wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

mikroiqtisadiyyat kənar təsir

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Kənar təsirlərin aradan qaldırılmasında bazar yönümlü siyasətlər necə olmalıdır?

a)

Dövlət gömrük siyasətindən istifadə edərək fərdi stimulları sosial səmərəliliklə tarazlaşdıra bilər

b)

Dövlət vergi və subsidiyalardan istifadə edərək fərdi stimulları sosial səmərəliliklə tarazlaşdıra bilər

c)

Dövlət vergiləri ləğv edərək fərdi stimulları sosial səmərəliliklə tarazlaşdıra bilər.

d)

Dövlət anti-inhisar siyasətindən istifadə edərək fərdi stimulları sosial səmərəliliklə tarazlaşdıra bilər

2.

Kənar təsirlərin aradan qaldırılmasında əmr və nəzarət siyasətləri necə olmalıdır?

a)

Əsasən tənzimləmə formasında həyata keçirilir

b)

Bəzi davranışları qadağan edir.

c)

Bəzi davranışları məcburi edir

d)

Üçü də düzdür

3.

Sövdələşmə xərcləri nədir?

a)

Sövdələşməni razılaşarkən və həyata keçirərkən tərəflərin çəkdikləri xərclər.

b)

Sövdələşmə zamanı bir tərəfin çəkdiyi xərclər.

c)

Sövdələşmə zamanı hüquqi məsləhətləşmələrə çəkilən xərclər.

d)

Sövdələşməni həyata keçirərkən tərəflərin çəkdikləri xərclər.

4.

Piqu vergisi nədir?

a)

Piqu vergisi mənfi kənar təsirin nəticəsini düzəltmək üçün tətbiq olunan vergidir.

b)

Firmadan çirklənmə həcmini müəyyən miqdara qədər azaltmağın tələb edilməsi.

c)

Piqu vergisi firmadan bazarda süni qiymət artıqlığına görə tətbiq olunan vergidir.

d)

Piqu vergisi müsbət kənar təsirin nəticəsini düzəltmək üçün tətbiq olunan vergidir.

5.

Kənar təsirlərin daxililəşdirilməsi nədir?

a)

Stimulların elə dəyişdirilməsidir ki, insanlar öz fəaliyyətlərinin kənar təsirlərini də nəzərə alsınlar

b)

Dövlətin texnologiyaları inkişaf etdirən və genişləndirən sənaye sahələrini dəstəkləmək məqsədilə iqtisadiyyata müdaxilə etməsi

c)

Patent kənar təsiri daxililəşdirir

d)

Patent qanunları ixtiraçılara (və ya müəssisələrə) öz kəşflərini müəyyən müddət üçün eksklüziv olaraq istifadə etmək hüququ verməklə onların hüquqlarını qoruyur

6.

Kənar təsirlərin fərdi həll yolları hansılardır?

a)

Dövlət siyasətçilərinin kənar təsirlərə müxtəlif yollarla müdaxiləsi

b)

Kənar təsirlərin həll olunmasında əxlaq normaları və sosial sanksiyalar, xeyriyyəçilik, maraqlı tərəflərin müqavilə bağlaması və s

c)

Kənar təsirlərin həll olunmasına dövlət müdaxiləsi

d)

Kənar təsirlərə görə vergilərin təyin edilməsi

7.

İstehsal olunan alüminium vahidinin sosial dəyəri nədən ibarətdir?

a)

Ətrafdakılara vurduğu zərərin dəyərindən ibarətdir

b)

Ətraf mühitə vurduğu zərərin dəyərindən ibarətdir

c)

Alüminium istehsalçılarının fərdi məsrəfləri ilə havanın çirkləndirilməsi nəticəsində mənfi təsirə məruz qalan ətrafdakıların məsrəflərindən ibarətdir

d)

Alüminium istehsalçılarının fərdi məsrəflərinin dəyərindən ibarətdir

8.

Mənfi kənar təsir nəticəsində sosial cəhətdən optimal miqdar:

a)

Sosial cəhətdən optimal miqdar istehsalın tarazlıq miqdarından azdır.

b)

Sosial cəhətdən optimal miqdar istehsalın tarazlıq miqdarından çoxdur

c)

Sosial cəhətdən optimal miqdar istehlakın miqdarına bərabrdir

d)

Sosial cəhətdən optimal miqdar istehsalın fərdi tarazlıq miqdarına bərabrdir

9.

Kənar təsirlər bazarlara necə təsir göstərir?

a)

Kənar təsirlər bazarların səmərəli olmasına səbəb olur

b)

Kənar təsirlər bazarların səmərəli olmasına səbəb olur və bununla da məcmu izafi fayda maksimallaşır

c)

Kənar təsirlər bazarlarda qiymətlərin düşməsinə səbəb olur və bununla da məcmu izafi faydanı azaldır

d)

Kənar təsirlər bazarların səmərəsiz olmasına səbəb olur və bununla da məcmu izafi fayda

maksimallaşmır

10.

Hansı kənar təsirlər var?

a)

Müsbət və mənfi kənar təsirlər

b)

Birbaşa kənar təsirlər

c)

Müsbət kənar təsirlər.

d)

Mənfi kənar təsirlər