wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

mikroiqtisadiyyat istehsal amilleri bazari

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

İstehsal amili kimi kapital:

a)

istehsal amillərinin dəyərinin pulla ifadəsidir

b)

əvvəllər istehsal olunmuş, indi isə yeni əmtəələrin istehsalında istifadə edilən əmtəədir

c)

istehsal amillərinin alternativ dəyəridir

d)

firmanın əldə etdiyi gəlirdir

2.

İstehsal amilləri bazarında icarə qiyməti:

a)

istehsal amilini müvəqqəti istifadə etmək üçün ödənilməli olan məbləğdir

b)

firma istehsal xərcləridir

c)

istehsal amillərinin alternativ dəyəridir

d)

firmanın əldə etdiyi gəlirdir

3.

Qrafikdə əməyə tələb əyrisinin sağa tərəfə yerdəyişməsinə səbəb:

a)

istehsal xərclərinin artması

b)

əməklə istehsal olunan əmtəənin qiymətinin azalması

c)

əmək təklifinin dəyişməsi

d)

əməklə istehsal olunan əmtəənin qiymətinin artması

4.

Əlavə bir işçini işə götürmək nə vaxt səmərəlidir

a)

marjinal məhsuldarlığın dəyəri əmək haqqından çox olarsa

b)

işə götürülən işçilər optimal saydadır

c)

tələblə təklifin bərabər olduğu deməkdir

d)

marjinal məhsuldarlığın dəyəri əmək haqqından aşağı olarsa

5.

Əhali miqrasiyası səbəb olur

a)

əməyə tələb əyrisinin yerdəyişməsinə

b)

əmək məhsuldarlığının azalmasına

c)

əmək məhsuldarlığının artmasına

d)

əmək təklifi əyrisinin yerdəyişməsinə

6.

İstehsal amilləri nədir ?

a)

istehsal infrastrukturu elementləri

b)

sahibkarların avadanlıqlarının alınmasına çəkdiyi xərclər

c)

əmtəə və xidmətlərin istehsalında istifadə edilələn amillər

d)

müəssisənin alınması üçün avans edilmiş kapital

7.

Əsas istehsal amillərinə aiddir?

a)

əmək haqqı, mənfəət, renta, faiz

b)

xərclər, gəlirlər, mənfəət

c)

sabit və dəyişən xərclər

d)

əmək, torpaq, kapital

8.

İstehsal amilləri bazarında tələbi yaradır:

a)

əmtəə və xidmətlərin alıcıları

b)

birjaların iştirakçıları

c)

dövlətin idarəetmə orqanları

d)

firmalar, şirkətlər

9.

İstehsal amillərinə tələb törəmə tələbdir nə deməkdir ?

a)

tələb istehsal amili ilə istehsal olunan əmtəəyə tələbdən asılıdır

b)

tələb istehsal amillərinə fərdi tələblərin cəmidir

c)

tələb istehsal amilləri bazarında qıtlıqdan asılıdır

d)

tələb istehsal amilinin məhsuldarlığı ilə müəyyənləşir

10.

Əməyin marjinal məhsuldarlığı:

a)

əmtəə təklifinin həcmidir

b)

məhsuldarlığın hesablanması metodunu

c)

əlavə bir vahid əməkdən əldə olunan istehsalın artım miqdarıdır

d)

bir işçinin istehsal etdiyi məhsulun miqdarıdır