NEW
Font size
WorksheetsSM-İxtisasa giriş 7.1
Total questions: 20
Worksheet time: 15mins
Səmərəliliyin artırılması üçün iş bölgüsünün düzgün paylaşdırılması konsepsiyası kim tərəfindən hazırlanmışdır?
Adam Smith
Henry Ford
Frank Gilberth
Feigenbaum
H.Emerson
Sənaye mühəndisliyini digər mühəndislərdən fərqləndirən əsas xüsusiyyət aşağıdakılardan hansıdır?
Xərcləri azaltmaq üçün araşdırmalar aparmağı
İnsan faktorunu nəzərə alır və sistemi bütöv qiymətləndirir
Sənaye inqilabından sonra ortaya çıxmağı
İstehsaldan başqa xidmət sektorunda işləmək bacarığı
Materialın ən səmərəli istifadəsinə diqqət yetirməyi
Aşağıdakılardan hansı fikrin müəssisələrdə sənaye mühəndislərinin iş sahələri haqqında söylənilməsi doğru olmaz?
Sənaye mühəndisləri, fərqli sahələrdə bilik və təcrübələri ilə bir çox müəssisədə fərqli layihələri idarə edə bilən və layihə meneceri olaraq işləyə bilən mühəndislərdir.
Sənaye mühəndislərinin ümumiyyətlə işlədiyi bölmələrdən biri istehsal planlaşdırma şöbələridir.
Sənaye mühəndisləri ancaq istehsal sektorunda çalışırlar. Xidmət sektorunda yalnız nəqliyyatla əlaqəli müəssisələrdə vəzifə və məsuliyyətləri vardır.
Sənaye mühəndisləri insan resursları bölməsində işləyə bilərlər. Bu çərçivədə işçilərin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər aparılır.
Sənaye mühəndisləri, istehsal qabiliyyətini artırmaq, dövr müddətlərini azaltmaq kimi müxtəlif təkmilləşdirmə-inkişaf etdirmə işləri həyata keçirə bilərlər.
Ənənəvi istehsal sistemlərinin istehsal miqdarına görə olan növlərindən biri yanlışdır:
hücrəsəl
proses tip
kütləvi
seriyalı
layihə tip
Xüsusi ehtiyac və/və ya müştərinin tələbatını ödəmək üçün bir və/və ya az sayda məhsul istehsal etməyi hədəfləyən bu tip istehsal nümunəsi olaraq kosmik gəmi və ya gəmi istehsalı verilə bilər:
atelye tipli
layihə tipli
proses tipli
kütləvi
partiya
Aşağıdakı istehsal növlərindən hansı ən az məhsul çeşidinə malikdir?
proses tip
kütləvi
seriyalı
partiyalı
sifariş tip
Təsislərin yerləşmə problemlərində nəzərə alınan yeganə meyarlar nəqliyyat miqdarları və məsafələr olduqda istifadə edilə bilən bu sadə və təsirli üsul necə adlanır?
çox kriteriyalı qərar vermə
faktor müqayisə metodu
ağırlıq mərkəzi metodu
histoqram texnikası
başabaş analizi metodu
Sənaye müəssisələrinin ərazi üzrə yerləşdirilməsinə təsir edən təbii amillərdən hansı yanlışdır?
istehsalın ictimai təşkili
regionun iqlim şəraiti
təbii su yolunun mövcudluğu
əhalinin məskunlaşma coğrafiyası
regionların faydalı qazıntıları
Sahə seçimi problemlərinin müxtəlif səviyyələrində nəzərdən keçirilə bilən aşağıda verilmiş qərar meyarları və ya qərara təsir edə bilən kriter-faktorlardan biri yanlışdır:
enerji kəsilmələri ehtimalı
dövlətin maliyyə dəstəyi
regional iqlim vəziyyəti
bölgənin bazara yaxınlığı
bir neçə işçinin xəstəliyi
Sifarişdən çatdırılmayadək olan zamanın müştəriyə heç bir dəyər ifadə etməyən, sadəcə şirkət xərclərini artıran israfı davamlı yaxşılaşdıraraq aradan qaldırılması yolu ilə qısaldılması necə adlanır?
yalın istehsal
tam istehlak
yaxşılaşma
effektivlik
səmərəsizlik
Aşağıda verilmiş səmərəlilik amillərindən hansı daxili amillərə aiddir?
iqtisadi islahatlar
əmək ehtiyatları
idarəetmə forması
struktur tənzimləmələr
qanunlar paketi
İnsanların fiziki və mənəvi xüsusiyyətlərini və ehtiyaclarını nəzərə alaraq iş-insan-maşın-mühit əlaqəsinin elmi tənzimlənməsini əhatə edən bu elm sahəsi belə adlanır:
standartlaşdırma
sertifikasiya
metrologiya
erqonomika
biomexanika
Erqonomika termini hansı dildən yaranıb və mənası nədir?
latın sözü olub, erqon – maşın , nomos - ad sözlərinin birləşməsindən
alman sözü olub, erqon - əmək, nomos – eləmək sözlərinin birləşməsindən
yunan sözü olub, erqon - iş, nomos - qanun sözlərinin birləşməsindən
italyan sözü olub, erqon - azad, nomos - iş sözlərinin birləşməsindən
fransız sözü olub, erqon - birlik, nomos - əmək sözlərinin birləşməsindən
Erqonomikanın qaydalarını nəzərə alaraq iş masasında 1-ci sahə hansı hesab olunur?
çox istifadə olunan və ən vacib nəzarət elementlərinin yerləşdirilməsi sahəsi
nadir hallarda istifadə olunan idarəetmə elementlərinin yerləşdirilməsi sahəsi
tez-tez istifadə olunan idarəetmə elementlərinin yerləşdirilməsi sahəsi
ofis avadanlıqlarının yerləşdirilməsi sahəsi
dəftərxana ləvazimatların yerləşdirilməsi sahəsi
Teylor (Frederick W.Taylor) sistemində hər bir məmulatın (detalın) keyfiyyətinin sistemli idarə olunmasını, idarəetməyə sistemli yanaşmanı təmin edən mərhələ keyfiyyətinin idarəedilməsi sistemlərinin inkişaf tarixində neçəncidir?
5-ci
2-ci
4-cü
1-ci
3-cü
Keyfiyyətin idarə olunmasının bu prinsipinin mahiyyəti belədir: təşkilat müştəri ehtiyaclarını başa düşməli, tələblərini nəzərə almalı, ümidlərini doğrultmağa çalışmalıdır.
istehlakçıya səmtləşdirən təşkilat
işçilərin cəlb edilməsi
proseslərə əsaslanan yanaşma
fasiləsiz surətdə təkmilləşdirmə
tədarükçülərlə faydalı münasibətlər
Aşağıdakılardan hansı "tam zamanında istehsal" mənasını verən JIT (just in time) sisteminin sahəsi deyil?
"idarəetmə-bilavasitə istehsal" münasibətləri;
maddi texniki təchizatın idarəedilməsi
anbar ehtiyatlarına nəzarət
"təchizatçı-istehlakçı" münasibətləri
istehsal mərkəzinin strukturu
Cavablardan hansı məhsulun keyfiyyətinin idarə edilməsi mexanizmində ümumi altsistemlərin tərkibinə daxildir?
məhsul keyfiyyətinə nəzarət
məhsulun sınağı
maddi-texniki təminat
məhsulun sertifikasiyası
metroloji təminat
ISO beynəlxalq standartların uyğun olaraq, məhsulun dairə şəkilli qapalı həyat silsiləsi başa düşülən keyfiyyət ilgəyinə hansı aid deyil?
marketinq
layihələndirmə
utilləşdirmə
tənzimləmə
qablaşdırma
Keyfiyyətin daim yaxşılaşdırılmasında istehsal xərclərinin minimuma salınmasına və dəqiq müddətdə tədarükünə yönəldilmiş keyfiyyətin ümumi idarəedilməsi sistemlərinin (TQM) əsas tərkibinə aid olmayan hansıdır?
keyfiyyət statistikası
keyfiyyət siyasəti
keyfiyyətin yaxşılaşdırılması
keyfiyyət planlaşdırılması
keyfiyyətin təmin edilməsi
