wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Mövzu 5 Müəssisə maliyyəsi

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

Müəssisələrin maliyyəsi haqqında deyilənlərdən yalnış olanı seçin

a)

gəlirlərin və yığımın yaradılması,bölüşdürülməsi və istifadəsi proseslərində meydana çıxan pul münasibətlərinin məcmusunu ifadə edir

b)

geniş təkrar istehsalın fasiləsizliyinin təmin edilməsinin mühüm şərtidir

c)

təsərrüfat subyektlərində pul fondlarının və yığımlarının formalaşdırılması, bölüşdürülməsi və geniş təkrar istehsal xərclərinin maliyyəşdirilməsi, maliyyə-bank sistemi qarşısında öhdəliklərin yerinə yetirilməsi, işçilərin maddi stimullaşdırılması və sosial təminatı üzrə istifadəsi ilə əlaqədar yaranan iqtisadi münasibətlərdir

d)

maliyyə sisteminin tərkib hissəsidir

e)

dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunu əks etdirən maliyyə planıdır

2.

Müəssisələrin maliyyəsi hansı funksiyaları yerinə yetirir?

a)

bölgü və nəzarət

b)

tənzimləyici

c)

stimullaşdırıcı

d)

bölgü və fiskal

e)

məhdudlaşdırıcı və stimullaşdırıcı

3.

Bu prinsip digər sahələrdə olduğu kimi maliyyə sferasında də müəyyən təsərrüfat subyektinin hansı mülkiyyət formasında olmasından asılı olmayaraq, bütün hallarda öz məsrəflərinin, maliyyələşdirmə mənbələrinin, pul vəsaitlərinin səmərəli qoyuluş istiqamətlərinin şəxsi təşəbbüsü ilə müəyyənləşdirməsinə əsaslanır

a)

Təsərrüfat müstəqilliyi prinsipi

b)

Özünümaliyyələşdirmə prinsipi

c)

Maddi maraq prinsipi

d)

Maddi məsuliyyət prinsipi

e)

Maliyyə ehtiyatları ilə təmin olunma prinsipi

4.

Bu prinsip müəssisə və təşkilatların istehsal etdikləri və reallaşdırdıqları məhsul və xidmətlərin bütün xərclərinin öz vəsaiti hesabına ödənilməsini, investisiya üçün xüsusi pul vəsaitlərindən, bank və kommersiya kreditlərindən istifadə edilməsini nəzərdə tutur

a)

Təsərrüfat müstəqilliyi prinsipi

b)

Özünümaliyyələşdirmə prinsipi

c)

Maddi maraq prinsipi

d)

Maddi məsuliyyət prinsipi

e)

Maliyyə ehtiyatları ilə təmin olunma prinsipi

5.

Bu prinsip sahibkarlıq fəaliyyətinin əsası olmaqla bərabər təsərrüfat subyektlərinin müəyyən mənfəətlə işləməsini nəzərdə tutur

a)

Təsərrüfat müstəqilliyi prinsipi

b)

Özünümaliyyələşdirmə prinsipi

c)

Maddi maraq prinsipi

d)

Maddi məsuliyyət prinsipi

e)

Maliyyə ehtiyatları ilə təmin olunma prinsipi

6.

Bu prinsip maliyyə-təsərrüfat fəaliyyətinin müsbət nəticələnməsi üçün bütün işçilərin müəyyən məsuliyyət sisteminə tabe olması zərurəti şəklində təzahür etdirir. Düzgün variantı seçin.

a)

Təsərrüfat müstəqilliyi prinsipi

b)

Özünümaliyyələşdirmə prinsipi

c)

Maddi maraq prinsipi

d)

Maddi məsuliyyət prinsipi

e)

Maliyyə ehtiyatları ilə təmin olunma prinsipi

7.

Bu prinsip bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətini çox zaman müşaiyət etən risklə əlaqədar olaraq müəyyən maliyyə ehtyatlarının və başqa oxşar fondların yaradılması zərurətini göstərir

a)

Təsərrüfat müstəqilliyi prinsipi

b)

Özünümaliyyələşdirmə prinsipi

c)

Maddi maraq prinsipi

d)

Maddi məsuliyyət prinsipi

e)

Maliyyə ehtiyatları ilə təmin olunma prinsipi

8.

Hansı vəzifələrin həlli zamanı biznes – planın tərtibinə ehtiyac yaranır. Uyğun olmayan variantı seçin:

a)

3-5 ilə müəssisənin inkişafına dair perspektiv planın hazırlanması zamanı (yeni müəssisənin təşkili)

b)

fəaliyyyətdə olan müəssisənin fəaliyyətinin istiqamətinin dəyişməsi

c)

müəssisənin maliyyəsinin sağlamlaşdırılması və böhrandan çıxması

d)

investisiya layihəsinin hazırlanması və investorların tapılması, kredit almaq üçün investisiya layihəsinin banka verilməsi

e)

Dövlət büdcəsinin layihəsinin hazırlanması zamanı

9.

Biznes-plan haqqında deyilənlərdən səhv fikri göstərin:

a)

Müəssisədə strateji plan kimi biznes - plan hesab olunur

b)

Biznes plana müəssisənin investisiya layihəsinin elementi kimi baxılıe

c)

Biznes – plan biznesin idarəolunması alətidir

d)

Biznes – planın məqsədi yaxın dövr və gələcək üçün müəssisənin təsərrüfat fəaliyyətini planlaşdırmaqdır

e)

Biznes plan dövlət büdcəsinə ödənilən vergilərin həcmini əks etdirir

10.

Müəssisə gəlirlərinin formalaşma istiqamərləri

a)

Əsas fəaliyyətdən gəlir, investisiya fəaliyyətindən gəlir, maliyyə fəaliyyətindən gəlir

b)

vergidən daxil olmalar

c)

rüsumlardan daxilolmalar

d)

Əsas fəaliyyətdən gəlir, rüsumlardan daxilolmalar

e)

investisiya fəaliyyətindən gəlir, vergilərdən daxilolmalar

11.

Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

a)

Büdcədən kənar fondlar; İstehlak fondu

b)

Yığım fondu; İstehlak fondu

c)

təqayüd fondu; əsas fondlar

d)

yol fondu və istehlak fondu

e)

suda fondu; İstehlak fondu

12.

Mənfəət nədir?

a)

mərkəzləşmiş fonddur

b)

məhsulun reallaşmasından əldə edilən ümumi gəlirin bir hissəsidir

c)

məqsədli pul vəsaiti fondudur

d)

vergilərin məcmusudur

e)

dövlətin əsas maliyyə planıdır

13.

Yenidənbölüşdürmə yolu ilə müəssisənin maliyyə resurslarına daxil olan vəsaitlər

a)

mənfəət

b)

qısamüddətli kreditlər, sığorta məbləği

c)

möhkəm passivlər

d)

amortizasiya ayrımları

e)

bölüşdürülməyən mənfəət

14.

İnvestisiya nədir

a)

Büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir

b)

müəssisənin istehsal amilləri ilə təminatına yönəldilən və ya qiymətli kağızların alınmasına sərf edilən kapital qoyuluşları

c)

Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir

d)

Vətandaşların öz maraqları dairəsində hər hansı bir əməliyyatı həyata keçirmək üçün dövlət büdcəsinə ödədiyi vəsaitdir.

e)

düzgün cavab yoxdur

15.

Müəssisənin məcburi xərclər qrupuna aid olmayanı göstərin

a)

vergilər

b)

xeyriyyəçilik və humanitar məqsədlərə yönəldilən vəsaitlər

c)

məcburi sığorta ödənişləri

d)

büdcədənkənar fondlara ayırmalar

e)

cərimələr

16.

İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

a)

beynəlxalq əlaqələrlə bağlı məsrəflər

b)

inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər

c)

büdcə qarşısında maliyyə öhdəlikləri

d)

aparatın saxlanılması ilə bağlı məsrəflər

e)

• əsas fəaliyyətlə bağlı məsrəflər

17.

İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin:

a)

büdcədənkənar fondlardan investisiya qoyuluşları

b)

üzvülük haqları

c)

sıgorta vəsaitləri

d)

məhsul istehsalından gəlir

e)

dövlət krediti

18.

İctimai birliklərə misal göstərmək olar: 1. həmikarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

a)

3; 4; 5

b)

1; 2; 3

c)

2; 4; 5

d)

3; 4; 6

e)

1; 3; 6

19.

Müəssisənin nizamnamə kapitalının tərkibini göstərin: 1. dövriyyə kapitalı 2. amortizasiya fondu 3. əsas kapital 4. ehtiyat fondu 5. istehlak fondu

a)

3; 4

b)

1; 3

c)

1; 5

d)

4; 5

e)

3; 5

20.

Müəssisədə mənfəətin əldə edilməsinə çəkilən xərclər:

a)

Yığım fondu

b)

İstehlak fondu

c)

vergilər

d)

İstehsal xərcləri.

e)

maliyyə ehtiyyatı