NEW
Font size
WorksheetsStandardization & Certification 1-5
Total questions: 15
Worksheet time: 5mins
Aşağıdakılardan hansı standartlaşdırmaya aid deyildir?
məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyini təmin etmək
ölçmələrin dəqiqliyini və vəhdətini təmin etmək
bütün növ resurslarin qənaətini təmin etmək
istehsal müəssisələrində aparılan işləri təşkil etmək
istehlakçıların məhsulların keyfiyyəti haqqında tam informasiyaya malik olmalarını təmin etmək
Texniki reqlament nədir?
məhsulun xarakteristikalarını, istehsal proseslərini müəyyənləşdirən sənəddir
məhsulun və xidmətlərin keyfiyyət göstəricilərinin təyinidir
məhsulun nişanlanmasına və onun istehsaldan çıxarılmasına aid sənəddir
məhsullarin sınaqlarının aparılması və utilləşdirilməsi prosesləridir
məhsulun bir obyektdən digərinə daşınmasını xarakterizə edən sənəddir
Standartlaşdırma üzrə normativ sənədlərə aşağıdakılardan hansı aid deyil?
standartlar
texniki reqlamentlər
texniki-iqtisadi informasiya təsnifçiləri
standartlaşdirma üzrə qaydalar
konstruktiv-texnoloji sənədlər
Aşağıda göstərilənlərdən hansı standartlaşdırma üzrə Texniki Komitənin (TK) funksiyasına aid deyildir?
standartlaşdırma üzrə işlərin aparılması proqramlarının (planlarının) işlənib hazırlanması
dövlət standartlarının layihələrinin işlənib hazırlanması, baxılması, razılaşdırılması və təsdiqlənməyə hazırlanması
standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların texniki komitələrinin işində iştirak etmək
standartların tətbiqinin təşkili və onlara riayət edilməsinə nəzarət
Müəssisə və təşkilatlarda yaradılan standartlaşdırma bölmələri standartlaşdırma üzrə hansı işləri yerinə yetirir?
elmi-tədqiqat
təcrübi-konstruktor
layihə
eksperimental
hamısı
Standartlaşdırmanın bu üsulu məmulatların istismarı zamanı onların qarşılıqlı əvəz olunması üçün eyni funksional təyinatlı məmulatların tiplərinin, növlərinin, ölçülərinin sayının rasional ixtisarı ilə xarakterizə olunur. Bu standartlaşdırmanın hansı üsuluna aiddir?
tipləşdirmə
unifikasiya
sistemləşdirmə
simplifikatlaşdırma
aqreqatlaşdırma
Standartlar nədən asılı olaraq kateqoriyalara bölünür?
təsdiq olunma yerindən
təsdiq olunma tarixindən
təsir dairəsindən
standartlaşdırma obyektindən
standartın strukturundan
Standartın növlərinə aid olmayanı göstərin.
əsasverici standartlar
məhsul, xidmət üçün standartlar
proseslər üçün standartlar
nəzarət metodları üçün standartlar
kompleks standartlar
Standartlaşdırmanın bu üsulunun məqsədi məmulatların tiplərinin və ya digər növ müxtəlifiliyinin sayını hazırki vaxtda onlara olan tələbatı ödəmək üçün lazım olan miqdara qədər azaltmaqdır
tipləşdirmə
unifikasiya
sistemləşdirmə
simplifikatlaşdırma
aqreqatlaşdırma
Məmulatların istehsal və istismar keyfiyyətinə aşağıdakılardan hansı təsir etmir?
məmulatların unifikasiya və aqreqatlaşdırılma səviyyəsi
qarşılıqlı əvəzolunmanın, məmulatın istehsalının və istismarının təşkilinin səviyyəsi
fəhlələrin peşə hazırlığı və onların işinin keyfiyyəti
istehsal texnologiyasının, istehsal vasitələrinin, nəzarətin və sınağın səviyyəsi
məmulatın sınağının aparılmasının dövriliyi və müddəti
Qabaqlayan standartlar hansı standartlardır?
o standartlardır ki, burada məcburi tələblərdən istifadə edilir
o standartlardır ki, burada elm və texnikanın son nailiyyətlərinə əsaslanan könüllü xarakterli tələblər öz əksini tapmış olsun
o standartlardır ki, burada mütərəqqi tələblərdən, normalardan və konstruksiyalardan geniş istifadə edilmiş olsun
o standartlardır ki, burada çoxlu normalardan və metodlardan
istifadə edilsin və onlar müasir dövrün tələblərinə cavab versin
o standartlardır ki, burada öz əksini tapmış bütün göstəricilər müasir dövrün tələblərinə tam uyğundur
Əgər idxal olunmuş məhsul Azərbaycan Respublikasının qanunvericiliyinə görə məcburi sertifikatlaşdırılmalıdırsa, onda bu məhsul nə ilə müşayət olunmalıdır?
məhsulun standartı ilə
texniki pasportla
göndərilmə sənədi ilə
uyğunluq sertifikatı ilə
sınaq protokolu ilə
Iqtisadi cəhətdən ən yaxşı standart hansı standartdır
o standartdır ki, onun tətbiqi insanların təhlükəsizliyini təmin edir
o standartdır ki, onun tətbiqi ətraf mühitə dəyən ziyanı minimum səviyyəyə salır
o standartdır ki, onun tətbiqi məhsulun istehsalına çəkilən gətirilmiş xərclərin minimal qiymətini və kapital qoyuluşunun qısa müddətdə ödənilməsini təmin edir
o standartdır ki, onun tətbiqi kapital qoyuluşunun səmərəlilik
əmsalını yüksəldir
o standartdır ki, onun tətbiqi buraxılan məhsulun keyfiyyətini
yaxşılaşdırır, ətraf mühitin qorunmasını təmin edir
ISО/BEK Rəhbərlik 2 sənədi nоrmativ sənədlərin neçə üsulla tətbiqini tövsiyə edir?
1
2
3
4
5
Beynəlxalq standartlaşdırmada iştiraketmə hansı orqan üçün açıq deyil?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
Beynəlxalq Elektrotexniki Komissiya (IEC)
BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı (FAО)
Panamerika standartlar kоmitəsi (KОPANT)
BMT-nin Avrоpa iqtisadi kоmissiyası (BMT AIK)
