wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İqtisadiyyata giriş

Total questions: 10

Worksheet time: 9mins

Name
Class
Date
1.

Q.Mənkyunun fikrinə görə, iqtisadiyyat dedikdə....

a)

Xalq təsərüfatının müxtəlif sahələrinin məcmusu nəzərdə utulur

b)

Öz həyatlarını yaşayarkən qarşılıqlı əlaqələr quran bir qrup insan nəzərdə tutulur

c)

Maddi nemətlər yaradan sahələrin məcmusu nəzərdə tutulur

d)

Maddi və qeyri-maddi nemətləri yaradan sahələrin məcmusu nəzərdə tutulur

e)

İqtisadi münasibətlərin məcmusu nəzərdə tutulur

2.

İqtisad elminin bir sahəsi kimi mikroiqtisadiyyat öyrənir:

a)

Ayrı-ayrı firmaların iqtisadi davranışını

b)

Milli iqtisadiyyat səviyyəsində baş verən prosesləri

c)

Ailələr və müəssisələrin necə qərar verdiklərini və onların bazarlarda qarşılıqlı əlaqəsini

d)

Dövlət və təsərrüfat sahələri arasında yaranan iqtisadi əlaqələri

e)

Dünya birliyində iqtisadi münasibətləri

3.

Dövri-axın diaqramının iç halqası....

a)

Pulun hərəkətini göstərir

b)

Gəlirin dəyişməsini göstərir

c)

İqtisadi artımı göstərir

d)

İstehsal amilləri və amtəə axınlarını göstərir

e)

Qiymət dəyişməsini göstərir

4.

İqtisadçılar tərəfindən ölkələr arasında azad ticarətin təbliğ edilməsinin əsası:

a)

Mütləq üstünlük

b)

İqtisadçılar azad ticarəti təbliğ etmirlər

c)

Tələbatların sonsuzluğu

d)

Nisbi üstünlük

e)

Resursların məhdud olması

5.

Mütləq üstünlüyə malik olan istehsalçı:

a)

Daha az alternativ dəyərə malik olan istehsalçı

b)

Stabil məhsuldarlığa malik olan istehsalçı

c)

Daha aşağı məhsuldarlığa malik olan istehsalçı

d)

Daha yüksək məhsuldarlığa malik olan istehsalçı

e)

Daha çox alternativ dəyərə malik olan istehsalçı

6.

İstehsal imkanları həddi istehlak imkanları həddinə bərabər olur:

a)

Müxtəlif istehsalçıların istehsal imkanları daha geniş olduqda

b)

Müxtəlif istehlakçıların istehlak imkanları daha geniş olduqda

c)

Müxtəlif istehlakçıların istehlak imkanları daha aşağı olduqda

d)

Müxtəlif istehsalçılar arasında ticarət əlaqələri olduqda

e)

Müxtəlif istehsalçılar arasında ticarət əlaqələri olmadıqda

7.

Keyfiyyətsiz əmtəə nəyə deyilir?

a)

Tələbi stabil olaraq yüksək olan əmtəələr

b)

Tələbi istehlakçının pul gəlirinin dəyişikliyi ilə eyni istiqamətdə dəyişən əmtəələr

c)

Tələbi stabil olaraq aşağı olan əmtəələr

d)

Qiymətinin dəyişməsi ilə əlaqədar, tələbinin dəyişməyəcəyi əmtəələr

e)

Tələbi istehlakçının pul gəlirinin dəyişikliyi ilə əks istiqamətdə dəyişən əmtəələr

8.

Rəqabətli bazar şəraiti üçün aşağıdakılardan hansı doğrudur?

a)

sahəyə eyni cür resurslardan istifadə edən bir firma daxildir

b)

təkmil rəqabətli sahələr müasir iqtisadiyyatda geniş yayılmışdır

c)

sahədə əmtəə nişanları olur

d)

ayrılıqda götürülmüş istehsalçı təklifə təsir edə bilir

e)

ayrılıqda götürülmüş alıcı tələbə təsir etmir

9.

Qeyri-elastik təklif zamanı:

a)

təklifin həcmi qiymətə nisbətən daha çox dəyişir

b)

qiymətin qalxması təklifin həcmini dəyişməz saxlayır

c)

elastiklik sıfıra bərabərdir

d)

təklifin həcmi qiymət dəyişikliyinə nisbətən daha az dəyişir, təklifin qiymət elastikliyi vahiddən kiçikdir

e)

təklifin qiymət elastikliyi vahiddən böyükdür

10.

Tələbin gəlir elastikliyi belə hesablanılır:

a)

tələbin həcminin faizlə dəyişməsinin resurların faizlə dəyişməsinə nisbəti kimi

b)

tələb həcminin faizlə dəyişməsi bölünsün qiymətin faizlə dəyişməsi

c)

qiymətin azalması zamanı tələbin həcminin aşağı düşməsi

d)

tələbin həcminin faiz dəyişməsi bölünsün gəlirin faiz dəyişməsinə

e)

qiymətin artması zamanı tələbin həcminin artması