wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İqtisadiyyata giriş. Mövzu 6.

Total questions: 15

Worksheet time: 15mins

Name
Class
Date
1.

Dövlət tərəfindən qazlı içkilərə 2 manat qiymət maksimal qiymət təyin edilib. Əgər bu qazlı içkilərin bazarda tarazlıq qiyməti 1.5 manat olarsa, bu hansı qiymətə nümunədir?

a)

İcbari olmayan qiymət maksimumu

b)

İcbari olan qiymət maksimumu

c)

İcbari olan qiymət minimumu

d)

İcbari olmayan qiymət minimumu

2.

Əmtəənin bazarda tarazlıq qiyməti 12 manatdır. Hansı qiymət minimumu təyin edilərsə icbari olan qiymət minimumu hesab edilə bilər?

a)

14 manat

b)

10 manat

c)

12 manat

d)

8 manat

3.

Aşağıdakı əmtəələrdən birinin üzərinə qoyulan vergi yükü daha çox istehlakçıların üzərinə düşür:

a)

tibb xidmətləri

b)

kürü

c)

zinət əşyaları

d)

dəri və kürk məmulatları

4.

Əmtəənin üzərinə vergi qoyularkən vergi yükü daha çox istehlakçıların üzərinə düşürsə, deməli

a)

tələb qeyri-elastik, təklif isə elastikdir

b)

tələb elastik, təklif isə qeyri-elastikdir

c)

tələb və təklif qeyri-elastikdir

d)

tələb və təklif elastikdir

5.

Dövlət yerli fermerlərə kömək məqsədilə düyünün qiymətinə 3 manat qiymət minimumu təyin edir. Qiymət minimumundan əvvəl düyünün kq-ın tarazlıq qiyməti 1.5 manat idi. Qiymət minimumunun nəticəsi necə olacaq?

a)

Əvvəlkindən daha az düyü satılacaq

b)

Düyü bazarında çatışmazlıq yaranacaq

c)

Bütün düyü istehsalçılarının mənfəəti artacaq

d)

İstehsalçıların məsrəfləri artacaq

6.

Satıcıların  üzərinə qoyulmuş vergi hansı əyriyə və  necə təsir göstərir?

a)

Təklif əyrisinin yerini vergi həcmində sola dəyişir

b)

Tələb əyrisinin yerini vergi həcmində sola dəyişir

c)

Tələb əyrisinin yerini vergi həcmində sağa dəyişir

d)

Təklif əyrisinin yerini vergi həcmində sağa dəyişir

7.

İcbari qiymət maksimumunun tətbiqilə yaranan çatışmazlıq hansı halda daha çox olar?

a)

Həm tələb, həm də təklif elastik olarlarsa

b)

Həm tələb, həm də təklif qeyri-elastik olarlarsa

c)

Tələb elastik, təklif qeyri-elastik olarsa

d)

Tələb qeyri-elastik, təklif isə elastik olarsa

8.

Mənzil icarəsi bazarında tarazlıq qiyməti 400 AZN-dir. Əgər dövlət mənzil icarəsi üçün maksimum qiyməti 250 AZN təyin edərsə, baş verəcək hadisələrdən biri səhvdir

a)

Icarə verilən evlərin keyfiyyəti yüksələr

b)

Qısa müddətdə icarə haqları ilə bağlı tənzimləmələrin nəticəsində kiçik çatışmazlıq yaranır

c)

Icarə verilən evlərin keyfiyyəti aşağı düşər

d)

Uzun müddət ərzində bazarda çatışmazlıq artar

9.

Əmtəəyə vergi qoyularkən nə baş verir?

a)

Alıcıların ödədiyi məbləğ artır, satıcıların əldə etdiyi məbləğ azalır, bazar həcmini azalır

b)

Alıcıların ödədiyi məbləğ azalır, satıcıların əldə etdiyi məbləğ artır, bazar həcmini artırır

c)

Alıcıların ödədiyi məbləğ artır, satıcıların əldə etdiyi məbləğ artır, bazar həcmini azalır

d)

Alıcıların ödədiyi məbləğ artır, satıcıların əldə etdiyi məbləğ azalır, bazar həcmini artırır

10.

Satıcıların üzərinə düşən verginin bazara təsiri:

a)

Əmtəənin qiymətini artırır və tarazlıq miqdarı aşağı düşür

b)

Vergi yükü satıcıların üzərinə düşür

c)

Əmtəənin təklifini artırır, təklif əyrisi sağa doğru sürüşür

d)

Əmtəənin qiymətini azaldır

11.

Tarazlıq qiymətindən yüksək təyin olunmuş qiymət minimumu bazara necə təsir göstərir?

a)

Bazarda izafilik yaradır

b)

Bazarda çatışmazlıq yaradır

c)

Bazara təsir göstərmir

d)

Bazarda qıtlıq yaradır

12.

Əgər dövlət icbari olan qiymət maksimumunu daha da artırarsa bu nəyə səbəb olar?

a)

çatışmazlıq daha da artar

b)

çatışmazlıq daha da azalar

c)

izafilik yaranar

d)

izafilik artar

13.

Tarazlıq qiymətindən aşağı təyin olunmuş qiymət minimumunun bazara təsiri

a)

Heç bir təsir göstərməz

b)

Bazarda izafilik yaranar

c)

Bazarda çatışmazlıq yaranar

d)

Bazar tarazlıq vəziyyətindən kənara çıxar

14.

Hansı halda bazarda çatışmazlıq yaranar?

a)

icbari olan qiymət maksimumu

b)

icbari olan qiymət minimumu

c)

icbari olmayan qiymət maksimumu

d)

icbari olmayan qiymət minimumu

15.

İcarə haqqının tənzimlənməsi ... müddətdə daha böyük çatışmazlığa səbəb olur, çünki bu zaman kəsiyində tələb və təklif ...

a)

uzun, elastikdir

b)

uzun, qeyri-elastikdir

c)

qısa, elastikdir

d)

qısa, qeyri-elastikdir