NEW
Font size
Worksheetsmaliyye 14
Total questions: 11
Worksheet time: 18mins
Ev təsərrüfatının xərcləri müntəzəmlik dərəcəsinə görə necə təsnifləşdirirlir?
Daimi xərclər, birdəfəflik xərclər
Beynəlxalq xərclər
İstehlak xərcləri
Birinci növbəli və ikinci növbəli xərclər
Uzunmüddətli və qısamüddətli xərclər
Ev təsərrüfatında insan həyatını davam etdirmək üçün zəruri olan maddi və mənəvi dəyərlərin alınmasına sərf olunan faktiki məsrəflər necə adlanır?
Ev təsərrüfatının pul gəlirləri
Ev təsərrüfatının pul xərcləri
Dövlətin xərcləri
Dövlətin büdcəsi
Müəssisənin mənfəəti
Ev təsərrüfatının maliyyə resurları içərisində ailənin şəxsi tələbatının ödənilməsi üçün yaradılan və qiymətli əmtəələrin alınmasına, yaxud mənfəət götürmək üçün kapital kimi istifadə edilən fondlar necə adlanır?
Işsizlikdən sığorta fondu
İcbari və istehsal fondu
Beynəlxalq fond
İstehlak və yığım fondu
Sığorta fondu
Məlumdur ki, ev təsərrüfatı maliyyəsinin sosial iqtisadı mahiyyəti öz təzahürünü funksiyalarında tapır, bu funksiyalar hansılardır?
ailənin həyat tələbatının ödənilməsi və bölüşdürücü
fiskal və inkişaf
bölüşdürücü və xəbərdarlıq
risk və xəbərdarlıq
maliyyələşmənin asanlaşdırılması və xəbərdarlıq
Ev təsərrüfatının maliyyəsinin mahiyyəti hansı bənddə düzgün verilmişdir:
ayrı-ayrı dövlətlər və beynəlxalq maliyyə kredit təşkilatları arasında idxal-ixrac əməliyyatları və kapitalın beynəlxalq hərəkəti prosesində yaranan iqtisadi münasibətlərdir.
ev təsərrüfatının ayrı-ayrı üzvləri tərəfindən həyat tələbatlarını ödəmək məqsədilə öz fəaliyyətləri prosesində pul vəsaitləri fondlarının yaradılması, bölgüsü və istifadəsi üzrə həyata keçirdikləri iqtisadi pul münasibətləridir.
dövlət hakimiyyəti orqanları və idarələri timsalında dövlətlə hüquqi və fiziki şəxslər arasında dövlətin kreditor, borc alan və zəmanətçi kimi iştirak etdiyi iqtisadi münasibətlərin məcmusudur
maliyyənin nəzarət funksiyasının reallaşdırma formasıdır
maliyyə münasibətləri sistemində dövlətin müvafiq strukturları tərəfindən həyata keçirilən maliyyə tədbirlərinin məcmusudur.
Ev təsərrüfatının maliyyə resurslarının tərkibinə daxildir:
kommersiya fəaliyyətindən mənfəət;
bazarda formalaşmış vəsait - kredit formasında kredit təşkilatlarından alınmış vəsait, dividentlər və faizlər
yenidən bölgü qaydasında daxil olmuş vəsait -pensiya, müavinət, büdcədən və büdcədənkənar sosial fondlardan ssuda
xüsusi vəsait, yəni ailənin hər bir üzvü tərəfindən qazanılmış əmək haqqı, yardımçı təsərrüfatdan gəlir;
Variantların hamısı doğrudur
İstifadə məqsədlərinə görə ev təsərrüfatı xərclərinin təsnifat istiqamətləri hansılardır? Uyğun olmayanı göstərin:
istehlak xərcləri (əmtəələrin alınmasına və xidmətlərin ödənilməsinə)
dövlətin vəzifə və funksiyalarının yerinə yetirilməsinə xərclər
məcburi tədiyyələrin və müxtəlif məcburi haqların ödənilməsi
xarici valyuta alınması
əmanətlərdə və qiymətli kağızlarda yığımlar
Ev təsərrüfatının maliyyə resurslarının tərkibinə hansı vəsaitlər daxildir? Aid olmayanı göstərin
yenidən bölgü qaydasında daxil olmuş vəsait -pensiya, müavinət, büdcədən və büdcədənkənar sosial fondlardan ssuda
xüsusi vəsait, yəni ailənin hər bir üzvü tərəfindən qazanılmış əmək haqqı, yardımçı təsərrüfatdan gəlir;
yerli əhəmiyyətli tikinti materiallarından mədən vergisi
kommersiya fəaliyyətindən mənfəət
bazarda formalaşmış vəsait - kredit formasında kredit təşkilatlarından alınmış vəsait, dividentlər və faizlər
Dövlətin ev təsərrüfatı büdcəsinin həcminə əsaslı təsir istiqamətləri hansılardır? Yanlış cavabı göstərin:
Dövlət ev təsərrüfatı büdcəsinin həcminə təsir etmir
müxtəlif ictimai nemət və xidmətlərin verilməsi vasitəsilə
vergi sistemi vasitəsilə - ev təsərrüfatı vergi və rüsumlar ödəyir və digər məcburi ayırmalar edir
dövlət qiymətqoyma vasitəsilə
dövlət sektorunda işçilərin əməyinin ödənilməsi vasitəsilə
Ev təsərrüfatının xarici pul münasibətlərinə aid olmayanı göstərin
Uzun müddətə istifadə edilən əmtəələrin əldə edilməsi, mənzil alınması və s. üçün ehtiyat fondunun formalaşması münasibətləri
Dövlətlə verginin ödənilməsi zamanı münasibətlər
Sığorta təşkilatları ilə münasibətlər
Kommersiya bankları ilə münasibətlər
Digər ev təsərrüfatları ilə münasibətlər
Ev təsərrüfatının maliyyəsi maliyyə sisteminin hansı sahəsinə aiddir?
ev təsərrüfatı maliyyə sisteminin müstəqil həlqəsi olmaqla mərkəzləşmiş maliyyə sahəsinə aiddir
ev təsərrüfatı bələdiyyə maliyyəsinin tərkib hissəsi olmaqla mərkəzləşmiş maliyyə sahəsinə aiddir
ev təsərrüfatı maliyyə sisteminin müstəqil həlqəsi olmaqla qeyri mərkəzləşmiş maliyyə sahəsinə aiddir
ev təsərrüfatı özündə bələdiyyə maliyyəsini əks etdirir
ev təsərrüfatı büdcə sisteminin müstəqil həlqəsi olmaqla mərkəzləşdirilmiş maliyyə sahəsinə aiddir
