wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

iqtisadiyyata giris 2

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Mikroiqtisadiyyat və makroiqtisadiyyatın sıx əlaqəsinin səbəbi:

a)

İqtisadiyyat yalnız müəssisələrdən ibarət olduğu üçün

b)

İqtisadiyyat yalnız ailə təsərrüfatlarından ibarət olduğu üçün

c)

Bütövlükdə iqtisadiyyat, bazarda bir-biri ilə qarşılıqlı münasibətdə olan çoxlu müəssisə və ailə təsərrüfatlarından ibarət olduğu üçün

d)

Bunlardan heç biri

e)

Bunların hamısı

2.

İnflyasiya, işsizlik, iqtisadi artım daxil olmaqla iqtisdiyyatı geniş məzmunda öyrənən elm:

a)

Mikroiqtisadiyyat

b)

iqtisadi nəzəriyyə

c)

Makroiqtisadiyyat

d)

Siyasi iqtisad

e)

Ekonomiks

3.

Dünyanın necə olmalı olduğunu tövsiyyə edən fikirlər – aiddir:

a)

Pozitiv fikirlərə

b)

Normativ fikirlərə

c)

Səmərəli fikirlərə

d)

Ədalətli fikirlərə

e)

Rasional fikirlərə

4.

Pozitiv yanaşmanı göstərən fikir:

a)

İnflyasiya zamanı Mərkəzi Bank pul təklifini azaltmalıdır

b)

Əmək haqqının minimum səviyyəsi qaldırılmalıdır

c)

İnflyasiyaya nəzarət edilməlidir

d)

Əmək haqqının minimum səviyyəsinin qaldıqılması işsizlik səviyyəsini artırır

e)

İşsizliyin səviyyəsi azaldılmalıdır

5.

İstehsal imkanları həddi “Ekonomiks”in prinsipi ilə əlaqəlidir:

a)

Bəzən dövlətlər bazar fəaliyyətinin nəticələrini yaxşılaşdıra bilər.

b)

Cəmiyyət inflyasiya ilə işsizlik arasında qısa müddətli seçimlə üzləşir.

c)

İnsanlar seçimlərlə üzləşir

d)

Adətən bazarlar iqtisadi fəaliyyətin təşkili üçün yaxşı üsuldur.

e)

Ticarət hər kəs üçün faydalı ola bilər

6.

Əgər resurs qoruyucu texnologiya tətbiq olunarsa onda istehsal imkanların əyrisi:

a)

Dəyişməz qalar

b)

Sağa yerini dəyişər

c)

Sola yerini dəyişər

d)

Çökük olar

e)

Daha qabarıq olar

7.

İstehsal imkanları əyrisinin altında qalan nöqtə

a)

Resurslardan tam istifadə edildiyini göstərən nöqtə

b)

Resursların əlçatan olmadığı nöqtə

c)

Tam məşğulluğun olduğu nöqtə

d)

Xərclərin minimuma endirildiyi nöqtə

e)

Resurslardan tam istifadə edilmədiyini göstərən nöqtə

8.

Dövri-axın diaqramının çöl halqası

a)

İstehsal amili və amtəə axınlarını göstərir

b)

Pulun hərəkətini göstərir

c)

Gəlirin dəyişməsini göstərir

d)

İqtisadi artımı göstərir

e)

Qiymət dəyişməsini göstərir

9.

İstehsal amillərinin (əmək, kapital, torpaq) sahibi…

a)

Ailə

b)

Bunlardan heç biri

c)

Firma

d)

Bank

e)

Bunların hamısı

10.

Dövri-axın diaqramına daxil olan bazarlar

a)

İş qüvvəsi bazarı və pul bazarı

b)

İstehsal amilləri bazarı, əmtəə və xidmətlər bazarı

c)

Pul bazarı və resurslar bazarı

d)

İnformasiya bazarı və istehlak bazarı

e)

Valyuta bazarı, əmtəə və xidmətlər bazarı