wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sınaq morfologiya

Total questions: 12

Worksheet time: 6mins

Name
Class
Date
1.

1)köməkçi nitq hissəsi ilə omonim ola bilən əvəzlik işlənmiş cümlə hansıdır?

a)

a) Biz çox çalışırıq.

b)

b)Məhz mən də onunla bu fikirdə idik.

c)

c) O, yeni işini qısa zamanda mənimsəmişdi.

d)

d) Bu işi necə həll edə bilərik ,usta?

2.

2. Sillogizmə əsasən , nöqtələrin yerinə uyğun gələn fikri seçin.

l hökm: Leksik mənası olan sözlərin qrammatik mənası da olur.

ll hökm: .................................................................


Nəticə: "Könül" sözünün qrammatik mənası var.

a)

a) " könül" sözünün sinonimi qəlb ,ürək sözləridir

b)

b) " könül" sözünün qrammatik mənası yoxdur.

c)

c) " könül" sözünün leksik mənası var

d)

d) "könül " sözü quruluşca sadədir

e)

e) " könül" sözünə ismə məxsus bütün qrammatik şəkilçiləri artırmaq olar

3.

3. Hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul etmiş sözü iki şəxsdə düşünmək olmaz?

a)

a) Çiçəkləriniz çox gözəl idi.

b)

b) Evində yeni işlər görür.

c)

c) Kitabında yeni qaydalar yazılsa,yaxşı olar.

d)

d) Şeirindəki misralar gözəl idi.

e)

e) İşini vaxtında gördülər.

4.

4. " Bu növ feillərdə sibyekt işi öz üərində görür,-ıl4, -ın4 şəkilçiləri ilə düzəlir" aşağıdakı cümlələrin birində bu xüsusiyyətləri daşıyan feil yoxdur?

a)

a) Bu işdən sonra Qoca seyinib, aşağı kəndə düşdü.

b)

b) Düşmən hücuma keçincə, əsgərlərimiz irəli atıldı.

c)

c) Qasım paltarını geyindi

d)

d) Günəş doğdu

e)

e) Yaz gəldi,gül açıldı.

5.

5."Dinlə" sözünə eyni zamanda qoşula bilən hansı şəkilçilərin hər ikisi fərqli tələffüz olunur?

1.lazım şəklinin

2. indiki zaman

3.inkar

4.vacib şəklinin

5.qəti gələcək zamanın

a)

a) 1,2

b)

b) 2,3

c)

c) 3,5

d)

d) 3,4

e)

e) 1,5

6.

6. Heç bir boşluğa yazıla bilməyən qoşmaları seçin.

1.qədər 2.haqda 3.sonra 4.nisbətən 5.əlavə 6.qeyri

adlıq (...............)

qoşma yönlük ( ..............)

yiyəlik (...............)

a)

a) 2,3,4

b)

b) 4,5,6

c)

c)1,3,5

d)

d) 3,5,6

e)

e) 2.4,5

7.

7."Dərman səpilmiş yerləri duman çəkilənədək bir daha yenidən dərmanlayın" cümləsindəki feillərin məna növlərini müvafiq ardıcıllıqla müəyyən edin.

a)

a) qayıdış, məlum ,məlum

b)

b) məchul, məlum,məlum

c)

c) qayıdış,qayıdış,məchul

d)

d) məchul, qayıdış, məlum

e)

e) məchul, qayıdış, məchul

8.

8.Hansı cərgədəki omonim qoşma iki məna çalarına malikdir?

a)

a) İşdən sonra dostları ilə futbol oynayırdı

b)

b) Sən onun qılıncını ağlı kimi iti, baxtını atı kimi yüyrək elə.

c)

c) Sabah kimi atasından yadigar qalan məsuliyyətlə işini bitirdi

d)

d) Axır almaz kimi , göz yaşı kimi

e)

e) Sübh namazına kimi çalışdı Qoca, dəvə kimi dönmədi inadından.

9.

9.Biri tabelilik bağlayıcısı deyil:

a)

a) onun üçün ki

b)

b) belə ki

c)

c) hərgah

d)

d) hərçənd

e)

e) yəni

10.

10."Dostlar da bu iş haqqında , səncə, beyin yormadılar" nümunəsində ışarələnmiş sözün hər iki tərəfindən vergülü silsək , onda bu söz morfoloji baxımından nə olacaqdır?

a)

a) modal söz

b)

b) əvəzlik +ədat

c)

c) isim +qoşma

d)

d) əvəzlik+zərf düzəldən şəkilçi

e)

e) əvəzlik+qoşma

11.

11.Hansı nümunələrdə "O" əvəzliyindən sonra vergülün qoyulması doğrudur?

a)

a) O, güldən tək alın.

b)

b) O, gültək gözəldir,

c)

c) O, gülsə, gözəldir.

d)

d) O, kitab maraqlıdır

12.

12." belə" işarə əvəzliyi heç bir şəkilçi qəbul etmədən hansı sözü əvəz edə bilməz?

a)

a) cəld

b)

b) qoca

c)

c) yorğun

d)

d) dilucu

e)

e) qarı