wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Qarşılıqlı asılılıq və ticarətin faydası - mövzu 2

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Fərdlər və ölkələr qıtlıqla bağlı yaranan problemləri həll etmək üçün:

a)

Daha çox istehsal edirlər

b)

Daha az istehlak edirlər

c)

Tələb və təklifi tarazlaşdırırlar

d)

İxtisaslaşmış istehsal və mübadilə üsullarına müraciət edirlər.

e)

Əhali artımının qarşısını alamaq üçün tədbirlər görürlər

2.

Ticarətin faydası müəyyən olunur:

a)

Nisbi üstünlüklə

b)

Mütləq üstünlüklə

c)

İstehsal imkanları həddi ilə

d)

“Görünməz əl”lə

e)

Alternativ dəyərlərdəki fərqlərlə

3.

İstehsal imkanları həddi istehlak imkanları həddinə bərabər olur:

a)

Müxtəlif istehsalçılar arasında ticarət əlaqələri olduqda

b)

Müxtəlif istehsalçıların istehsal imkanları daha geniş olduqda

c)

Müxtəlif istehsalçılar arasında ticarət əlaqələri olmadıqda

d)

Müxtəlif istehlakçıların istehlak imkanları daha geniş olduqda

e)

Müxtəlif istehlakçıların istehlak imkanları daha aşağı olduqda

4.

Əkinçi və maldar onlara daha yaxın olan məhsulun istehsalında ixtisaslaşsalar və sonra ticarət etsələr, onda:

a)

Əkinçi daha çox qazanar

b)

Maldar daha çox qazanar

c)

Hər ikisi daha az qazanar

d)

Hər ikisi daha çox qazanar

e)

Maldar daha az qazanar

5.

Mütləq üstünlüyün məzmunu:

a)

Məhsul istehsalçılarının istehsalının alternativ dəyərə əsasən müqayisə edilməsi

b)

Məhsul istehsalçılarının malik olduqları təbii resurslara əsasən müqayisə edilməsi

c)

Məhsul istehsalçılarının malik olduqları kapital resurslarına əsasən müqayisə edilməsi

d)

Məhsul istehsalçılarının əmək məhsuldarlığına əsasən müqayisə edilməsi

e)

Məhsul istehsalçılarının malik olduqları əmək resurslarına əsasən müqayisə edilməsi

6.

Bir şəxsin məhsul istehsalı sahəsində mütləq üstünlüyə malik olmasının şərti:

a)

Həmin şəxsin digər şəxsə nisbətən fiziki cəhətdən daha güclü olması

b)

Həmin şəxsin digər şəxsə nisbətən əqli və fiziki cəhətdən daha güclü olması

c)

Həmin şəxsin digər şəxsə nisbətən yüksək biliyə sahib olması

d)

Həmin şəxsin məhsulu digər şəxsə nisbətən daha az xərc sərf etməklə istehsal etməsi

e)

Həmin şəxsin digər şəxsə nisbətən daha çox pula sahib olması

7.

Nisbi üstünlüyün məzmunu:

a)

Məhsul istehsalçılarının əmək məhsuldarlığına əsasən müqayisə edilməsi

b)

Məhsul istehsalçılarının malik olduqları təbii resurslara əsasən müqayisə edilməsi

c)

Məhsul istehsalçılarının malik olduqları kapitala əsasən müqayisə edilməsi

d)

Məhsul istehsalçılarının malik olduqları əmək resurslarına əsasən müqayisə edilməsi

e)

Məhsul istehsalçılarının istehsalının alternativ dəyərə əsasən müqayisə edilməsi

8.

Mütləq üstünlüyə malik olan istehsalçı:

a)

Stabil məhsuldarlığa malik olan istehsalçı

b)

Daha aşağı məhsuldarlığa malik olan istehsalçı

c)

Daha çox alternativ dəyərə malik olan istehsalçı

d)

Daha yüksək məhsuldarlığa malik olan istehsalçı

e)

Daha az alternativ dəyərə malik olan istehsalçı

9.

Ticarətdən əldə edilən faydanın mənbəyi:

a)

Nisbi üstünlük

b)

Mütləq üstünlük

c)

İstehsal imkanlarının geniş olması

d)

Təbii resursların çox olması

e)

Əhalinin çox olması

10.

İqtisadçılar nisbi üstünlük prinsipini əsas götürərək ölkələr arasında ticarətin hansı növünü təbliğ edurlər?

a)

Yerli ticarəti

b)

Həm azad ticarəti həm də qapalı ticarəti

c)

Qapalı ticarəti

d)

Xarici ticarəti

e)

Azad ticarəti