wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Maliyyə siyasəti və maliyyənin idarə olunması

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

Maliyyə Nazirliyinin səlahiyyətlərinə aiddir:

a)

dövlət büdcəsinin icrası haqqında hesabata rəy vermək

b)

büdcə qanununun qəbul edilməsi

c)

büdcə layihəsinin hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim etməsi

d)

bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi

e)

bələdiyyə büdcələrinin təsdiqi

2.

Maliyyə siyasətinin məqsədi

a)

yalnız sosial xərclərin ödənilməsi

b)

cəmiyyətin inkişafı üçün zəruri olan maliyyə ehtiyatlarının tam səfərbərliyə alınması

c)

istehsalın və texnologiyanın təkmilləşdirilməsi

d)

neqativ nəticələr ilə əlaqədar olaraq zərərin hesablanması

e)

təbiətin mühafizəsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi

3.

Məqsədinə görə maliyyə siyasəti aşağıdakı hissələrə bölünür: 1. iqtisadi strategiya; 2. maliyyə taktikası; 3. iqtisadi taktika; 4. büdcə siyasəti; 5. maliyyə strategiyası

a)

1,4

b)

2,4

c)

2,3

d)

1,5

e)

2,5

4.

Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

a)

Büdcə mexanizmi

b)

sığorta münasibətləri

c)

Büdcə münasibətləri

d)

Büdcə prosesi

e)

Büdcə planlaşdırılması

5.

Fiskal siyasətə aiddir

a)

kredit siyasəti

b)

ammortizasiya siyasəti

c)

pul kredit siyasəti

d)

büdcə-vergi siyasəti

e)

borc siyasəti

6.

Aşağıdakılardan hansı maliyyə strategiyasının mahiyyətini ifadə edir

a)

uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir

b)

müxtəlif pul vəsaiti fondlarının formalaşdırılması və istifadəsi ilə əlaqədar olan iqtisadi münasibətləri əhatə edir

c)

qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı-ayrı həlqələrinin məcmusudur

d)

cəmiyyətin inkişafının konkret mərhələsində qarşıya çıxan maliyyə məsələlərinin vaxtında və qısa müddətdə həll edilməsidir

e)

maliyyə münasibətlərinin idarə edilməsi üsullarının məcmusudur

7.

Aşağıdakılardan hansı maliyyə siyasətini ifadə etmir?

a)

Dövlətin maliyyə sistemi vasitəsilə həyata keçirdiyi tədbirlərin məcmusudur

b)

Maliyyə siyasəti maliyyə münasibətləri sistemində dövlətin müvafiq strukturları tərəfindən həyata keçirilən maliyyə tədbirlərinin məcmusudur

c)

Qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı-ayrı həlqələrinin məcmusudur

d)

Dövlətin maliyyə resurslarının toplanması, yenidən bölüşdürülməsi və istifadəsilə əlaqədar həyata keçirdiyi tədbirlər məcmusudur

e)

Qarşıya qoyulan məqsədlərin xarakterindən və həlli metodlarından asılı olaraq maliyyə siyasəti maliyyə taktikası və strategiyasından ibarətdir.

8.

Qarşıya qoyulan məqsədlərin xarakterindən və həlli metodlarından asılı olaraq maliyyə siyasəti neçə yerə ayrılır?

a)

3

b)

4

c)

5

d)

6

e)

2

9.

Aşağıdakılardan hansı maliyyə taktikasının mahiyyətini ifadə edir

a)

cəmiyyətin inkişafının konkret mərhələsində qarşıya çıxan maliyyə məsələlərinin vaxtında və qısa müddətdə həll edilməsidir

b)

dövlətin baş maliyyə planıdır

c)

maliyyə münasibətlərinin idarə edilməsi üsullarının məcmusudur.

d)

uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir

e)

ölkənin maliyyə resurslarının məcmusunu təşkil edən məqsədli pul vəsaitləri fondlardır

10.

Maiyyə siyasətinin tərkibinə aid edilmir:

a)

büdcə siyasəti

b)

İqtisadi Siyasət

c)

Vergi siyasəti

d)

İnvestisiya siyasəti

e)

Fiskal siyasəti

11.

Öz funksiya və vəzifələrini yerinə yetirmək üçün maliyyənin təşkili və istifadəsi ilə bağlı dövlətin tədbirlər planının məcmusu nə adlanır?

a)

maliyyənin idarə edilməsi

b)

maliyyə nəzarəti

c)

maliyyə siyasəti

d)

maliyyə

e)

maliyyə mexanizmi

12.

Maliyyə siyasətinin təşkili prinsipləri hansı bənddə düzgün göstərilmişdir

a)

tamlıq, nəzarət

b)

strateji yönüm, tələbkarlıq

c)

düzgün cavab yoxdur

d)

sərbəstlik, dövlətin iqtisadiyyata nəzakətli müdaxiləsi

e)

sərbəstlik , differensiallaşdırma

13.

İdarəetmənin bu fəaliyyət mərhələsində maliyyə məsələləri birbaşa idarə olunur

a)

tənzimləmə, planlaşdırma

b)

maliyyə informasiyalarının əldə olunması

c)

operativ idarəetmə

d)

planlaşdırma

e)

nəzarət, hazırlıq

14.

Maliyyə münasibətlərinin idarə edilməsi üsulları adlanır:

a)

audit

b)

dotasiya

c)

maliyyə mexanizmi

d)

differensiallaşdırma

e)

embarqo

15.

Maliyyənin idarə edilməsi mərhələlərini göstərin:

a)

inkişaf və idarəetmə

b)

hazırlıq və birbaşa fəaliyyət

c)

planlama və inkişaf

d)

uçota alma

e)

proqnozlaşdırma

16.

Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aid olanları seçib göstərin: 1. Stratejı idarəetmə; 2. Nəzarət; 3. Planlaşdırma, 4. Operativ idarəetmə; 5. Maliyyə informasiyasının əldə edilməsi;

a)

1,3

b)

3,2

c)

1,2

d)

3,5

e)

4,2

17.

Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

a)

müəssisələrin maliyyə xidməti

b)

sığorta orqanı

c)

müəssisə maliyyəsi

d)

vergi orqan

e)

maliyyə orqanı

18.

Maliyyənin idarə edilməsinin belə bir obyekti yoxdur

a)

müəssisələrin maliyyəsi

b)

sığorta münasibətləri

c)

maliyyə orqanları

d)

dövlət maliyyəsi

e)

bələdiyyə maliyyəsi

19.

Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

a)

Maliyyə informasiyası, tənzimləmə

b)

Planlaşdırma, operativ idarəetmə;

c)

Maliyyə informasiyası, planlaşdırma

d)

Planlaşdırma, nəzarət

e)

Maliyyə informasiya, operativ idarəetmə

20.

Maliyyə Nazirliyinin vəzifələrini göstərin.

a)

Büdcə planın hazırlanması; büdcə vəsaitlərinin təyinati üzrə xərclənməsinin təmin etmək

b)

büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin etmək; vergilərin yığılması üzərində nəzarət, pul-kredit siyasətinin həyata keçirmək, büdcə planın hazırlanması düzgün ödənilməsini təmin etmək

c)

Pul-kredit siyasətinə nəzarət

d)

vergilərin düzgün ödənilməsini təmin etmək; fond birjasının fəaliyyətinə

e)

vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.