Font size
WorksheetsVergi yoxlamaları və və maliyyə institutlarında vergi monito
Total questions: 30
Worksheet time: 30mins
Aşağıdakıların hansında vergi yoxlamalarının mahiyyəti düzgün açıqlanmışdır?
.Vergi yoxlaması – vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli və vergi ödəyicisi üçün əlverişli olan bütün halları aydınlaşdıran aktdır
Vergi yoxlaması – vergi ödəyicilərinin ilkin mühasibat və digər sənədlərinə əsasən verginin hesablanması və vaxtında ödənilməsini təyin etmək üçün həyata keçirilən aktdır
Vergi yoxlaması – vergi ödəyicilərinin vergi uçotu sənədlərinə əsasən verginin tutulmasının düzgünlüyünü təyin etmək üçün həyata keçirilən aktdır
Vergi yoxlaması – mühasibay uçotu registrlərindəki məlumatlara əsasən verginin hesablanması və vaxtında ödənilməsini təyin etmək üçün həyata keçirilən aktdır
Vergi orqanları tərəfindən keçirilən vergi yoxlamaları keçirilməsi yerinə görə hansı formalarda ola bilər?
səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti
səyyar və kameral vergi yoxlamaları
səyyar vergi yoxlaması və operativ vergi nəzarəti
növbəti və və növbədənkənar
Kameral yoxlama vergi orqanı tərəfindən yerlərə getmədən nəyə əsasən həyata keçirilir?
vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən vergi hesabatına və mənbəyi məlum olan məlumatlara
vergilərin öhdəliklərinin hesablanması və ödənilməsini özündə əks etdirən mühasibat uçotunun məlumatlarına, vergi hesabatına və mənbəyi məlum olan məlumatlara
vergilərin öhdəliklərinin hesablanması və ödənilməsini özündə əks etdirən vergi uçotunun məlumatlarına və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər
vergilərin hesablanması və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında əldə edilmiş sənədlər və mənbəyi məlum olan məlumatlara
Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan hansı müddətində keçirilir?
5 gün
30 gün
30 iş günü
30 gün (bəzi hallarda 90 gün)
Novbəti səyyar vergi yoxlaması hansı müddət ərzində aparılır?
30 gündən artıq davam edə bilməz
bir aydan az olmamaqla aparılır
bəzi hallarda 60 gün davam edə bilər
müstəsna hallarda istənilən qədər
Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:
verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə
vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə;
vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;
kameral vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:
səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi ilə aparıldıqda;
mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda;
cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda;
vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda;
Səyyar vergi yoxlaması zamanı inventarizasiya aşağıda göstərilən hansı hallarda aparılır?
vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə
vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda;
səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə;
vergi ödəyicisində mənfəət vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda;
Yergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti vergi yoxlaması hansı müddətə dayandırıla və ya təxirə salına bilər?
30 gündən çox olmayan
9 aydan çox olmayan
6 aydan çox olmayan
3 aydan çox olmayan
Hansı hallarda səyyar vergi yoxlamasının aparılma müddəti yuxarı vergi orqanının qərarına əsasən onun üç aya qədər artırıla bilər?
mütəxəssis və tərcüməçi dəvət olunması zəruri olduqda;
vergi ödəyicisinin rəhbəri və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə;
vergi ödəyicisinin apardığı maliyyə əməliyyatlarının son dərəcə çox olduqda
çoxsaylı ekspertiza və baxış aparılması zəruri olduqda;
çoxsaylı filial və nümayəndəliklərə malik olduqda;
Kameral vergi yoxlamasının keçirilmə müddəti başa çatdıqdan sonra bildirişə əsasən verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilərmi?
Vergi Məcəlləsində müəyyən edilmişhallarda və qaydada bilər
Bilməz
Bilər
Vergi orqanının qərarına əsasən bilər
Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd aşkar etdikdə, hansı müddət ərzində dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi barədə vergi ödəyicisinə müvafiq sənəd göndərir?
30 iş günü
10 iş günü
10 gün
5 gün
Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün mənbəyi məlum olan məlumat aşkar etdikdə, vergi ödəyicisinə dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi barədə hansı sənəd göndərir?
Sorğu məktubu
Bildiriş
Elektron məktub
Qərar
Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdəki məlumatlar arasında ziddiyyət (səhv) aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən nəyi tələb edə bilər?
ilkin mühasibat uçotu sənədləri, əlavə məlumat, sənəd və izahat
əlavə məlumat, sənəd və izahat
dəqiqləşdirilmiş bəyanət, əlavə məlumat, sənəd və izahat
təsdiqedici sənədlər və dəqiqləşdirilmiş bəyanət
Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə hansı müddət ərzində müvafiq sənəd göndərir?
30 iş günü
5 iş günü
5 gün
30 gün
Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması aşkar edildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə hansı sənəd göndərir?
vergilərin hesablanmasına dair elektron məktub
vergilərin hesablanmasına dair bildiriş
vergilərin hesablanmasına dair qərar
vergilərin hesablanmasına dair elektron sorğu
Kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənəd və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının hansı hüququ vardır?
analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin hesabat məlumatlarından istifadə etmək
əlaqəli məlumatlardan istifadə etməklə vergiləri hesablamaq
vergi ödəyicisində xronometraj metodu ilə yeni müşahidə keçmək
növbədənkənar səyyar vergi yoxlaması keçirmək
Səyyar vergi yoxlaması vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini hansı vergilər üzrə aparılır?
mənfəət və gəlir vergiləri
mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri
bütün vergilər üzrə
mənfəət, gəlir və əmlak vergiləri
Vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamaları keçirilə bilər?
Növbədənkənar vergi yoxlaması zamanı istisna olmaqla bilər
Bilməz
Bilər
Vergi ödəyicisinin fəaliyyətini dayandırdığı halda bilər
Səyyar vergi yoxlaması (elektron audit yoxlaması) hansı nəyə əsasən həyata keçirilir?
Vergilər Nazirliyinin sərəncamına
vergi orqanının qərarına
yuxarı vergi orqanının sərəncamına
Vergilər Nazirliyinin əmrinə
Səyyar vergi yoxlamasının hansı növləri vardır?
planlı və plandankənar
növbəti və və növbədənkənar
kameral, növbəti və növbədənkənar
sənədli və kameral
Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində neçə dəfə keçirilir?
ildə bir dəfə və müstəsna hallarda iki dəfə
ildə bir dəfədən çox olmayaraq
3 ildən az olmayaraq ildə bir dəfə
vergi ödəyicisinin 3 ildən çox olmayan fəaliyyəti ildə bir dəfə
Növbəti səyyar vergi yoxlaması keçirilməzdən əvvəl vergi orqanı tərəfindən vergi yoxlamasının başlanmasından azı neçə müddət əvvəl vergi ödəyicisinə yazılı bildiriş göndərilir?
15 gün
20 gün
10 gün
5 gün
Novbəti səyyar vergi yoxlaması hansı müddət ərzində aparılır?
müstəsna hallarda istənilən qədər
30 gündən artıq davam edə bilməz
bir aydan az olmamaqla aparılır
bəzi hallarda 60 gün davam edə bilər
Hansı halda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti uzadıla bilər?
səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda
nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda;
kameral vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;
Yergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti vergi yoxlaması hansı müddətə dayandırıla və ya təxirə salına bilər?
3 aydan çox olmayan
30 gündən çox olmayan
9 aydan çox olmayan
60 gündən çox olmayan
Yergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda dayandırılır (təxirə salınır):
kameral vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə;
vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və digər səbəblərdən tapılması mümkün olmadıqda;
səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə;
vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə;
sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi ödəyicisinin səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqana əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirildikdə;
Səyyar vergi yoxlamasının nəticələrini rəsmiləşdirən sənəd tərtib edildiyi tarixdən sonra vergi ödəyicisinə nə vaxt verilir və ya göndərilir?
5 gündən gec olmayaraq
15 gündən gec olmayaraq
10 gündən gec olmayaraq
30 gündən gec olmayaraq
Vergi ödəyicisi vergi yoxlaması aktı ilə razılaşmadıqda onun təqdim edildiyi günündən sonra hansı müddətdə vergi orqanına imzalamamasının səbəblərini izah edə, yaxud öz etirazını yazılı surətdə bildirə bilər?
5 gün
10 gün
15 gün
30 gün
Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:
əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında;
vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;
vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;
vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətdən azad edilməsi;
vergi yoxlaması aktının nəticələrinin təsdiqlənməsi;
