NEW
Font size
WorksheetsMövzu 7 Büdcə sistemi
Total questions: 10
Worksheet time: 13mins
Mərkəzi və yerli büdcələrin tərtibi, baxılması, təsdiqi və icrası üzrə hakimiyyət orqanlarının qanunvericiliklə reqlamentləşdirilmiş fəaliyyəti
büdcə prosesi
vergitutma prosesi
maliyyə siyasəti
iqtisadi siyasət
büdcə siyasəti
Büdcə profisiti nədir?
Büdcə xərclərinin büdcə gəlirlərindən artıqlığı
Büdcə gəlirlərinin büdcə xərclərinə bərabərliyi
Büdcə gəlirlərinin büdcə xərclərindən artıqlığı
Variantlar düz deyil
Büdcə sisteminin təşkili prinsipi hansıdır
vahidlik
ərazililik
universallıq
obyektivlilik
ədalətlilik
Dövlət büdcəsi nədir?
dövlətin maliyyə proqramı
dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası;
dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunu əks etdirən əsas maliyyə planı
xərclər smetası
dövlətin maliyyə aləti
Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?
sığorta siyasəti
pul münasibətləri
Büdcə mexanizmi
nəzarət
Büdcə planlaşdırılması
Müasir dövrdə mövcud olan büdcə tənzimlənməsinin metodlarını göstərin
qiymətlər arasında fərqin örtülməsi
dövlət borcları
dövlət krediti
dotasiya; subvensiya; ssuda; subsidiyalar, transferlər
emissiya
Dotasiya nədir:
Dövlət büdcəsindən yerli büdcələrə geri qaytarılmaq şərti ilə verilən maliyyə vəsaitidir.
Yerli büdcələrdən hüquqi şəxslərə verilən maliyyə vəsaitidir
Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri təmziləmək məqsədi ilə müəyyən müddətdə verilən maliyyə vəsaitidir.
Dövlət büdcəsindən yerli büdcələrə verilən maliyyə vəsaitidir.
Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
Subvensiya nədir?
Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.
Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
Büdcə sekvestiridir.
Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə məqsədli verilən , məqsədli istifadı olunmadıqda geri qaytarılan vəsaitlərdir
büdcə ssudasıdır
Subsidiya nədir?
Büdcə ssudasıdır
Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.
Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə verilən əvəzsiz maliyyə vəsaitidir (müəyyən işlərin yerinə yetirilməsi üçün).
Borc faizidir
Kreditdir.
Azərbaycanda Büdcə ili hansı müddəti əhatə edir?
Oktyabrın 1-dən sentyabrın 30-dək olan dövrü;
Martın 1-dən oktyabrın 31-dən olandövrü;
Yanvarın 1-dən dekabrın 31dək olan dövrü;
İyunun 1-dən yanvarın 1-dək olan dövrü
Variantlar düz deyil
