wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Ətraf mühitin iqtisadiyyatı 1

Total questions: 19

Worksheet time: 11mins

Name
Class
Date
1.

Ətraf mühitin iqtisadiyyatı elmi aşağıdakıları öyrənir:

a)

Təbii resursların istehsala cəlb olunması.

b)

Təbii şəraitin müəyyən olunması.

c)

Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi.

d)

Təbii resurs potensialının ərazi təşkili.

e)

Təbiətdə ekoloji tarazlığın indikasiyası.

2.

Ətraf mühitin iqtisadiyyatının praktiki aspektlərindən biri hansıdır?

a)

Təbii resurslardan istifadənin qiymətləndirilməsi.

b)

Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi.

c)

Təbii şəraitin qiymətləndirilməsi.

d)

Başqa elmlərlə əlaqəsi.

e)

Ekoloji- iqtisadi sistemlər.

3.

Ətraf mühitin iqtisadiyyatı elminin tədqiqat obyektinə aid deyil:

a)

təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi;

b)

təbii resurs potensialı;

c)

təbii ehtiyatların qiymətləndirilməsi;

d)

təbii şəraitin qiymətləndirilməsi;

e)

sənaye obyektləri.

4.

Ətraf mühitin iqtisadiyyatı elminin tədqiqat istiqamətinə aid deyil:

a)

təbiətdən istifadənin tənzimlənməsi;

b)

təbiəti mühafizə fəaliyyətinin maliyyələşməsi;

c)

təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi;

d)

biosfer;

e)

təbii resurs potensialı.

5.

Ətraf mühitin iqtisadiyyatı elminin vəzifələrinə aiddir:

a)

təbiətdən səmərəli istifadə üsullarının tədqiqi;

b)

məhsulların sənaye emalı;

c)

kənd təsərrüfatı məhsulları istehsalı;

d)

neft istehsalı;

e)

qazın emalı.

6.

Ətraf mühitin iqtisadiyyatı elminin praktiki aspektlərinə aid deyil:

a)

təbii resursların iqtisadi qiymətləndirilməsi;

b)

biosferin tədqiqi;

c)

çirklənmədən dəyən zərərin hesablanması;

d)

təbii şəraitin qiymətləndirilməsi;

e)

ekoloji proseslərlə bağlı təsərrüfat mexanizmlərinə ekoloji amillərin cəlb olunması.

7.

Ətraf mühitin iqtisadiyyatı elminin tədqiqat obyekti hansı sistemdir:

a)

ekoloji –iqtisadi sistem;

b)

təbii-ərazi kompleksi;

c)

təbii-texnogen kompleks;

d)

ərazi-istehsal kompleksi;

e)

məhəlli ərazi-istehsal kompleksi.

8.

Ətraf mühitin çirklənməsi və mühafizəsi harada baş verir?

a)

dənizlərdə;

b)

kosmosda

c)

göllərdə

d)

konkret ərazidə

e)

adalarda

9.

Ətraf mühitin mühafizə problemləri hansı səviyyədə və kompleksdə həll olunmalıdır:

a)

kosmik səviyyədə;

b)

təbii-ərazi kompleksində;

c)

ekoloji-iqtisadi kompleks səviyyəsində;

d)

təbii-texnogen kompleks səviyyədə;

e)

iqtisadi rayon səviyyəsində.

10.

Ətraf mühitin iqtisadiyyatı elminin əlaqəsi yoxdur:

a)

biologiya elmi ilə;

b)

iqtisadiyyat elmi ilə;

c)

torpaqşünaslıq elmi ilə;

d)

ekologiya elmi ilə;

e)

arxeologiya elmi ilə.

11.

Ətraf mühitin iqtisadiyyatında əsas tədqiqat istiqamətlərindən deyil:

a)

təbii resurs potensialı

b)

təbiətdən istifadə metodlarının işlənib hazırlanması

c)

ekoloji problemlər və onların həlli yolları

d)

təbiətdən istifadənin dövlət tənzimlənməsi

e)

təbiətdən istifadənin regional idarəetmə orqanları sisteminin yaradılması

12.

Ətraf mühitin iqtisadiyyatı elminin vəzifələrinə aiddir:

a)

iqtisadiyyatın ekolojiləşdirilməsinin əsaslandırılması

b)

təbiəti mühafizə tədbirlərinin iqtisadi təchizatı

c)

təbiətdən istifadənin dövlət tənzimlənməsi

d)

təbiətdən istifadədə qeyri-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi

e)

təbiətdən istifadənin hüququi tənzimlənməsi

13.

Təbiətdən istifadənin iqtisadiyyatının əsas anlayışları hansılardır?

a)

təbii ehtiyatlar,istehsal vasitələri,istehlak dəyəri

b)

təbiət,istehlak dəyəri,təbii ehtiyatların keyfiyyəti

c)

təbiət,təbii mühit,təbii ehtiyatlar

d)

bioloji agentlər,təbii mühit,təbii ehtiyatlar

e)

istehsal vasitələri,məhsuldar qüvvələr,istehlak dəyəri

14.

Ekoloji-iqtisadi itki nədir?

a)

Ətraf mühitin çirkləndirilməsi nəticəsində neqativ itkilərin pulla ifadəsi

b)

cəmiyyətin iqtisadi və pul ifadəsində hesablana bilən qeyri-iqtisadi itkilər

c)

ətraf mühitin şərti optimal vəziyyətində qaçılması mümkün olan qeyri-iqtisadi itkilər

d)

fiziki,kimyəvi göstəricilərin müşahidə olunan miqdarının dəyişməsi ilə yaranan itkilər

e)

təbii ehtiyatların ictimai və texiki tələblərə cavab vermədiyində yaranan itkilərdir

15.

N.F.Reymersə görə təbiətdən istifadə özündə nələri birləşdirir?

a)

təbii sistemlərin qorunması,insanların sayının idarə olunması,təbii resursların təkrar istifadəsi

b)

maddi təminatla yanaşı estetik ehtiyacın təmin edilməsi,ekoloji tarazlığın səmərəli dəyişdirilməsi

c)

tarazlaşdırılmış dövrlərin yaranmasının təmin edilməsi,təbii şəraitin qorunması və istifadə olunması

d)

təbii mühitdə yoxsullaşmanın aradan qaldırılması,təbii resurs potensialının maksimum istifadəsi

e)

fasiləsiz olaraq müxtəlif materialların istehsalının təmin edilməsi,insanların sayının idarə olunması,ətraf mühitdə istirahət ehtiyaclarının təmin edilməsi

16.

Hansı metodda təbii resursların mənimsənilməsi və istehlakı,ətraf mühitin mühafizəsi istiqamətində mürəkkəb proseslər tədqiq edilir?

a)

dialektik metod

b)

normativ metod

c)

sistemli yanaşma metodu

d)

iqtisadi-riyazi modelləşdirmə metodu

e)

kartoqrafik metod

17.

Ətraf mühitin iqtisadiyyatının əsas funksiyaları:

a)

dövlət tənzimləmə,proqnozlaşdırma sisteminin formalaşması və təbiəti mühafizə tədbirlərinə nəzarət

b)

təbii resursa tələbatın balanslaşmış miqdarının təminatı,təbiətdən istifadəçilər və istehsal ilə cəmiyyətin ekoloji maraqlarının razılaşdırılması

c)

iqtisadiyyatın inkişafında resurs qoruyucu strateji istiqamətin işlənməsi və dövlətin ekoloji siyasəti

d)

təbii resursların qiymətləndirilməsi,regionlarda təbii hadisələrin proqnozunun verilməsi,qlobal təbii proseslərin izlənməsi

e)

bazar münasibətləri şəraitində ƏM-dən istifadənin təsərrüfat mexanizminin tədqiqi və elmi əsaslandırılması

18.

Ətraf mühitin iqtisadiyyatının vəzifələrinin tənzimləmə mexanizminə aid deyil:

a)

ətraf mühitin iqtisadiyyatının planlaşdırma və proqnozlaşdırma sistemi

b)

təbii mühit tədbirlərinin maliyyələşmə və kreditləşməsi

c)

təbiətdən istifadənin tənzimlənməsi və idarə olunması,təbii mühitin hüquqi müfafiəsi

d)

təbiətdən istifadənin idarə edilməsinin təşkilati məsələlərinin təkmilləşdirilməsi

e)

təbii mühit tədbirlərinin iqtisadi stimullaşdırılması

19.

Aşağıdakılardan hansı sosial-ekoloji bərpa edilməzlik qanununun göstəriciləridir?

a)

mühitə edilən həm təbii,həm də süni təzyiq ilə mühitin bərpası arasında tarazlığın qorunması

b)

ekoloji məhdudiyyətlər nəzərə alınmaqla, ekstensiv inkişafa məhdudiyyətlərin qoyulması

c)

cəmiyyətin tələbatının əvəz oluna bilən yollarının müəyyən edilməsinin vacibliyi

d)

təkamül hərəkətinin geri dönməsinin mümkünsüzlüyü,mürəkkəbdən daha sadə formaya doğru hərəkət

e)

insan şüuru və əməyinin təsiri ilə biosferin dəyişdirilməsi,"İnsan-təbiət" sisteminin inkişafında idrakın həlledici rolu