasən mənfəət vergisi
üzrə vergitutma bazasının müəyyən edilməsi üçün lazım olan informasiyanın ümumiləşdirilməsi
sistemidir
hamısı
Aşağıdakılardan hansı vergi uçotunun funksiyalarına aiddir?
təsərrüfat subyektinin mühasibat hesabatlarının düzgün tərtib edilməsi üçün lazım olan ilkin informasiyanın
toplanması və qeyd edilməsi;
vergi borclarının alınması üçün tədbirlərin görülməsi;
ilkin uçot sənədlərindəki informasiyasının registrlərdə və maliyyə hesablarında vaxtında əks etdirilməsi;
təsərrüfat subyektinin vergi öhdəliklərinin düzgün müəyyən edilməsi üçün lazım olan ilkin
informasiyanın toplanması və qeyd edilməsi;
Aşağıdakılardan hansı vergi uçotunun funksiyalarına aiddir?
ilkin vergi informasiyasının vergi registrlərində və mühasibat uçotu hesablarında vaxtında əks
etdirilməsi;
mühasibat uçotu registrlərinin tərtib edilməsi üçün lazım olan göstəricilərin formalaşması
vergi borclarının alınması üçün tədbirlərin görülməsi;
ilkin uçot sənədlərindəki informasiyasının registrlərdə və maliyyə hesablarında vaxtında əks etdirilməsi;
Aşağıdakılardan hansı vergi uçotunun funksiyalarına aiddir?
vergi borclarının alınması üçün tədbirlərin görülməsi;
müəssisələrin vergi öhdəliklərinin düzgün müəyyən edilməsi;
mühasibat uçotu registrlərinin tərtib edilməsi üçün lazım olan göstəricilərin formalaşması;
təsərrüfat subyektinin mühasibat hesabatlarının düzgün tərtib edilməsi üçün lazım olan ilkin informasiyanın
toplanması və qeyd edilməsi;
Aşağıdakılardan hansı vergi uçotunun funksiyalarına aiddir?
etibarlı vergi hesabatının (bəyannaməsinin) formalaşması;
mühasibat uçotu registrlərinin tərtib edilməsi üçün lazım olan göstəricilərin formalaşması;
ilkin uçot sənədlərindəki informasiyasının registrlərdə və maliyyə hesablarında vaxtında əks etdirilməsi;
vergi informasiyasının formalaşması və vergi hesabatının güzgün tərtib olunması üzərində nəzarətin
təşkili.
Aşağıdakılarda göstərilənlərin hansında vergi uçotunun predmeti düzgün verilmişdir?
İqtisadi subyektin vergiləri hesablamaq və ödəmək öhdəliyi yaradan istehsal və qeyri-istehsal fəaliyyəti
üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları
Hər hansı subyektin vergiləri ödəmək öhdəliyi yaradan kommersiya fəaliyyəti üzrə həyata keçirdiyi bütün
maliyyə-təsərrüfat əməliyyatları
Hüquqi şəxslərin vergiləri hesablamaq və ödəmək öhdəliyi yaradan sahibkarlıq fəaliyyəti üzrə həyata keçirdiyi
bütün maliyyə əməliyyatları
Vergi ödəyicisinin vergi öhdəlikləri yaradan istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat
əməliyyatları
Vergi uçotunun qarşısında duran vəzifələri həll etmək üçün aşağıdakı hansı metodlardan istifadə olunur?
hesabat dövrünün müəyyən edilməsi;
vergi dövrünün müəyyən edilməsi;
xüsusi vergi sənədlərinin aparılması;
vergitutma bazasının formalaşması üsulunun müəyyən edilməsi;
ilkin uçot sənədlərinin aparılması;
Aşağıdakılarda göstərilənlərin hansında “Vergi maya dəyəri”nin mənası düzgün açıqlanmışdır?
“Vergi maya dəyəri” – ilkin uçot göstəricisinin vergi və mühasibat uçotu məqsədləri üçün fərqli qaydada müəyyən
edilməsidir
“Vergi maya dəyəri” – vergi uçotu göstəricisinin mühasibat uçotu metodikasından fərqli qaydada müəyyən
edilməsidir
“Vergi maya dəyəri” – mühasibat (maliyyə) uçotu göstəricilərinin vergi uçotu məqsədləri üçün müəyyən
edilməsidir
“Vergi maya dəyəri” – maliyyə uçot göstəricilərinin vergitutma məqsədləri üçün müəyyən edilməsidir
Vergi diskontu nədir?
vergitutma məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi gəlir və çəkdiyi xərclərin tənzimləməsidir
mühasibat uçotu məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi gəlir və çəkdiyi xərclərin tənzimləməsidir
vergitutma məqsədləri üçün vergi ödəyicisinin çəkdiyi xərcləri artıran məbləğdir
vergitutma məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi gəlirləri artıran məbləğdir
Vergi sənədlərinə aşağıdakılardan hansılar daxildir?
Bildiriş
uçot-hesabat sənədləri
vergi uçotu registrləri
təsdiqedici ilkin sənədlər
Vergi uçotu registrləri hansı sənədlərdir?
vergi uçotu lazım olan informasiynı ümumiləşdirən və sistemləşdirən mühasibat uçotu registridir
özündə vergi uçotunda əks olunması üçün zəruri olan informasiyanı əks etdirən ilkin mühasibat uçotu
sənədləridir
vergi uçotunun aparılması üçün nəzərdə tutulmuş ümumi registr və ilkin uçot formalarıdır
özündə hesabat dövrü üçün bəyannamələrin tərtib edilməsi lazım olan informasiynı əks etdirən sənəddir
Vergi uçotunun məlumatları sənədlərlə təsdiqlənməli və özündə aşağıdakı məlumatları əks etdirməlidir:
cari hesabat dövründə uçota alınan və növbəti hesabat dövrlərinə aid ediləcək xərclərin müəyyən edilməsi
qaydasını
müəssisə vergi öhdəlikləri üzrə bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında qarşılıqlı
əlaqədə ikili yazılış üsulu ilə əks etdirmək
yaradılacaq ehtiyat məbləğlərinin formalaşması qaydasını
mənfəət vergisi üzrə büdcəyə olan borc məbləğini
hesabat dövründə uçota alınan gəlirlərin və növbəti hesabat dövrlərinə aid ediləcək xərclərin müəyyən
edilməsi qaydasını
Vergi uçotu məlumatlarını təsdiq edən sənədlər aşağıdakılardır:
analitik mühasibat uçotu registrləri;
analitik vergi uçotu registrləri;
vergi bazasının haqq-hesabı
sintetik vergi uçotu registrləri;
Vergi uçotu özündə aşağıdakı hansı məlumatları əks etdirməlidir?
gəlir və xərc məbləğlərinin formalaşması qaydasını;
mənfəət vergisi üzrə büdcəyə ödənilmiş vergi məbləğini;
cari hesabat dövründə vergitutma məqsədləri üçün uçota alınan xərclərin (zərərin) xüsusi çəkisinin müəyyən
edilməsi qaydasını;
növbəti hesabat dövrlərinin gəlirlərindən çıxılacaq xərclərin məbləğini;
Vergi uçotu özündə aşağıdakı hansı məlumatları əks etdirməlidir?
növbəti hesabat dövrlərinin xərclərinə daxil ediləcək xərclərin qalıq məbləğini;
mənfəət vergisi üzrə büdcəyə ödənilmiş vergi məbləğini;
mənfəət vergisi üzrə büdcəyə olan borc məbləğini;
hamısı
