NEW
Font size
WorksheetsQidalanma sahəsində mikrobiologiya və epidemiologiya 3
Total questions: 10
Worksheet time: 5mins
Məlum heyvanı müəyyən vaxt ərzində öldürə bilən
mikrobun ən az miqdarı necə adlanır?
ölüm dozası
septisemiya
aqressin
hialuronidaza
lizasom
Yalnız mikroorqanizm öldükdən və hüceyrə parçalandıqdan sonra xaricə ifraz olunan, yüksək temperatura dözümlü zəhərli maddələr necə adlanır?
ekzotoksin
endotoksin
fibrinogen
miozin
albumin
Epidemiyanın yayılıb bütün ölkələri və
hətta qitələri əhatə etməsi necə adlanır?
Endemiya
Sporadik hal
Pandemiya
Epidemiya
Epiqriz
Xəstəliyin yayılma formaları hansılardır? 1.sporadik hal; 2.epidemiya; 3.epifiz; 4.pandemiya; 5.endemiya; 6. epifit.
1,2,4,5.
yalnız 3,6.
1,2,3,6
1,3,4,6
3,4,5,6
Bakteremiya nədir?
Mikrobun qan vasitəsi ilə üzvlərə yayılmaqla bərabər qanda və müxtəlif toxumalarda artması prosesi
Gizli dövr
Mikrobun virulentliyi
Mikrobun ilk iltihab nahiyəsindən qana keçərək bütün üzvlərə yayılması
Mikrobun öldürücü dozası
Yoluxucu xəstəliklərin ötürülmə mexanizminin 2-ci mərhələsi hansıdır?
törədicinin xarici mühitdə yaşaması
törədicinin yoluxmuş orqanizmindən xaricə ifraz olunması
törədicinin yeni sahibin orqanizminə daxil olması
törədicinin ölməsi
törədicinin toksin ifraz etməsi
Orqanizmin genetik xüsusiyyəti ilə əlaqədar olan immunitet necə adlanır?
Anadangəlmə
Süni
Qazanılmış
Təbii qazanılmış
Qeyri-fəal immunitet
Patogen mikrobun xəstəlik törətmə qabiliyyətinin dərəcəsi necə adlanır?
Virulentlik
Genotip
Faqositoz
Transformasiya
Fenotip
İnfeksion xəstəliklər gedişinə görə hansı qruplara ayrılırlar?
infeksion və qeyri-infeksion xəstəliklərə
kəskin və xroniki infeksiyalara
məişət və hava infeksiyalarına
saprofit və parazitlərə
reinfeksiya və superinfeksiya
Xəstəliyin tək-tək hallarda təsadüf olunması necə adlanır?
Endemiya
Pandemiya
Sporodik hal
Epidemiya
Epiqriz
