Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sınaq 6(9-lar)

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Hansı nümunədə "y" samitinin kar qarşılığı işlənmişdir?

a)

Kənd havası

b)

Ürək sözü

c)

Şəkilçinin növü

d)

Küləyin gücü

e)

Mürəkkəb qabı

2.

Biri omonim deyil.

a)

Bal

b)

İl

c)

Qurd

d)

Yaş

e)

Düz

3.

Biri omonim frazeoloji birləşmədir.

a)

İşə düşmək

b)

Ürəyinə xal düşmək

c)

Gözü düşmək

d)

Gözə gəlmək

e)

Başa salmaq

4.

Hansı söz çoxmənalı deyil

a)

Göz

b)

Çörək

c)

Qol

d)

Ağız

e)

Almaq

5.

Hansı nümunədə bitişdirici samit işlənməmişdir?

a)

Körpəyə

b)

Nəvəyə

c)

Meşəyə

d)

Ləçəyə

e)

Babaya

6.

Hal yox,ancaq mənsubiyyət şəkilçisi qəbul etdikdə ikinci hecadakı saitin düşdüyü sözləri göstərin.

1.şeir 2.ağız 3.ovuc 4.ətir 5.fəsil 6.qarın 7 .ömür 8.səbir.

a)

2,3,6

b)

1,2,3

c)

2,3,4,8

d)

2,6,7,8

e)

5,6,7

7.

Vurğusu son hecaya düşən və morfoloji üsulla yaranmış çoxaltmaq dərəcəli sifət hansı cümlədədir?

a)

O , ovcunda xırdaca bir quş balası tutmuşdu.

b)

Arif bəstəboy bir oğlan idi.

c)

Yoldaşımın tünd-bənövşəyi rəng daha çox xoşuna gəlir.

d)

Hər yan dümağ qarla örtülmüşdü.

e)

Bizi qapqara bir zənci qarşıladı.

8.

Fikirlərdən biri səhvdir.

a)

"Bir dəli quyuya daş atdı,yüz ağıllı çıxara bilmədi" cümləsindəki saylar isimləşmiş sifətə aiddir.

b)

"Onun növbəsi birincidir" cümləsində say işlənməmişdir.

c)

Həm "beş",həm də "beş-altı" sayından sonra numerativ söz işlətmək olar.

d)

"Altmış dördüncü "sayını 64-cü və XLIV şəklində də yazmaq olar.

e)

"Dörd,səkkiz,doqquz" saylarının yazılışı və tələffüzü fərqlənir.

9.

Bu əvəzliklərdən biri 1-ci və 2-ci şəxsin təkindən başqa bütün hallarda mənsubiyyət şəkilçisi qəbul edir.

a)

Hər şey

b)

Nə

c)

Kimsə

d)

Hamı

e)

Biz

10.

Həm feil,həm də isim kimi işlənə bilən sözlərin məntiqi ardıcıllığını davam etdirin.

Başlar,izlər,dişlər,.......

a)

Tağlar

b)

Bəylər

c)

Dağlar

d)

Sızlar

e)

Göylər