wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Büdcə sistemi sinaq 1 (7 movzu)

Total questions: 21

Worksheet time: 15mins

Name
Class
Date
1.

Bunlardan hansılarının büdcənin funksiyalarına aid olduğunu göstərin:

a)

vahidlik

b)

bilavasitə  iqtisadiyyatın inkişafının təşkil edilməsi

c)

iqtisadiyyatın inkişafının tənzimlənməsi və stimullaşdırılması

d)

dövlətin gəliri və xərclərini balanslaşdırmaq

e)

xəbərdaredici

2.

Iqtisadi ədəbiyyatda büdcə aşağıdakı kimi şərh edilir: 1) Dövlətin əsas maliyyə planı kimi ;2) Siyasi kateqoriya kimi;  3)Iqtisadi kateqoriya kimi; 4) Doğru cavab yoxdur; 5) Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu kimi.

a)

1,2,3

b)

1,3,5

c)

1,3,4

d)

2,3,4

e)

3,4,5

3.

Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı üzrə büdcənin funksiyası hansı istiqamətlərdə həyata keçirilir: 1.Dövlətin bütün infrastruktur sahələrinin maliyyələşdirilməsi 2.Elmin və təhsilin inkişaf etdirilməsi 3.Sənayenin və kənt təsərrüfatının təbii fəlakətlərdən qorunması 4.Səhiyyənin maliyyələşdirilməsi 5.Sosial-mədəni tədbirlərin və digər sosial sferanın saxlanması xərclərinin maliyyələşdirilməsi 6.Yanğın və digər bədbəxt hadisələrdən dəyən zərərlərin aradan qaldırılması ?

a)

1,2,6

b)

2,4,5

c)

4,5,6

d)

1,5,6

e)

3,4,5

4.

Unitar dövlətin büdcə quruluşu federativ dövlətin büdcə quruluşundan nə ilə fərqlənir?

a)

gəlirlərin tərkibi ilə

b)

büdcələrin tarazlaşdırılması qaydası ilə

c)

xərclərin maliyyələşmə istiqamətləri üzrə

d)

büdcə səviyyələrinin sayı ilə

e)

büdcələrarası münasibətlərin məzmunu ilə

5.

“Büdcə sistemi haqqında”  AR Qanunu  neçənci ildə təsdiqlənib :

a)

2015

b)

2008

c)

2022

d)

2002

e)

2003

6.

Büdcə quruluşu dedikdə nə başa düşülür?

a)

Büdcə sisteminin qurulması və ayrı-ayn həlqələri arasındakı qarşılıqlı maliyyə münasibətlərinin təşkili

b)

ölkənin ayrıayrı maliyyə təşkilatlarının məcmusu

c)

büdcə münasibətlərinin məcmusu

d)

iqtisadi münasibətlərə və mövcud dövlət quruluşuna, iqtisadi sisteminə, onun iqtisadi ərazi bölgüsü əsaslanan və hüquqi normalar ilə tənzimlənən bütün büdcələrin, yəni dövlət büdcəsinin və yerli (bələdiyyə) büdcələrin məcmusu

e)

variantların hamısı doğrudur

7.

  Azərbaycan Respublikasının büdcə quruculuğu haqqında deyilənlərdən səhv olanı seçin

a)

  Azərbaycan Respublikasının büdcə quruculuğu onun dövlət quruluşu ilə müəyyən edilir

b)

Azərbaycan Respublikasının büdcə quruculuğu onun AR-nın Konstitusiyası ilə təsbit edilir

c)

Azərbaycan Respublikasının büdcə quruculuğu AR Büdcə Məcəlləsi ilə tənzimlənir

d)

Azərbaycan Respublikasının büdcə sistemi 2 səviyyəlidir

e)

Azərbaycan Respublikasının büdcə quruculuğu unitar dövlət quruluşu ilə müəyyən edilir

8.

Büdcələrin müstəqillliyi prinsipinə aid olanı göstərin

a)

dövlət hakimiyyət orqanlarının və yerli idarəetmə orqanlarının büdcə sisteminin hər bir səviyyəsində büdcə prosesinin müstəqil həyata keçirilməsi hüququ

b)

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müəyyən edilmiş bütün səviyyəli büdcə sistemlərinin xüsusi gəlir mənbələrinin mövcudluğu

c)

qanunvericilik əsasında tənzimləyici büdcə gəlirlərinin olması, müvafiq büdcələrin gəlirlərinin yaradılması səlahiyyətləri

d)

mərkəzi icra orqanlannm və yerli idarəetmə orqanlarının müvafiq büdcə vəsaitlərinin müstəqil olaraq xərclənməsi istiqamətlərinin müəyyən edilməsi

e)

variantların hamısı doğrudur

9.

Büdcə hüquqi cəhətdən  necə tərtib olunur?

a)

Büdcə  AR Prezidentinin fərmanı şəklində tərtib olunur

b)

Büdcə qanun şəklində tərtib olunur

c)

Büdcə ArR Nazirlər Kabinetinin Qərarı kimi tərtib olunur

d)

Büdcə Maliyyə Nazirliyinin təlimatı formasında tərtib edilir

e)

Bütün cavablar doğrudur

10.

Büdcə quruluşunu, büdcə prosesini, habelə büdcənin icrasının təşkili sahəsində bütün dövlət hakimiyyət orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məcmusu necə ifadə olunur:

a)

qanunvericilik aktları

b)

səlahiyyət həddi

c)

norma və normativlər

d)

Nazirlər Kabinetinin qərarları

e)

büdcə hüququ

11.

Fakültativ normalar hansı qurumlar tərəfindən tətbiq olunur?

a)

Hökumət tərəfindən

b)

Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən

c)

Beynəlxalq təşkilatlar tərəfindən

d)

Əhali tərəfindən

e)

Nazirliklər və baş idarələr tərəfindən

12.

Şaquli büdcə tənzimlənməsində büdcələri nizamlaşdırmaq üçün dövlət büdcəsindən aşağı büdcə həlqələrinə verilən vəsaitlərə aid edilmir:

a)

subsidiya

b)

dotasiya

c)

sekvestr

d)

subvensiya

e)

büdcə ssudası

13.

Büdcələrarası münasibətlər aşağıdakı prinsiplərə əsaslanır. Səhv olanı göstərin:

a)

xərclərin büdcə sisteminin müəyyən səviyyəsi üzrə bölgüsü və tənzimlənməsi

b)

büdcələrarası münasibətlərdə AR subyektlərinin hüquq bərabərliyi

c)

büdcələrarası münasibətlərin bütün iştirakçılarının mənafelərinin əlaqələndirilməsi

d)

dövlət büdcəsi ilə əlaqələrdə bələdiyyə büdcələrinin hüquq bərabərliyi

e)

büdcə sisteminin bütün səviyyələrinin fərqli normalarla tənzimlənməsi

14.

Büdcə xərclərinin funksional təsnifatı neçə bölmədən ibarətdir?

a)

12

b)

14

c)

14

d)

8

e)

4

15.

Büdcə xərclərinin iqtisadi təsnifatının kodlarının ardıcıllığını göstərin:1)paraqraf; 2)köməkçi bölmə; 3)bölmə; 4)maddə; 5)yarımmaddə

a)

4,5,1,2,3

b)

3,1,4,2,5

c)

3,2,1,4.5

d)

2,3,1,5,4

e)

1,2,3,4,5

16.

Büdcə xərclərinin təsnifləşdiriməsinə aid olmayanı seçin

a)

Funksional

b)

İnzibati

c)

Təşkilati

d)

Prosessual

e)

İqtisadi

17.

Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirlərinə aid deyil:

a)

dövlət vergiləri

b)

qrantlar

c)

büdcə təşkilatlarının büdcədənkənar gəlirləri

d)

dövlət rüsumları

e)

fiziki şəxslərin əmlak vergisi

18.

Əsaslı gəlirlər aşağıdakılardan təşkil olunub:

a)

Xaricdən alınan vəsait

b)

inzibati tədiyyələr və rusumlar

c)

Mülkiyyət və sahibkarlıq fəaliyyətindən gəlirlər

d)

Əsaslı vəsaitlərin özəlləşdirilməsi

e)

Digər səviyyəli büdcələrdən alınan vəsait

19.

İqtisadi mahiyyətindən asılı olaraq büdcə xərcləri hansı şəkildə bölünür?

a)

Vasitəli, vasitəsiz

b)

Birbaşa, dolayı

c)

Maddi, qeyri - maddi

d)

Əsaslı, cari

e)

Real, qeyri – real

20.

Xərc normalarının hansı növləri məlumdur?

a)

Cari, əsaslı

b)

Fərdi, mərkəzləşdirilmiş

c)

Dolayı, vasitəli

d)

Mütləq, fakültativ

e)

Fərdi, cari

21.

Büdcə təşkilatlarının maliyyə planı necə adlanır?

a)

maliyyə balansı

b)

sadalananların heç biri

c)

gəlirlər və xərclər balansı

d)

illik büdcə

e)

xərc smetası