NEW
Font size
Worksheetsİqtisad elminin predmeti və metodu. Əsas iqt. problem-m.1
Total questions: 10
Worksheet time: 5mins
1. “Ekonomiks” sözünün mənası
Ailə təsərrüfatını idarə edən
maddi nemətlər istehsalının idarə edilməsi
Qeyri-maddi nemətlər istehsalını idarə edən
Maddi və qeyri-maddi nemətlər istehsalını idarə edən
Xidmətlər istehsalını idarə edən
Q.Mənkyunun fikrinə görə “Ekonomiks”.....
Cəmiyyətin öz qıt sərvətlərini necə idarə etdiyini öyrənən elm sahəsidir.
İqtisadi münasibətləri öyrənən elm sahəsidir
Milli sərvətlərin yaranması və bölgüsünü öyrənən elm sahəsidir
Mülkiyyət münasibətlərini öyrənən elm sahəsidir
Xidmət sferasını öyrənən elm sahəsidir
Bir əşyanın alternativ dəyəri ....
Ona sərf olunmuş əməyin miqdarı ilə ölçülür
Ona sərf olunmuş iş vaxtı ilə ölşülür
Pulun miqdarı ilə ölçülür
Onu əldə etmək üçün imtina olunanlarla ölçülür.
Ona sərf olunmuş maddi resursların miqdarı ilə ölçülür.
“Ekonomiks”in insanların qərarları qəbul etməsilə əlaqədar olan prinsiplərinə aiddir:
Bəzən dövlətlər bazar fəaliyyətinin nəticələrini yaxşılaşdıra bilər.
Rasional insanlar marjinal faydanı düşünürlər.
Ticarət hər kəs üçün faydalı ola bilər.
Cəmiyyət inflyasiya ilə işsizlik arasında qısa müddətli seçimlə üzləşir.
Adətən bazarlar iqtisadi fəaliyyətin təşkili üçün yaxşı üsuldur.
İqtisad elminin metodologiyası anlayışı özünə daxil edir:
Müxtəlif iqtisadi sistemlərinin öyrənilməsi
Iqtisadi nəzəriyyənin müxtəlif cərəyanları
Iqtisadi hadisələrin öyrənilməsi üsulları və metodları
Iqtisadçı alimlərin dünyagörüşü
Iqtisadiyyatın strukturu
Bazarlar vasitəsilə ailələr və müəssisələr arasında pulun necə hərəkət etdiyini göstərən vizual model, adlanır...
İqtisadi artım
İstehsal imkanları həddi
Dövri-axın
Tələb funksiyası
Təklif funksiyası
Əmtəə və xidmətləri istehsalı və reallaşdırılması yolu ilə istehsal amillərindən istifadə etməklə öz mənafelərini reallaşdıran təsərrüfat subyekti:
Firma
Ailə
Ev təsərrüfatı
Bank
Dövlət
Dövri-axın diaqramının çöl halqası....
İqtisadi artımı göstərir
Gəlirin dəyişməsini göstərir
Pulun hərəkətini göstərir
İstehsal amili və amtəə axınlarını göstərir
Qiymət dəyişməsini göstərir
İqtisad elmində pozitiv yanaşma əlaqədardır:
Iqtisidi sistemin ayrı-ayrı elementlərinin öyrənilməsi ilə
Iqtisadiyyatın necə olmasının öyrənilməsi ilə
Dünyanın necə olduğunu təsvir etməyə çalışan fikirlərlə
Iqtisadi eksperimentlərin aparılması ilə
Dünyanın necə olmalı olduğunu tövsiyyə edən fikirlərlə
Normativ təhlilə aid olmayan fikir:
İnflyasiya zamanı Mərkəzi Bank pul təklifini azaltmalıdır
İşsizliyin səviyyəsi azaldılmalıdır
Əmək haqqının minimum səviyyəsinin qaldırılması işsizlik səviyyəsini artırır
İnflyasiyaya nəzarət edilməlidir
Əmək haqqının minimum səviyyəsi qaldırılmalıdır
