wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya - 18

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

1. Monoloji nitqin növlərindən biri səhv göstərilmişdir:

a)

mühazirə

b)

məruzə

c)

məlumat

d)

diskussiya

e)

çıxış, nitq

2.

2. Akademik yazının ən başlıca xüsusiyyəti nədir?

a)

Sənət xarakterli olmasıdır.

b)

Qalıcı və sənəd xarakterli olmasıdır.

c)

Güvənsiz olmasıdır.

d)

Orfoepik qaydalara əməl olunmasıdır.

e)

Məsuliyyət tələb etməməsidir.

3.

3. Biri təşkil olunmuş nitqə aid deyil:

a)

Təşkil olunmuş nitq deyəndə monoloji nitq nəzərdə tutulur.

b)

Bu, əvvəlcədən planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir.

c)

Heç bir xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən nitqdir.

d)

Bu nitq üçün hazırlaşmaq lazımdır.

e)

Müəllimlik fəaliyyətində nitqin bu formasından daha geniş istifadə edilir.

4.

4. Qloballaşmanın, informasiya-kommunikasiya bumunun özü ilə gətirdiyi yenilik və üstünlüklər nədən ibarətdir?

a)

elm və təhsil sahəsində yanaşmaların, standartların unifikasiyalaşması

b)

dünya elm ictimaiyyəti tərəfindən az istifadə olunması

c)

ümumi bir forma alması

d)

bəlli bir zamanda yayılma çətinliklərinin olması

e)

təhsil sahəsinə az nüfuz etməsi

5.

5. Beynəlxalq akademik yazı haqqında fikirlərdən biri səhvdir:

a)

Beynəlxalq akademik yazı standartları “ümumi dil” rolunu oynayır.

b)

Fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir-birini anlamasına yardım edir.

c)

Vahid standartlar üzrə yazılmış mətndə hansı məlumatın harada olduğu əvvəlcədən bilindiyinə görə, zəruri informasiyanı tapmaq asan olur.

d)

Beynəlxalq akademik yazı qaydaları oxuya təsir etmir.

e)

Bu qaydalar müəyyən nəticənin əldə edilməsinə yönəlmiş bir mexanizmdir.

6.

6. Aşağıdakılardan biri dialoji nitqin xüsusiyyətlərinə aid deyil:

a)

İki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır.

b)

Dialoji nitqdə tərəflər daha fəal olurlar.

c)

Bu nitq formasında söhbətə öncədən hazırlıq görülür.

d)

Dialoji nitqi “mükalimə” də adlandırırlar.

e)

Dialoji nitqi “mükalimə” də adlandırırlar.

7.

7. Monoloji nitqin xüsusiyyətlərindən biri səhv göstərilmişdir:

a)

Dialoji nitqlə müqayisədə struktur baxımından sadədir.

b)

Burada danışanın müsahibi ilə əks əlaqəsi olur.

c)

Məqsəd nitqin əsas kommunikativ növlərindən istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır.

d)

Təşkil olunmuş, proqramlaşdırılmış nitqdir.

e)

Danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir.

8.

8. Hansı fikir səhvdir?

a)

Yazılı nitqin ifadə vasitələri hərf və yazı, şifahi nitqin ifadə vasitələri səs və sözdür.

b)

Yazılı nitqdə həmsöhbətlə əks əlaqə olmur.

c)

Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə geniş yer verilir.

d)

Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur.

e)

Yazılı ədəbi dilin tempi sürətli, şifahi ədəbi dilin tempi isə aşağıdır, zəifdir.

9.

9.Beynəlxalq elm və təhsil məkanına inteqrasiya ölkəmiz üçün nə deməkdir? Səhv cavabı göstərin:

a)

Ölkəmiz üçün prioritet məsələlərdəndir.

b)

Beynəlxalq müqavilələrin imzalanmasıdır.

c)

Elmi əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

d)

Xarici həmkarlarla birgə layihələrin həyata keçirilməsidir.

e)

Beynəlxalq elm və təhsil məkanında qaydaların standartlara uyğun olmamasıdır.

10.

10. Dil və nitqi fərqləndirən xüsusiyyətlərdən biri yanlışdır:

a)

Dil ünsiyyət vasitəsidir, nitq isə bu ünsiyyət prosesidir.

b)

Nitq fərdidir, ayrı-ayrı adamların nitq aktıdır, dil ümumidir.

c)

Dil tarixi səciyyə daşıyır, nitq isə tarixdən kənardadır.

d)

Nitq fərdi – psixi, dil isə ictimai hadisədir.

e)

Dilin quruluşu onun ən böyük vahidi olan cümlədə özünü göstərir. Nitqin quruluşuna isə cümlə, abzas və mətn daxildir.