wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Vergi 2

Total questions: 15

Worksheet time: 15mins

Name
Class
Date
1.

“Optimal vergilər siyasətinin həyata keçirilməsi sahibkarlıq fəaliyyətinə necə təsir edir?

a)

stimul verir

b)

sahibkarlıq fəaliyyətinin qarşısını alır

c)

sahibkarlıq fəaliyyətini lənqidir

d)

qismən əngəlləyir

e)

İxracın qarşısini alır

2.

Vergitutma subyektlərinə görə vergilər necə təsnifləşdirilir?

a)

yalnız hüquqi şəxslərdən tutulan vergilər

b)

fiziki şəxslərdən və hüquqi şəxslərdən tutulan vergilər

c)

yalnız fiziki şəxslərdən tutulan vergilər

d)

yalnız qeyri rezidentlərdən tutulan vergilər

e)

yalnız rezidentlərdən tutulan vergilər

3.

Azərbaycan Respublikasında vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

a)

Referendum yolu ilə

b)

Nazirlər Kabinetinin qərarına əsasən

c)

Maliyyə Nazirliyinin qərarına əsasən

d)

Vergi Məcəlləsinə dəyişiklik edilməsi yolu ilə

e)

Beynəlxalq valyuta fondunun tövsiyələrinə əsasən

4.

Vergi məbləğlərinin bəyannamə forması üzrə tutulması dedikdə nə başa düşülür?

a)

Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması

b)

Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması

c)

Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən qismən ödənilməsi

d)

Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

e)

Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

5.

Vergilər haqqında qanunvericilik hansı tərzdə formalaşdırılmalıdır?

a)

hər kəs vergiləri yalnız nə vaxt ödəməli olduğunu dəqiq bilsin

b)

hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin

c)

hər kəs vergiləri yalnız harada ödəməli olduğunu dəqiq bilsin

d)

hər kəs vergiləri yalnız hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin

6.

Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

a)

Bələdiyyə vergiləri

b)

Yalnız Naxçıvan MR-da tətbiq olunan vergilər

c)

Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər

d)

Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər

e)

fiziki şəxslərin torpaq və əmlak vergiləri

7.

Hansı vergi dövlət vergilərinə aid deyildir?

a)

yol vergisi

b)

əlavə dəyər vergisi

c)

aksizlər

d)

fiziki şəxslərin əmlak vergisi

e)

fiziki şəxslərin gəlir vergisi

8.

Vergilər haqqında qanunvericilik vergitutmanın hansı prinsiplərinə əsaslanır?

a)

yalnız ədalətli olmasına

b)

yalnız ədalətli olmasına

c)

yalnız ümumi olmasına

d)

xüsusi, neytral və ədalətli olmasına

e)

ümumi, bərabər və ədalətli olmasına

9.

Vergilər əsasən aşağıdakı funksiyaları yerinə yetirir?

a)

Fiskal, bölüşdürücü, tənzimləyici, stimullaşdırıcı

b)

Fiskal, bölüşdürücü, tənzimləyici, stimullaşdırıcı və nəzarət

c)

Fiskal, bölüşdürücü, tənzimləyici

d)

Fiskal, bölüşdürücü, tarazlaşdırıcı, təşviqedici və nəzarət

e)

Tənzimləyici, stimullaşdırıcı

10.

Fiskal funksiyanın əsas mahiyyəti nədən ibarətdir?

a)

Ordu quruculuğunun möhkəmlənməsi və iqtisadi fəallığın stimullaşdırılması üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsi

b)

Ölkədə dövlətçiliyin qorunub saxlanmasını etmək üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsi

c)

Dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsi

d)

Büdcə gəlirlərinin təmin edilməsi üçün vergi ödəyicilərinin əmlakının müəyyən hissəsinin tutulması

e)

İqtisadi fəallığın stimullaşdırılması üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsi

11.

Tənzimləmə funksiyanın mahiyyəti nədən ibarətdir?

a)

vergilər özünün bu funksiyası vasitəsilə stimullaşdırmaq yolu ilə satış prosesinə əhəmiyyətli dərəcədə təsir göstərir, kapital yığımını gücləndirir

b)

birbaşa vergi dərəcələrini dəyişməklə qiymətlərin səviyyəsinə təsir göstərir, ixracata vergi güzəştləri tətbiq etməklə onu stimullaşdırır

c)

dolayı vergi dərəcələrini dəyişməklə satışın səviyyəsinə təsir göstərir, idxalata vergi güzəştləri tətbiq etməklə onu stimullaşdırır

d)

Vergi mexanizmi vasitəsi ilə dövlətin qarşıya qoyduğu müəyyən məqsədlərə nail olunmasına xidmət edir

e)

vergilər özünün bu funksiyası vasitəsilə stimullaşdırmaq və ya ləngitmək yolu ilə istehsal prosesinə əhəmiyyətli dərəcədə təsir göstərir, kapital yığımını gücləndirir və ya zəiflədir

12.

Dolayı vergitutmanın mahiyyəti nədən ibarətdir?

a)

Dolayı vergilər əmtəələrin satış qiymətində alıcılar tərəfindən ödənilir

b)

Dolayı vergilər xidmətlərin tarifinə və malların qiymətinə daxil edilir

c)

Dolayı vergilər əmtəələrin qiymətinə əlavələr şəklində müəyyən edilir

d)

Dolayı vergilər əmtəələrin qiymətinə (xidmətlərin tarifinə) əlavələr şəklində müəyyən edilir və malların satışı (istehlakı) sferasında tutulur

e)

Dolayı vergilər malların qiymətinə daxil edilir

13.

Dolayı vergitutmada vergi yükü kimin üzərinə düşür?

a)

Alıcının (istehlakçının)

b)

Vergi ödəyicisinin

c)

Sifarişçinin

d)

Satıcıcnın

e)

Podratçının

14.

Məhsulların satışından əldə edilən pul vəsaitlərindən ödənilən vergilər hansılardır?

a)

ƏDV, aksizlər

b)

ƏDV, aksizlər, yol vergisi, gömrük rüsumları

c)

Torpaq vergisi, reklam xərcləri, əmlak vergisi

d)

Yol vergisi, gömrük rüsumları

15.

Vergi ödənişlərinin daxil olduğu büdcə səviyyəsinə görə vergilər hansı qruplara ayrılır?

a)

Birbaşa dövlət vergiləri, muxtar respublika və bələdiyyə

b)

Dolayı dövlət vergiləri, muxtar respublika və yerli

c)

Dövlət, muxtar respublika və bələdiyyə

d)

Büdcə və büdcədənkənar

e)

Dövlət, Naxçıvan Muxtar Respublikasının vergiləri və bələdiyyə