wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

YMST 1

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

Ərzaq malları satışında “Qırılmayan soyuduculuq zənciri” (QSZ) anlayışı altında nə başa düşülür?

a)

ərzaq mallarının saxlanılması zamanı soyudulması

b)

donmuş ərzaq mallarının istifadəsi zamanı donunun açılması

c)

istehsal edilən ərzaq mallarının temperaturunun tələb edilən dərəcəyədək aşağı salınması və istifadə edilən anadək həmin temperaturda saxlanılması

d)

ərzaq mallarının daşınma mərhələlərində soyuqla işlənməsi

e)

ərzaq mallarının mağazada və evdə soyuducuda saxlanılması

2.

Aşağıda göstəriləndən hansı meyvə-tərəvəz mallarının “Qırılmayan soyuduculuq zənciri (QSZ)”-nin elementindən biridir?

a)

soyuqla emal edilən meyvə-tərəvəz malları

b)

stasionar, səyyar soyuducu xana və soyudulan qurğular

c)

meyvə-tərəvəz yığılan əkin sahəsi

d)

meyvə-tərəvəz malları satılan bazarlar

e)

meyvə-tərəvəz yarımfabrikatları istehsal edən müəssisələr

3.

Meyvə-tərəvəzin uzun müddət saxlanılması nəzərdə tutulursa, onun nə vaxt soyudulması daha məqsədəuyğundur?

a)

yığılan kimi

b)

daşıyıcı nəqliyyat vasitəsinə yığdıqdan sonra

c)

anbarlarda 5 saat saxlandıqdan sonra

d)

topdan ticarət müəssisələrinə daxil olduqdan sonra

e)

pərakəndə ticarət müəssisələrinə daxil olduqdan sonra

4.

Maşınla süni soyuqluq ilk dəfə nə vaxt, harada və kim tərəfindən alınıb?

a)

bizim eradan əvvəl Yunanıstanda, Ptalamey tərəfindən

b)

bizim eranın birinci yüzilliyində, Özbəkistanda ibn Sina tərəfindən

c)

1834-cü ildə Londonda, Cekoba Perkin tərəfindən

d)

1930-cu ildə, Türkiyədə Əhməd Qoçaq tərəfindən

e)

1877-ci ildə, Rusiyada İvanov İliç tərəfindən

5.

Süni soyuqluq xalq təsərrüfatının hansı sahəsində tətbiq edilmir?

a)

yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması, satışında

b)

tibbidə, bəzi cərrahiyə əməliyyatlarını apararkən

c)

yeraltı tikintilərdə, o cümlədən metro tikintisində

d)

kosmik tədqiqatlarda

e)

bağın, bostanın suvarmasında istifadə edilən suyun temperaturunu aşağı salınmasında

6.

İlk dəfə tez xarab olan yeyinti məhsullarının soyudulan su nəqliyyatı ilə daşınması nə vaxt, harada həyata keçirilib?

a)

XΙX əsrin 70-ci illərin sonunda, Fransa və İngiltərədə

b)

XV əsrin 70-ci illərində, Osmanlı dövlətində

c)

XX əsrin 30-cu illərində, dağılan SSRİ-də

d)

XVΙΙΙ əsrin ortalarında, Yaponiyada

e)

X əsrdə, Xəzər dənizində

7.

Neçənci ildən tez xarab olan ərzaq malları soyudulan dəmir yolu vaqonlarında daşınılır?

a)

1914-cü ildən

b)

1858-ci ildən

c)

1800-cü ildən

d)

1917-ci ildən

e)

1941-ci ildən

8.

Əti dondurmaq üçün ilk qurğu nə vaxt və harada yaradılıb?

a)

1750-ci ildə. Pekində

b)

1861-ci ildə, Sidneydə

c)

1350-ci ildə, İstanbulda

d)

bizim eradan əvvəl, Naxçıvanda

e)

1935-ci ildə, Tokioda

9.

Tez xarab olan yeyinti məhsullarının süni soyuqla işlənməsi onun maya dəyərinə necə təsir edir?

a)

maya dəyərinə təsir etmir

b)

maya dəyərini aşağı salır

c)

dəyərini 1,5 ÷ 2 dəfə yüksəldir

d)

maya dəyəri 10 ÷ 12% yüksəlir

e)

bəzi ərzaq mallarının maya dəyəri artır, bəziləri azalır

10.

Bir ton balığı dondurmağa təqribən nə qədər elektrik enerjisi və ya yanacaq sərf olunur?

a)

1 ÷ 2 kvt elektrik enerjisi, 0,3 t yanacaq

b)

11 ÷ 12 kvt elektrik enerjisi, 1 t yanacaq

c)

0,1 ÷ 0,2 kvt elektrik enerjisi, 0,03 t yanacaq

d)

80 ÷ 150 kvt elektrik enerjisi, 30 t yanacaq

e)

0,8 ÷ 0,15 kvt elektrik enerjisi, 0,3 t yanacaq

11.

Azərbaycanda soyuduculuq təsərrüfatlarında sərf edilən elektrik enerjisinə qənaət edilməsi işində hansı amil əhəmiyyətsizdir?

a)

günəş enerjisindən istifadə edilməsi

b)

külək enerjisindən istifadə edilməsi

c)

təbii soyuqluqdan istifadə edilməsi

d)

gecə və gündüzün temperatur fərqindən istifadə edilməsi

e)

tez donduran aparatlardan daha geniş istifadə edilməsi

12.

Soyuduculuq təsərrüfatlarında yüksək son nəticənin alınmasına hansı göstəricinin təsiri azdır?

a)

enerjiyə qənaət

b)

materiala qənaət

c)

əməyə qənaət

d)

görünən və görünməyən itkilərin azaldılması

e)

təsərrüfat müqavilələrin vaxtında bağlanması

13.

Hansı göstəriciyə görə ərzaq malları adi şəraitdə saxlanmaya davamlı, orta dərəcədə davamlı və davamsız (tez xarab olan) qrupa ayrılır?

a)

yeyinti məhsulunun tərkibində su və yağın miqdarına

b)

yeyinti məhsulunun ölçüsünə

c)

yeyinti məhsulunun konsistensiyasına

d)

yeyinti məhsulunun rənginə

e)

yeyinti məhsulunun morfoloji quruluşuna

14.

Hansı ərzaq növü tez xarab olan yeyinti məhsulu qrupuna aid edilir?

a)

Badamlı mineral suyu

b)

buğda

c)

arpa

d)

kəmşirin şərabı

e)

əncir

15.

Nə üçün ət və balıq tez xarab olan yeyinti məhsulu qrupuna aid edilir?

a)

otaq temperaturunda tez xarab olduğuna görə

b)

temperatur yüksəldikcə saxlanılma müddəti qısaldığına görə

c)

temperatur aşağı düşdükcə saxlanma müddəti uzandığına görə

d)

temperaturun enib-qalxmasına çox həssas olduğuna görə

e)

tərkibində əzələ toxuması ilə müqayisədə sümük toxumasının az olmasına görə