wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Mövzu 6. Büdcə gəlirləri

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

Dövlət büdcəsinin vergili gəlirləri hansılardır?

a)

Dövlət rüsumu üzrə daxilolmalar

b)

ƏDV və Aksizlər

c)

Dövlət istiqrazların yerləşdirilməsindən daxilolmalar

d)

Torpaq və qeyri-maddi aktivlərin satışından daxilolmalar

e)

Transfertlər

2.

Vergi nədir?

a)

könüllü ödənişdir

b)

vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən könüllü ödənişlərdir

c)

vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir

d)

Vergilər yalnız bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mükliyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində yalnız dövlət büdcəsinə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir

e)

Vətandaşların öz maraqları dairəsində hər hansı bir əməliyyatı həyata keçirmək üçün dövlət büdcəsinə ödədiyi vəsaitdir

3.

Qeyri neft-qaz və özəl sektorda çalışan fiziki şəxslərin gəliri 8000 manatadək olduqda gəlir vergisi neçə faizlə hesablanır?

a)

Vergiyə cəlb olunan məbləğ 8 000 manatadək olduqda: 3 faiz

b)

Vergiyə cəlb olunan məbləğ 8 000 manatadək olduqda: 14 faiz

c)

Vergiyə cəlb olunan məbləğ 8 000 manatadək olduqda: 0 faiz

d)

Vergiyə cəlb olunan məbləğ 8 000 manatadək olduqda: 12 faiz

e)

14 və 35 faiz

4.

Dövlət və Neft-qaz sektorunda fəaliyyət göstərən fiziki şəxslərin gəlir vergisi hansı dərəcələrlə hesablanır?

a)

12,30,35 faiz

b)

14 və 25 faiz

c)

12,20,30,35 faiz

d)

14,20,35,45 faiz

e)

12 və 35 faiz

5.

Büdcə gəlirləri nədir?

a)

Xarici dövlətdən alınmış borcdur

b)

Büdcədənkənar fondların məcmusudur

c)

qeyri-mərkəzləşdirilmiş maliyyə vəsaitləridir

d)

Dövlətin funksiyalarını yerinə yetirlməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitidir

e)

Beynəlxalq kreditlərdir

6.

Vergi Məcəlləsi Azərbaycan Respublikası ərazisində hansı vergiləri müəyyən edir?

a)

dövlət, muxtar respublika və yerli vergilər

b)

ancaq dövlət və yerli vergiləri

c)

ancaq dövlət vergilərini

d)

yerli və muxtar respublika vergilərini

e)

dövlət və muxtar respublika vergilərini

7.

Birbaşa vergiləri göstərin:

a)

mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi;

b)

mədən vergisi, aksizlər

c)

ƏDV, fiziki şəxslərin gəlir vergisi

d)

mənfəət vergisi, əlavə dəyər vergisi;

e)

mənfəət vergisi, aksizlər;

8.

Tutulması xarakterinə (üsuluna) görə vergilər təsnifləşdirilir

a)

dolayı və fərdi

b)

birbaşa və dolayı

c)

birbaşa və xüsusi

d)

dolayı və universal

e)

birbaşa və real

9.

Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

a)

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən, respublika ərazisində və onun hüdudlarından kənarda ödənilən dövlət vergiləri

b)

Azərbaycan Respublikasının “Vergi Məcəlləsi” ilə müəyyən edilən Respublika ərazisində ödənilməli olan vergilər

c)

Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən və respublika ərazisində ödənilən vergilər

d)

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən Respublika ərazisində ödənilən bütün vergilər

e)

respublika hüdudlarından kənarda ödənilən dövlət vergiləri

10.

Büdcə qanunvericiliyinə uyğun olaraq tam və ya qismən müvafiq büdcələrə təhkim edilən gəlirlər necə adlanır?

a)

büdcənin alternativ gəlirləri

b)

büdcənin sabit gəlirləri

c)

büdcənin qorunan gəlirləri

d)

büdcələrin tənzimləyici gəlirləri

e)

büdcələrin xüsusi gəlirləri