WorksheetsAzərbaycan dili
Total questions: 10
Worksheet time: 5mins
Sinonim frazeoloji birləşmələrdir:
A. abır gözləmək; həya etmək; nüfuzunu qorumaq
B. ağ eləmək; ifrata varmaq; ağ günə çıxmaq
C. yurduna su calamaq; ocağı, yurdu dağıtmaq; xaraba qoymaq
D. ac qulağım, dinc qulağım; az aşım, ağrımaz başım
E. ağa ağ, qaraya qara demək; obyektiv olmaq
Hansı cümlə ilə mətnin nəticə hissəsini formalaşdırmaq olar?
Məşhur dəniz səyyahları sayılan finikiyalılar növbəti dəfə qumlu sahilə çıxıb tonqal qalamışdılar. Çörəklərini yedikdən sonra onlar sönmüş tonqalın yerində parlaq maddə gördülər. Bu, şüşə idi. Sonradan məlum oldu ki, daş duz ilə təmiz sahil qumunun qarışığı şüşəyə çevrilir.
Şüşənin vətəninin Misir, İkiçayarası, Qafqaz olduğunu hesab edənlər var. Lakin ən qədim şüşə nümunəsi Misirdə tapılmışdır.
A. Şüşə qab hazırlamaq sahəsində, əsasən, iki üsul məlumdur.
B. Azərbaycanda şüşə istehsalı ilə bağlı müxtəlif fikirlər mövcuddur.
C. Şüşə istehsalı çətin başa gəldiyi üçün ondan ilk vaxtlar bəzək əşyası kimi istifadə olunmuşdur.
D. Şüşə həmişə insanların həyatında mühüm yer tutmuş, bu gün də tutmaqdadır.
E. Arxeoloji qazıntılar nəticəsində tapılmış şüşə məhsullarının tarixi miladdan öncə I minilliyin başlanğıcından o tərəfə keçmir.
Şeir bəndində hansı məfhumlar qarşılaşdırılır?
Eh, arxadan gələnlərlə
Tənləşməyə nə var, bala,
Hünərin var yetiş görüm
Birincilər gedən yola.
Bu dünyanın kəhər atı,
Səmənd atı ola-ola,
Hər yerişi yeriş bilib
Kor yabıya mindinsə heç. (Musa Yaqub)
1. igidlik – namərdlik
2. tənbəllik – qoçaqlıq
3. sevinc – kədər
4. yetişmək – bəhsləşmək
5. hünər – zəiflik
A. 2, 3
B. 4, 5
C. 1, 4
D. 2, 5
E. 1, 2
Verilmiş sözlərdən hansılar quruluşca düzəltmədir?
A) vətəndaş, dağıntı
B) soyuqqanlı, xoşbəxtlik
C) təmzilik, kitabçada
D) yoldaşlar, balıqçılar
E) barmaq, çaxmaq
Məntiqi ardıcıllığı tamamlayın;
meydan, sadəlik, bədbəxt,...
A) qırıq,əmioğlu,nəticə
B) yumşaq,yaralı,xoşsima
C) ayaqqabı.şirin-şirin.incəsənət
D) dağlıq, dəftərçə, çayxana
E) güldan, çaydan,böyürtkən
Biri quruluşuna görə fərqlidir:
A) qoruq
B) çarıq
C) sarıq
D) yamaq
E) yırtıq
Qoşasamitli sözlərdən birini yazılışı ilə tələffüzü fərqlənmir:
A) guppultu
B) hətta
C) diqqət
D) zənnimcə
E) səkkiz
Frazeoloji birləşmələrdən birinin mənası düzgün verilməmişdir:
A) özündən çıxmaq - hirslənmək
B) gözləri kəlləsinə çıxmaq - təəccüblənmək
C) dünyasını dəyişmək - ölmək
D) tüstüsü təpəsindən çıxmaq - ocaq qalamaq
E) bel bağlamaq - inanmaq
Sözlərdən neçəsi ahəng qanununa tabe olur ?
Kitab, sədaqət, önlük, qarışqa, şölə, dəmirçi,sahil,kömür,şüa
A) 2
B) 4
C) 5
D) 6
E) 3
Hansı bənddəki söz birləşməsində birinci tərəfin son samiti yazıldığı kimi tələffüz olunur?
A) kənd yolu
B) bulud karvanı
C) kənd axşamı
D) gənc qız
E) zavod çörəyi
