Worksheets14-cü mövzunun testləri İŞGÜZAR KOMMUNİKASİYADA İZAHAT, XƏ
Total questions: 10
Worksheet time: 5mins
“Xəbərdarlıq” sözü neçə hissədən ibarətdir?
3
1
2
4
5
“Xəbərdarlıq” sözünün mahiyyətini açmır:
izahat
xəbərdaredici işarə
səs siqnalları
yüksək gərginlik şəkli
hədələyici işarə
Biri xəbərdarlıq növü deyil:
diplomatik
inzibati
epistolyar
cərimə
yazılı
Xəbərdarlığın yalnız bu növü əməli yazıda əks olunur:
Nizam-intizama, qanun və hüquqa zidd hərəkətlər üçün verilən xəbərdarlıq
Təhlükə haqqında vurulan xəbərdaredici işarələr
Mimika, əl-qol hərəkətləri ilə bildirilən hədələyici xarakterli işarələr
Təhlükənin qarşısını almaq üçün səs siqnalları
Yüksək gərginlikli elektrik cərəyanı olmasını bildirən şəkillər
Fikirlərdən biri həqiqəti əks etdirir:
Diplomatik xəbərdarlıq dövlət mənafeyi və dövlət siyasəti ilə bağlı olur.
Sərəncam yalnız dövlət başçısı tərəfindən imzalanır.
Bütün sənədlər eyni məzmuna malik olurlar.
Sərəncamla fərmanın dil xüsusiyyətləri müxtəlifdir.
Xəbərdarlıq təkcə şifahi formada olur.
Verilmiş nümunə hansı əməli yazı növünün əsas hissəsinin bir parçasıdır?
Xəstə olduğum üçün noyabr ayının 21-dən 27-nə qədər işdə olmamışam. Ona görə də həmin günlərdə baş vermiş hadisə haqqında heç bir məlumatım yoxdur...
akt
ərizə
məktub
izahat
arayış
Ərəb sözü olub məzəmmət, danlaq mənalarını verir. Pis əməlinə görə yazılı və ya şifahi şəkildə cəza vermək anlamında işlənir Bu, idarə, müəssisə və təşkilatlarda yazılı şəkildə əmr kitabçasına, işçilərin şəxsi işinə yazılmaqla rəsmiləşdirilir.
Verilmiş fikirlər hansı sənədi səciyyələndirir?
izahat
xəbərdarlıq
töhmət
arayış
məktub
18 yanvar 2018-cü il tarixdə baş verən zəlzələ ilə əlaqədar olaraq yaşadığımız yataqxana qəza vəziyyətinə düşmüşdü. Sakinlərin köçürülməsi və ev əşyalarının daşınmasına kömək etdiyimdən 19 yanvar 2018-ci il tarixində dərsə gələ bilməmişəm. Dediklərimin doğruluğunu qonşular və tələbə yoldaşlarım təsdiq edə bilərlər.
İmza: G.N. Babayeva
20.01.18
Verilmiş nümunə hansı əməli yazı növünə aiddir?
təqdimat
məktub
izahat
ərizə
tərcümeyi-hal
İzahata aid olan xüsusiyyətlər hansılardır?
1) Yazılı və şifahi; sadə və müfəssəl olur.
2) Latınca “hərəkət, hadisə, cinayət işi” deməkdir.
3) Ərəb sözü olub “bir məsələni, sözü və s. ətraflı surətdə aydınlaşırma, şərhetmə, bəyanetmə” mənalarını bildirir.
4) Müraciət, ümumi, fərqləndirici və yekunlaşdırıcı hissələrdən ibarətdir.
5) Sonda onu yazan şəxsin adı, soyadı və imzası olur, yazıldığı tarix göstərilir.
6) Təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərib olunur.
2, 4, 6
3, 4, 5
1, 3, 5
2, 3, 4
1, 5, 6
......., əsasən, idarə, təşkilat və müəssisələrdə qəbahət edənə həmin qəbahəti bir daha təkrar etməməsi üçün verilən yazılı və şifahi göstəriş deməkdir.
ərizə
xəbərdarlıq
annotasiya
sifariş
töhmət
