Font size
Worksheetsehtimal nəzəriyyəsi
Total questions: 10
Worksheet time: 9mins
İki avtomat ümumi konveyerə verilən eyni detal istehsal edir. Birinci avtomatın məhsuldarlığı ikincidən iki dəfə artıqdır. Birinci avtomat orta hesabla 60%, ikinci avtomat isə 84% əla keyfiyyətli detal istehsal edir. Təsadüfi olaraq konveyerdən götürülmüş detal əla keyfiyyətli çıxır. Bu detalın birinci avtomatda istehsal olunması ehtimalını tapın.
10/17
Düzgün cavab yoxdur
1/17
9/17
3/17
15 lampadan 4-ü standarta uyğundur. Eyni zamanda təsadüfi olaraq 2 lampa götürülür. Onlardan heç olmasa birinin qeyri-standart olması ehtimalını tapın.
0,094
0,092
Düzgün cavab yoxdur.
0,942
0,093
İki meyvə səbətindən birində 20 ağ, 10 qırmızı, ikincisində 8 ağ , 14 qırmızı alma var. Hər səbətdən bir alma təsadüfi götürülür. Bunların hər ikisinin ağ olması hadisəsinin ehtimalını tapın.
Düzgün cavab yoxdur.
4/11
8/33
2/3
15/33
Eyni güclü iki şahmatçı şahmat oynayır. Dörd partiyadan ikisində qalib gəlməsi ehtimalını tapın.
5/8
3/8
3/16
Düzgün cavab yoxdur.
1/8
Sexdə avtomatik nəzarət olan 14 dənə və əllə idarə olunan 6 dənə qurğu vardır. Avtomatik nəzarət olan qurğuda istehsal olunan məhsulun yararsız olması ehtimalı 0,001, əllə idarə olunanda isə 0,002 - dir. Labaratoriyada analiz olunmaq üçün götürülmüş bir məhsulun yararlı olması ehtimalı nə qədərdir?
0,1451
0,9987
Düzgün cavab yoxdur.
0,6125
0,9523
Bir nəfər iki bilet alır. Iki biletdən heç olmasa birinin udma ehtimalı 0,36 olarsa, bir biletin udma ehtimalını tapın.
Düzgün cavab yoxdur.
0,7
0,5
0,2
1
Batareya hərbi obyektə 6 atəş açmışdır. 1 atəş zamanı güllənin hədəfə dəyməsi ehtimalı 0,4-ə bərabərdir. Hədəfə dəyən güllənin ən böyük ehtimallı ədədini tapın.
2
4
3
5
1
Kitabın nəfis çap olunması yoxlanılır. Kitabın nəfis cap olması ehtimalı 0,8-a bərabər olarsa, götürülmüş üç kitabdan ancaq ikisinin nəfis çap olunması ehtimalını tapın.
0,384
0,245
0,376
0,243
0,242
Vergi təlimatçısının yoxlamasına görə orta hesabla hər iki kiçik müəssisədən biri maliyyə intizamını pozur. 10000 qeydiyyatdan keçmiş kiçik müəssisənin 4800-dən 5200-ə qədərinin maliyyə intizamını pozması ehtimalını tapın.
2Φ(2)
2Φ(4)
Φ(0,5)
Φ(−2)
Φ(−0,5)
Əgər 1000 sayda sınağın hər birində A hadisəsinin baş verməsi ehtimalı 0,002-yə bərabərdirsə, hadisənin 3 dəfə baş verməsi ehtimalını tapmaq üçün hansı düsturdan istifadə edilir?
Muavr-Laplasın lokal düsturu
Muavr-Laplasın inteqral düsturu
Bernulli düsturu
Puasson düsturu
Düzgün cavab yoxdur
