wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

VERGİLƏR

Total questions: 12

Worksheet time: 14mins

Name
Class
Date
1.

Qeyri rezidentlər Azərbaycan mənbəyindən əldə etdikləri gəlir vergisini hara ödəyirlər?

a)

ehtiyyat fonduna

b)

büdcədənkənar fondlara

c)

dövlət büdcəsinə

d)

bələdiyyə büdcələrinə

e)

müdafiə fonduna

2.

Rezident vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərindən neçə faiz dərəcəsi ilə gəlir vergisi tutulur?

a)

vergi tutulmur

b)

14-25%

c)

20%

d)

22%

e)

18%

3.

Dövlətin vergi siyasətinin əsas vəzifələri hansılardır: 1. sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması; 2. dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi; 3. vergi güzəştlərini artırmaq yolu ilə istehsalın stimullaşdırılması; 4. bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması.

a)

2, 3, 4

b)

1, 2, 3, 4

c)

1, 3, 4

d)

1, 2, 4

e)

1, 2, 3

4.

Əhatə etdiyi dövrün uzunluğundan və həll edilən məsələlərin xarakterindən asılı olaraq vergi siyasəti bölünür:

a)

Vergi taktikası və vergi dövrünə

b)

Qısa müddətli və uzunmüddətli

c)

ekspansionist və restriksionist

d)

Vergi strategiyası və vergi dövrünə

e)

Vergi taktikası və vergi strategiyasına

5.

ÜDM-in bir hissəsinin dövlətin xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinə cəlb edilməsi vergi siyasətinin hansı məqsədini

əks etdirir?

a)

Nəzarət

b)

Sosial

c)

İqtisadi

d)

Fiskal

e)

Optimal

6.

Hansı vergi dövlət vergilərinə aid deyildir?

a)

fiziki şəxslərin gəlir vergisi

b)

aksizlər

c)

əlavə dəyər vergisi

d)

fiziki şəxslərin əmlak vergisi

e)

yol vergisi

7.

Aşağıda göstərilənlərdən hansılar vergitutmanın formaları sayılır?

a)

məcburi, könüllü və bilavasitə mənbədən

b)

mənbədən, könüllü və bildiriş üzrə

c)

məcburi, könüllü və bəyanetmə üzrə

d)

bəyannamə üzrə, bildiriş üzrə və bilavasitə mənbədən

e)

bəyanetmə üzrə, bildiriş üzrə və könüllü

8.

Vergi ödəyicisinin uçotda olmasını təsdiq edən Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında hansı sənəd verilir

a)

Şəhadətnamənin itməsi ilə bağlı arayış

b)

heç bir sənəd verilmir

c)

Şəhadətnamənin yeni nüsxəsi

d)

Şəhadətnamənin surəti

e)

Şəhadətnamə-dublikat

9.

Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində aşağıda göstərilən qərarlardan hansıları çıxara bilər? 1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi 2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması 3. vergi ödəyicisinin əmlakının siyahıya alınması 4. xronometraj metodu ilə müşahidə aparılması 5. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi

a)

1, 2, 3

b)

1, 2, 5

c)

3, 4, 5

d)

1, 4, 5

e)

2, 3, 4

10.

Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir?

a)

10 gün

b)

5 gün

c)

dərhal

d)

7 gün

e)

15 gün

11.

Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blanklar olmadan və ya nəğd ödənilmiş məbləği mədaxil etmədən] nağd pul hesablaşmalarının aparılmasına təqvim ili il ərzində ikinci dəfə yol verildikdə vergi

ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edili

a)

3000 manat

b)

100 manat

c)

200 manat

d)

1200 manat

e)

400 manat

12.

Ölkəmizdə keçirilən lotoreyada iştirak edən Türkiyə vətəndaşı 1000 manat məbləğində uduş əldə etmiş və lotoreya biletinin alışına 50 manat sərf etmişdir.Tutulacaq vergi məbləğini hesablayın.

a)

95 m

b)

10 m

c)

950

d)

1000 m

e)

150 m