Worksheets16-cı mövzunun testləri İŞGÜZAR KOMMUNİKASIYADA ELAN XARAK
Total questions: 10
Worksheet time: 5mins
Biri elan növü deyil:
teleqram
afişa
anons
bildiriş
reklam
Biri elan məlumatını qruplaşdırarkən nəzərə alınmır:
Məlumatın kim tərəfindən verilməsi göstərilmir.
Tədbirin keçiriləcəyi yer qeyd edilməlidir.
Məlumatın kim tərəfindən verilməsi göstərilməlidir.
Məlumatda vaxt dəqiq göstərilməlidir.
Məlumatın məzmunu aydın qeyd olunmalıdır.
Bunlardan biri reklamın daşıdığı mənanı ehtiva etmir:
Məşhurlaşdırmaq missiyası daşımır.
Hər hansı bir məmulat haqqında məlumat verir.
Məşhurlaşdırmaq məqsədilə məlumat yayır.
Müştəri cəlb etmək məqsədi güdür.
Bir şəxsə və ya bir şeyə şöhrət qazandırmaq mənasında işlədilir
Biri reklamın ötürülməsi vasitəsi deyil:
qəzet
vebsayt
radio
bilbord
istehsal
Bunlardan hansı bildirişin məzmununu açıqlamır?
Tədbirin xarakteri haqqında məlumat verilir.
Tədbirin gündəliyini əks etdirmir.
Tədbir iştirakçıları haqqında məlumat verilir.
Tədbirin keçiriləcəyi yer göstərilir.
Tədbirin vaxtı qeyd olunur.
Bildirişin dil xüsusiyyətlərinə aid deyil:
səlislik
fikir aydınlığı
ədəbi dildə yazılma
heç bir halda bədiiliyə yol verilməməsi
nadir hallarda bədiiliyə yer verilə bilinməsi
Televiziyanın “AzTV-1” kanalında “Nəsimi” bədii filmindən fraqmentlər göstərilir və həmin filmin efirə gedəcəyi gün və saat verilirsə, bu, adlanır:
reklam
afişa
anons
bildiriş
elan
Nümunə işgüzar sənədlərdən hansına aiddir?
Mart ayının17-də universitetin IV korpusunun akt zalındaşair Nəriman Həsənzadə ilə görüş olacaq.
Arzu edənlər iştirak edə bilərlər.
Azərbaycan dili kafedrası
anons
bildiriş
arayış
təqdimat
əmr
Latın sözüdür, “qışqırmaq” mənasını verir və bir neçə anlamda işlənir:
1. bir adama və bir şeyə şöhrət qazandırmaq
2. məşhurlaşdırmaq, kütləviləşdirmək
3. məlumatı yaymaq, diqqəti cəlb etmək
Söhbət hansı əməli yazı növündən gedir?
elan
akt
protokol
reklam
annotasiya
Verilmiş nümunə hansı əməli yazı növünə aiddir?
1. Elanın formalarından biridir.
2. Fransız sözüdür.
3. Divara vurulur.
4. Kino, tamaşa və s. haqqında məlumat verilir.
5. Saat, gün, ay dəqiq göstərilir.
təqdimat
izahat
annotasiya
bildiriş
afişa
