wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Firmalar, bazarlar və rəqabət - M10-11

Total questions: 20

Worksheet time: 18mins

Name
Class
Date
1.

Oliqopol bazarlarda xüsusi sövdələşmələr nədir?

a)

rəqib firmalar arasında bazarın inhisarlaşmasına yönəlik məqsədlər güdən kommersiya razılaşmalarıdır

b)

bazarda olan firmaların alqı-satqı məqsədli kommersiya razılaşmalarıdır

c)

müxtəlif sahələrdə olan firmalar arasında olan əməkdaşlıq razılaşmasıdır

d)

irimiqyaslı və böyük kapital tələb edən biznes layihələrinin birgə həyata keçirilməsi məqsədi güdən kommersiya razılaşmalarıdır

e)

şaquli münasibətlərdə olan firmalar arasında olan kommersiya razılaşmalarıdır

2.

Kartelin qurulması və fəaliyyəti bu modellərlə ifadə olunur:

a)

ardıcıl qərarverməyə əsaslanan oyun modeli

b)

qeyri-kooperativ oyunlar modeli

c)

kooperativ oyunlar modeli

d)

“lider - təqibçi” tipli oyun modeli

e)

cəmi sıfır olan oyun modeli

3.

Firmanın gələcək dövrlərdəki faydaları (gəlirləri) qiymətləndirilərkən bu amilin nəzərə alınması vacibdir:

a)

mürəkkəb faizlər amili

b)

sadə faizlər amili

c)

faiz amili (pulun cari dəyəri)

d)

diskontlaşdırma amili (pulun gələcək dəyəri)

e)

inflyasiya səviyyəsi

4.

Kartelin aşağıdakı əlamətlərindən biri yanlışdır:

a)

birliyin saziş xarakterli olması

b)

iştirakçı firmaların hüquqi və təsərrüfat müstəqilliklərini qoruyub saxlaması

c)

iştirakçıların eyni sahədə fəaliyyət göstərən (rəqib) firmaların olması

d)

sazişin hüquqi xarakter daşıması

e)

məcburetmə mexanizmlərinin mövcudluğu (üzərinə götürdüyü öhdəliklərə əməl etməyən iştirakçıya sanksiyalar tətbiq olunur)

5.

Bu amillərdən biri oliqopol firmalar arasında xüsusi sövdələşmələri çətinləşdirir:

a)

firmaların istehsal həcmlərinin bərabər olması

b)

xüsusi sövdələşmələrin tarazlıq vəziyyətinə gətirib çıxarmaması

c)

firmaların istehlakçılardan fərqli məsafələrdə yerləşməsi

d)

diskontlaşdırma amilinin yüksək səviyyəsi

e)

illik faiz dərəcəsinin aşağı səviyyəsi

6.

Bu hallardan hansında firma xüsusi sövdələşməyə əməl etməməkdə maraqlı olur?

a)

firma özünün bazardan getmə ehtimalını yüksək qiymətləndirdikdə

b)

firma özünün bazarda qalma ehtimalını yüksək qiymətləndirdikdə

c)

faiz dərəcəsi son dərəcə kiçik olduqda

d)

içtirakçı firmalar tez-tez görüşdükdə

e)

sahənin artım templəri yüksək olduqda

7.

Qiymət savaşı dedikdə nə başa düşülür?

a)

kartel üzvü olan firmaların razılaşdırılmış şəkildə qiyməti müəyyən dövrlərdə müxtəlif istiqamətlərdə dəyişmələri

b)

eyni sahə bazarında kartel üzvü olan firmalarla karteldən kənarda qalan firmalar arasında olan qiymət rəqabəti

c)

kartel üzvü firmalardan birinin qiyməti gizlin şəkildə aşağı salmasına cavab olaraq digər firmaların qiyməti daha aşağı salması və belə qiymət rəqabətinin bir neçə dövrdə davam etməsi

d)

kartel üzvü firmalardan birinin qiyməti gizlin şəkildə aşağı salmasına cavab olaraq digər firmaların onu qiyməti razılaşdırılmış səviyyəyə qaytarmasına məcbur etməsi

e)

kartel üzvü firmalardan birinin qiyməti gizlin şəkildə aşağı salmasına cavab olaraq digər firmaların da qiyməti həmin səviyyəyə salması

8.

Oliqopol bazarlarda belə firmalar arasında sövdələşmə əldə etmək və onu qorumaq daha asandır:

a)

bazar payları bir-birindən kəskin fərqlənən firmalar

b)

oxşar (simmetrik) firmalar

c)

çoxlu sayda kiçik firmalar

d)

oxşar olmayan (asimmetrik) firmalar

e)

mənfəəti az olan firmalar

9.

Zamanın alternativ xərcləri (diskontlaşdırma faizi) bu formula ilə hesablanır:

a)

δ = 1/r , burada r – illik faiz dərəcəsidir

b)

δ = r/(1+ r), burada r – illik faiz dərəcəsidir

c)

δ = r/(1- r), burada r – illik faiz dərəcəsidir

d)

δ = 1/(1- r), burada r – illik faiz dərəcəsidir

e)

δ = 1/(1+ r), burada r – illik faiz dərəcəsidir

10.

“Tələbin enib-qalxmaları” modeli göstərir ki:

a)

kiçik tələb dövründən sonra gələn yüksək tələb dövründə firmalar qiymət savaşına cəlb olunurlar

b)

tələbdə olan kəskin dəyişiklikləri müşahidə etmək mümkün olmadıqda firmalar qiymət savaşlarına cəlb olunurlar

c)

əlbirlik (sövdələşmə) “etibarlı” (problemsiz) firmalar arasında mümkündür, “etibarsız” (problemli) firmalar arasında isə yox

d)

asimmetrik firmalarla müqayisədə, oxşar firmalara əlbirliyi (sövdələşməni) saxlamaq daha asandır

e)

rəqabət aparan firmaların sayının az olduğu bazarlarda sövdələşmə əldə etmək daha asandır

11.

Təkmil rəqabət bazarı modelinin əlamətlərindən hansı yanlış verilib?

a)

bazarda çox sayda kiçik firmaların mövcud olması

b)

məhsulların yekcinsliyi (standart məhsullar)

c)

tam informasiyalılıq

d)

bazara giriş-çıxış maneələrinin əhəmiyyətli dərəcədə olması

e)

resurslara bərabər əlçatanlıq (firmalar üçün istehsal amilləri eyni qədər əlçatandır)

12.

Təkmil rəqabət bazarında tələb əyrisi:

a)

üfüqidir (buraxılış miqdarı xəttinə paralel)

b)

şaqulidir (qiymət xəttinə paralel)

c)

aşağıya doğru meyllidir

d)

yuxarıya doğru meyllidir

e)

təklif əyrisi ilə eyni istiqamətlidir

13.

İnhisarçı rəqabət bazarı modelində firma:

a)

bazar qiymətini qəbul edir

b)

bazar qiyməti ilə hesablaşır, lakin məhsuluna qiyməti özü təyin edir

c)

bazar qiyməti ilə hesablaşmadan məhsuluna qiyməti özü təyin edir

d)

qiyməti son hədd xərclərindən aşağı təyin edir

e)

qiyməti inhisar səviyyədə təyin edir

14.

Məhsulların fərqliləşdirilməsinin təməlində duran nədir?

a)

alıcıların (istehlakçıların) zövqlərinin və imkanlarının fərqli olmaması

b)

istehsalçı/satıcıların zövqlərinin və imkanlarının fərqli olması

c)

alıcıların (istehlakçıların) zövqlərinin və imkanlarının fərqli olması

d)

istehsalçı/satıcı firmaların istehsal xərclərinin fərqli olması

e)

istehsalçı/satıcı firmaların yerləşmə yerlərinin fərqli olması

15.

İnhisarçı rəqabət bazarında qısamüddətli dövrdə firmalar yüksək mənfəətlə üzləşdikləri zaman qiymət (p):

a)

orta ümumi xərclərdən (ATC) aşağı olur

b)

orta ümumi xərclərdən (ATC) yuxarı olur

c)

inhisar səviyyədən yuxarı olur

d)

inhisar səviyyədə olur

e)

son hədd (marjinal) xərclərə bərabər olur

16.

İnhisarçı rəqabət bazarında qısamüddətli dövrdə firmalar zərərlə üzləşdikləri zaman qiymət (p):

a)

orta ümumi xərclərdən (ATC) aşağı olur

b)

orta ümumi xərclərdən (ATC) yuxarı olur

c)

inhisar səviyyədə olur

d)

son hədd (marjinal) xərclərə bərabər olur

e)

son hədd (marjinal) xərclərdən aşağı olur

17.

Şaquli fərqliləşdirmə bunu nəzərdə tutur:

a)

fərqli zövqləri, lakin bir-birinə yaxın imkanları təmin etmək üçün əmtəənin istehlak xarakteristikalarının fərqliləşdirilməsini nəzərdə tutur

b)

müxtəlif sahə bazarlarında olan həm oxşar, həm də fərqli zövqləri təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

c)

oxşar zövqləri, lakin fərqli imkanları təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

d)

sahə bazarında olan bütün növ tələbləri eyni zamanda və eyni məkanda ödəmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

e)

bazarın məkan fərqliləşdirilməsini (yəni firmanın yerləşmə yerinin fərqliləşdirilməsini) nəzərdə tutur

18.

Üfüqi fərqliləşdirmə bunu nəzərdə tutur:

a)

fərqli zövqləri, lakin bir-birinə yaxın imkanları təmin etmək üçün əmtəənin istehlak xarakteristikalarının fərqliləşdirilməsini nəzərdə tutur

b)

oxşar zövqləri, lakin fərqli imkanları təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

c)

müxtəlif sahə bazarlarında olan həm oxşar, həm də fərqli zövqləri təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

d)

sahə bazarında olan bütün növ tələbləri eyni zamanda və eyni məkanda ödəmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

e)

bazarın məkan fərqliləşdirilməsini (yəni firmanın yerləşmə yerinin fərqliləşdirilməsini) nəzərdə tutur

19.

Hotelling modeli nəyi izah edir:

a)

məhsulun şaquli fərqliləşdirilməsini (imkanlara görə fərqliləşdirilməni)

b)

bazarın zaman fərqliləşdirilməsini (firmanın yaranma vaxtının fərqliləşdirilməsini)

c)

məhsulun üfüqi fərqliləşdirilməsini (zövqlərə görə fərqliləşdirilməni)

d)

bazarın zaman və məkan eyniləşdirilməsini (firmanın yaradılma vaxtının və yerləşmə yerinin eyniləşdirilməsini)

e)

bazarın məkan fərqliləşdirilməsini (firmanın yerləşmə yerinin fərqliləşdirilməsini)

20.

Məhsulun fərqliləşdirilməsi dərəcəsi nə qədər yüksək olarsa:

a)

bazar gücünün səviyyəsi də bir o qədər aşağı olar

b)

azar gücünün səviyyəsi də bir o qədər yüksək olar

c)

firmaların bazar gücləri bir o qədər bərabər olar

d)

firmanın istehsal həcmi bir o qədər aşağı olar

e)

firmaların yerləşmə yerləri bir o qədər eyniləşər