WorksheetsFirmanın iqtisadiyyatı 4 cü mövzu
Total questions: 30
Worksheet time: 30mins
İstehsal funksiyası göstərir ki:
istehsal olunan məhsulun həcmi istehsal prosesinə cəlb edilən amillərin miqdarından və onların nə dərəcədə səmərəli istifadə olunmasından asılıdır
istehsal olunan məhsulun həcmi istehsal prosesinə cəlb edilən amillərin miqdarından və onların nə dərəcədə səmərəli istifadə olunmasından asılı deyildir
istehsal prosesinə cəlb edilən amiilərin miqdarı istehsal olunan məhsulun həcmindən və həmin məhsulların satış miqdarından asılıdır
bazarda satılan məhsulun miqdarı istehsal prosesinə cəlb edilən amillərin miqdarından və onların nə dərəcədə səmərəli istifadə olunmasından asılıdır
istehsal olunan məhsulun həcmi istehsal prosesinə cəlb edilən amillərin miqdarından asılı olsa da, onların nə dərəcədə səmərəli istifadə olunmasından asılı deyildir
Aşağıdakılardan hansı biramilli istehsal funksiyasıdır?
Q = f (K, L)
Q = f (K, L, Z)
Q = f (L)
Q = f(F1, F2, …, Fn)
MPL = ∆TPL / ∆L
Aşağdakı ifadələrdən hansı yalnışdır?
hüquqlaırn mübadiləsi (ötürülməsi) və qorunması ilə bağlı bütün xərclər transaksiya xərclərinə aid edilir;
transaksiya xərcləri dedikdə ən ümumi şəkildə sövdələşmələrin baş tutması və onlara əməl edilməsi ilə bağlı xərclər başa düşülür;
transaksiya xərcləri sövdələşmədə iştirak edən tərəflər arasında qarşılıqlı faydalı mübadilənin baş tutması və əldə olunmuş razılaşmaya əməl edilməsi ilə əlaqədar yarana bilən mübahisələrin həlli və aradan qaldırılması zəruriliyindən meydana çıxır;
firma daxilində transaksiyalar mal və xidmətlərin yaxud digər resursların texnoloji prosesin mərhələləri üzrə hərəkəti zamanı baş verir;
transaksiya xərcləri firmada yalnız texnoloji proseslər nəticəsində yaranır
Aşağdakılardakı xərclərdən hansı “Motivasiya xərcləri” nə aiddir?
qiyməti təyin etməklə bağlı xərclər;
müqavilə şərtlərini təyin etməklə bağlı xərclər
opportunist davranışlar probleminin həlli ilə bağlı xərclər
potensial tərəfdaşlar haqqında məlumat toplama xərcləri;
ölçmə xərcləri;
Son olaraq “Kouz teoremi” kim tərəfindən formalaşdırılmışdır?
A.Onore
O. Vilyamson
R. Kouz
C.Stigler
H.Saymon
Hansı halda firmalarda xalis mənfəət yaranır?
Əgər firmanın pul gəlirlərinin məbləği onun bütün iqtisadi xərclərindən çoxdursa;
Əgər firmanın pul gəlirlərinin məbləği onun bütün xarici xərclərindən çoxdursa;
Əgər firmanın pul gəlirlərinin məbləği onun bütün alternativ xərclərindən çoxdursa;
Əgər firmanın pul gəlirlərinin məbləği onun bütün real xərclərindən çoxdursa;
Əgər firmanın pul gəlirlərinin məbləği onun bütün mühasibat xərclərindən çoxdursa.
Firmalarda iqtisadi xərclər necə hesablanır?
Real xərclərlə qaytarılmayan xərclərin fərqi ilə alternativ xərclərin cəmi kimi;
Real xərclərlə alternativ xərclərin cəmi kimi;
Real xərclərlə alternativ xərclərin fərqi ilə qaytarılmayan xərclərin cəmi kimi;
Real xərclərlə alternativ xərclərin fərqi kimi;
Real xərclərlə qaytarılmayan xərclərin cəmi kimi.
Firmalarda iqtisadi mənfəət necə hesablanır?
Ümumi gəlirlər ilə qaytarılmayan xərclərin fərqi kimi
Ümumi gəlirlər ilə alternativ xərclərin fərqi kimi
Ümumi gəlirlər ilə xarici xərclərin fərqi kimi;
Ümumi gəlirlər ilə iqtisadi xərclərin fərqi kimi
Ümumi gəlirlər ilə real xərclərin fərqi kimi
Firmalarda mühasibat mənfəəti necə hesablanır?
Ümumi gəlirlər ilə tranaksiya xərclərin fərqi kimi
Ümumi gəlirlər ilə alternativ xərclərin fərqi kimi;
Ümumi gəlirlər ilə xarici xərclərin fərqi kimi;
Ümumi gəlirlər ilə iqtisadi xərclərin fərqi kimi
Ümumi gəlirlər ilə qaytarılmayan xərclərin fərqi kimi
İqtisad elmində istehsal prosesinin iqtisadi təhlili zamanı istifadə olunan “qısamüddətli dövr” ifadəsi altında hansı zaman müddəti nəzərdə tutulur?
bu, konkret zaman kəsiyi ilə əlaqəli deyil, sadəcə istehsal amillərinin istifadəsinə (dəyişilməsinə) münasibətlə bağlıdır
1 həftə müddətini
1 ay müddətini
6 ayadək olan müddəti
1 ilədək olan müddəti
İqtisad elmində istehsal prosesinin iqtisadi təhlili zamanı istifadə olunan “uzunmüddətli dövr” ifadəsi altında hansı zaman müddəti nəzərdə tutulur?
bu, konkret zaman kəsiyi ilə əlaqəli deyil, sadəcə istehsal amillərinin istifadəsinə (dəyişilməsinə) münasibətlə bağlıdır
ən azı 6 ay müddətini
ən azı 1 il müddətini
5 ilədək olan müddəti
5 ildən çox olan müddəti
Miqyasının sabit effekti olduqda:
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 1-dən böyük olur, yəni α + β ˃ 1
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi dən kiçik olur, yəni α + β ˂ 1
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 0-a bərabər olur, yəni α + β = 0
istehsal amillərinin heç birində artım olmur
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 1-ə bərabər olur, yəni α + β = 1
Qənaətlilik nədir?
istehsal proseslərinə və firmanın digər sahələrdəki fəaliyyətlərinə cəlb edilmiş istehsal amillərinin hər biri üzrə və ümumilikdə məhsul yaratmaq (yaxud məhsul yaratmaqda iştirakçılıq) qabiliyyətinin artırılmasını nəzərdə tutur
istehsal proseslərinə və firmanın fəaliyyətinin digər sahələrinə cəlb edilmiş istehsal amilləri üzrə məsrəflərin, həm də transaksiya xərclərinin mümkün qədər azaldılmasını nəzərdə tutur.
firmanın ümumi fəaliyyətin (həm istehsal, həm də bazar fəaliyyətlərinin) son nəticələri üzrə qiymətləndirməni nəzərdə tutur
firmada istehsal olunan məhsul vahidinin fondtutumunun artırılmasını nəzərdə tutur;
firmada istehsal olunan məhsul vahidinin enerjitutumunun artırılmasını nəzərdə tutur;
Miqyasın müsbət effekti nədir?
istehsal amillərinin həcminin artması ilə müqayisədə məhsul buraxılışı miqdarının daha sürətlə artmasıdır
istehsal amillərinin həcminin artması ilə müqayisədə istehsalın (məhsul buraxılışının) daha az həcmlərdə artmasıdır
istehsal amillərinin miqyaslarının dəyişilməsi zamanı buna uyğun sabit verimliyin müşahidə olunmasıdır
həm istehsal amillərinin miqdarının, həm də məhsul buraxılışı həcmlərinin bazar miqyasından asılı olaraq dəyişməsidir
istehsal amillərinin miqdarının azalmasına rəğmən məhsul buraxılışı həcminin artmasıdır
Firmanın üfüqi ölçüləri (sərhədləri) başlıca olaraq nə ilə müəyyən olunur?
istehsal xərcləri (istehsal edilən məhsulların çeşid sayı və miqdarı) ilə
transaksiya xərcləri ilə
iqtisadi xərclərin miqdarı ilə
sahə bazarının sərhədləri ilə
ölkədə sosial-iqtisadi durumla
Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüququnun əsasən bu 3 səlahiyyəti vurğulanır:
əldə etmək, istifadə etmək və özgəninkiləşdirmək hüquqları
sahib olmaq, müddətsizlik və geri qaytarılmaq hüquqlaır
sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqları
istehsal etmək, mübadilə etmək və istehlak etmək hüquqları
əldə etmək, istifadə etmək və istehlak etmək hüquqları
İstehsal funksiyası nəyi təsvir edir?
istehsal xərcləri ilə məhsul buraxılışının miqdarı arasındakı əlaqəni
istehsal xərcləri ilə iqtisadi resursların sərfi miqdarı arasındakı əlaqəni
istehlak xərcləri ilə məhsul buraxılışının miqdarı arasındakı əlaqəni
istehsal xərcləri ilə məhsulun satış qiyməti arasındakı əlaqəni
istehsal xərcləri ilə transaksiya xərcləri arasındakı əlaqəni
Kobb-Duqlas istehsal funksiyası nəyi ifadə edir?
istehsalın həcmi ilə onu yaradan istehsal amilləri (kapital və əmək) arasında asılılığı
firmanın gəliri ilə xərcləri arasında olan asılılığı
istehsal həcmi ilə firmanın bazar payı arasında asılılığı
firmanın əldə etdiyi mənfəətlə onu yaradan istehsal amilləri (kapital və əmək) arasında asılılığı
istehsalın həcmi ilə onu yaradan sahibkarlıq qabiliyyəti arasında asılılığı
Kobb-Duqlas istehsal funksiyası nəyi ifadə edir?
istehsalın həcmi ilə onu yaradan istehsal amilləri (kapital və əmək) arasında asılılığı
firmanın gəliri ilə xərcləri arasında olan asılılığı
istehsal həcmi ilə firmanın bazar payı arasında asılılığı
firmanın əldə etdiyi mənfəətlə onu yaradan istehsal amilləri (kapital və əmək) arasında asılılığı
istehsalın həcmi ilə onu yaradan sahibkarlıq qabiliyyəti arasında asılılığı
Yaranma xarakterinə (təbiətinə) görə firmanın xərcləri belə təsnifləşdirilir:
texnoloji xərclər, istehsal xərcləri və satış xərcləri
daxili xərclər və xarici xərclər
mühasibat xərcləri və iqtisadi xərclər
istehsal (transformasiya) xərcləri və transaksiya xərcləri
istehsal xərcləri, idarəetmə xərcləri və ümumi xərclər
Müxtəliflik effekti nədir?
firmanın istehsal etdiyi məhsul çeşidinin artmasının istehsal xərclərinin səviyyəsinə təsiridir
firmanın istehsal etdiyi məhsul həcminin artmasının istehsal xərclərinin səviyyəsinə təsiridir
firmanın istehsal xərclərinin müxtəlifliyinin məhsul buraxılışı həcminə təsiridir
firmanın istehsal xərclərinin strukturunun istehsal texnologiyasından asılılığıdır
firmanın istehsal etdiyi məhsul çeşidinin artmasının istehsal xərclərinin müxtəlifliyinə təsiridir
Sahibkarın məhddud əmlak məsuliyyəti daşıması nə deməkdir?
bu halda sahibkar öhdəliklərinə görə yalnız firmanın əmlakı ilə (firmada ona məxsus payla) cavabdehlik daşıyır, məsuliyyət sahibkarın digər əmlakına şamil olunmur
bu halda sahibkar öhdəliklərinə görə firmadakı payı ilə yox, onun firmadan kənarda malik olduğu əmlakı ilə məsuliyyət daşıyır
bu halda firmanı birgə quran iştirakçılardan hər hansı biri öz öhdəliyini yerinə yetirə bilmədikdə həmin məsuliyyət digər iştirakçıların üzərinə keçir
bu halda sahibkar firmanın bütün əmlakını satıb öhdəliklərini yerinə yetirməlidir (ödəməlidir)
bu halda sahibkar öhdəliklərinə görə həm sahibi olduğu firmanın əmlakı, həm də özünün bütün digər əmlakı ilə məsuliyyət daşıyır
Firmanın “spesifik aktivlər”i dedikdə nə başa düşülür?
firmanın daxilində istifadəsi ilə müqayisədə firmanın hüdudlarından kənarda istifadəsi daha yüksək qiymətləndirilən resurslar
müqavilə tərədaşları üçün belə resurslaırn dəyəri onların bazar dəyərinindən əhəmiyyətli dərəcədə aşağı olur
firmanın hüdudlarından kənarda istifadəsi ilə müqayisədə firmanın daxilində istifadəsi daha yüksək qiymətləndirilən resurslar
dəyəri həm bazar, həm də firmada istifadə baxımından bərabər qiymətləndirilən resurslar
həm bazar, həm də firma daxilində istifadə baxımından dəyəri xüsusi əhəmiyyət kəsb etməyən resurslar
PESTEL təhlil alətindən nə üçün istifadə olunur?
firmanın fəaliyyətinin makromühitini tədqiq etmək və qiymətləndirmək üçün
firmanın fəaliyyətinin mikromühitini tədqiq etmək və qiymətləndirmək üçün
firmanın fəaliyyətinin bazar mühitini tədqiq etmək və qiymətləndirmək üçün
bazar (marketinq) tədqiqatları üçün
ETTKİ (yeniliklərin yaradılması və tətbiqi) üçün
Firmanın bazar modeli nəyə əsaslanır?
bazar tələb və təklfi üzərindən qiymət və məhsul buraxılışı həcmləri üzrə qərarların tədqiqinə
ayrıca firmanın maliyyə qərarlarının və davranışlarının sistemli şəkildə öyrənilməsinə
firmanın fondlara olan tələbatının və dividend siyasətinin təhlilinə
firmanın malik olduğu fondlardan bazar investisiyalarına, tədqiqatlara və inkişafa yönəldilən sərmayələrin tədqiqinə
firmanın mənfəətindən səhmdarlarına ödədiyi dividendin səviyyəsinin tədqiqinə
X-səmərəlilik:
mövcud (əldə olan) resursların istehsal prosesində istifadə olunması halını nəzərdən keçirir
resursların sistem daxilində yenidən bölünməsi halını nəzərdən keçirir
istehsalın təşkili texnologiyalarını nəzərdən keçirir
kommersiya fəaliyyətinin nəticələrinin müksimumlaşdırılmasını halını nəzərdən keçirir
resursların zamana görə (dinamik) istifadəsi halını nəzərdən keçirir
Firmanın şəbəkə konsepsiyasına əsasən firma:
sövdələşmənin təşkili üsuludur
müxtəlif dərəcədə informasiyaya malik qeyri-bərabər aktorlar arasında idarəetməni təmin edən modeldir
müxtəlif səviyyəli maraq qruplarının məqsədlərinə xidmət edən mürəkkəb ierarxiyalı sistemdir
“inkişaf edən təşkilat”dır
dəyər yaradılmasının vahid zəncirində birləşmiş və vahid strateji məqsədin əldə olunması üçün qarşılıqlı fəaliyyətdə olan tərəfdaş-firmaların məcmusudur
Tam ortaqlığın mənfəəti və zərəri onun iştirakçıları arasında necə bölünür?
onların şərikli kapitaldakı paylarından asılı olmayaraq bərabər
malik olduqların səhmlərin sayına və dəyərinə uyğun olaraq
onların şərikli kapitaldakı paylarına mütənasib surətdə
püşkatma qaydasında
mənfəət və zərər bölüşdürülmür
Biznes riski nədir?
işə cəlb edilən resursların (mayanın) batması və zərərə düşmək ehtimalıdır
cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etməkdir
hər-hansı bir ideyanın reallaışdırılmasına cəhd etmək, bu istiqamətdə real addımlar atmaqdır
məqsədi cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etmək (satmaq) olan iqtisadi fəaliyyətdir
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ortaya çıxan hesabatdır
MMC-nin nizamnamə kapitalının 20 faizindən çoxu və ya SC-nin səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olduqda belə cəmiyyət necə adlandırılır?
törəmə təsərrüfat cəmiyyəti
asılı təsərrüfat cəmiyyəti
əlavə məsuliyyətli cəmiyyət
ortaq məsuliyyətli cəmiyyət
məhdud məsuliyyətli cəmiyyət
