NEW
Font size
WorksheetsVERGI SINAQ 1
Total questions: 25
Worksheet time: 17mins
Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satışında aşağıdakılardan hansının bilavasitə və ya dolayısı ilə alıcı kimi iştirak etməsinə yol verilmir?
Vergi ödəyicisinin
Müşahidəçinin
Gömrük orqanlarının vəzifəli şəxslərinin
Vergi orqanlarının vəzifəli şəxslərinin və ya digər işçilərinin
Vergi Məcəlləsinin məqsədləri üçün vergi hesabatı dedikdə nə başa düşülür?
Elektron vergi hesab fakturası
Vergi bəyannaməsi
Mühasibat sənədləri
Akt və ya protokol
Vergi öhdəliyinə aşağıdakı hansı hallarda xitam verilmiş hesab olunmur?
Verginin ödənilməsi, verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda
Varisi olmayan vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə
Vergi Məcəlləsinə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayılmadıqda
Aşağıdakı hansı gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir? 1. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 2. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) əmək haqqından başqa; 3. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 4. əmlakın icarəyə verilməsindən gəlir; 5. faiz gəliri
1, 3, 4
1, 4, 5
2, 3, 4
2, 4, 5
Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada hansı orqana verilir?
Yalnız məhkəmə orqanlarına
Yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə
Yalnız yuxarı vergi orqanına
Birbaşa yuxarı icra hakimiyyəti orqanına
Yüksək vergi yükü siyasəti (maksimal vergi siyasəti) nədir?
Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə yalnız qeyri-rezidentlərdən mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
İqtisadi şəraitin dəyişməsinə reaksiyasından asılı olaraq vergi siyasətinin hansı formaları mövcuddur?
İki: fiskal və stimullaşdırıcı
Üç: fiskal, avtomatik və qeyri-avtomatik
Dörd: ekspansionist, restriksionist, avtomatik və qeyri-diskresiyon
İki: diskresiyon və qeyri-diskresiyon
Sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünü yüngülləşdirən, lakin sosial proqramları məhdudlaşdıran vergi siyasəti necə adlanır?
Ədalətli vergi siyasəti
Neytral vergi siyasəti
Maksimal vergi siyasəti
Optimal vergi siyasəti
Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı Vergi Məcəlləsinə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə hansı sənədi göndərir?
Tələbnamə
Protokol
Xəbərdarlıq
Bildiriş
Hansı vergi yerli vergilərə [bələdiyyə vergilərinə] aid deyildir?
yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
fiziki şəxslərin əmlak vergisi
hüquqi şəxslərin torpaq vergisi
Vergi ödəyicisi vergi öhdəliyini bildirişdə göstərilən müddətdə yerinə yetirmədikdə vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin neçə faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir?
105 faizi
110 faizi
115 faizi
120 faizi
Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları bank və digər kredit təşkilatı tərəfindən aşağıdakı hansı qanuvericilik aktına müvafiq olaraq ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir?
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aiddir?
vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və kağız daşıyıcılarda tələb etmək
vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini vermək
hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat
vermək
vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamağa, təhlil etməyə və qiymətləndirməyə, belə halların baş
verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verməyə;
Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi istənilən 12 ay ərzində
Azərbaycan Respublikasındakı fəaliyyəti üst-üstə neçə gündən az olmadıqda daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət
sayılır?
30 gündən
183 gündən
60 gündən
90 gündən
Vergitutma məqsədləri üçün bir şəxsin digər şəxsin əmlakında bilavasitə və ya dolayısı iştirak payı və ya səs hüququ neçə faizdən az olmadıqda, bu şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar?
15 faiz
25 faiz
5 faiz
20 faiz
Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu hansı miqdarda ödəyirlər?
iddia məbləğinin 10%-i məbləğində
dövlət rüsumunu ödəməkdən azaddırlar
iddia məbləğinin 5%-i məbləğində
iddia məbləğinin 20%-i məbləğində
“Vergi borcunun ödənilməsinə dair” bildiriş neçə gündən gec olmayaraq hazırlanmalıdır?
10 iş günündən
1 iş günündən
3 iş günündən
5 iş günündən
Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumat əsasında hesablamaq hüququ vardır? 1. vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadıqda və ya mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda 2. mühasibat və hesabat sənədləri məhv olunduqda [itirildikdə]3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər müəyyən edilmiş qaydada və müddətdə təqdim edildikdə 4.vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda 5. vergi ödəyicisi tərəfindən mühasibat uçotu müəyyən edilmiş qaydalara uyğun aparıldıqda
2, 3, 5
1, 2, 4
1, 3, 4
3, 4, 5
Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər hansı məlumatlar əsasında hesablanır?
statistika orqanlarının məlumatları əsasında
kütləvi informasiya vasitələrində verilən məlumatlar əsasında
maliyyə orqanlarının məlumatları əsasında
analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında
Vergilər neçə əsas funksiyanı yerinə yetirir və hansılardır?
Dörd: iqtisadi, siyasi, hüquqi və təşkilati
Üç: ləngidici, stimullaşdırıcı və təkrar istehsal
Beş: fiskal, bölüşdürücü, tənzimləyici, stimullaşdırıcı və nəzarətedici
Beş: fiskal, bölüşdürücü, stimullaşdırıcı, hüquqi və təşkilati
Aşağıdakı hansı məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommersiya [vergi] sirri və şəxsi həyata dair məlumat hesab olunur? 1. vergi ödəyicisinin razılığı olmadan aşkar edilən; 2.
vergi orqanının məqbul hesab etdiyi istənilən məlumat; 3. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 4. vergi ödənişləri üzrə borclar; 5. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında.
1, 4, 5
2, 4, 5
2, 3, 4
3, 4, 5
Vergi məbləğlərinin bilavasitə mənbədən tutulması dedikdə nə başa düşülür?
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
Vergi orqanının vergi ödəyicisinə hesabladığı vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?
yuxarı vergi orqanının
vergi ödəyicisinin
məhkəmənin
mütəxəssislərin
ÜDM-in bir hissəsinin dövlətin xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinə cəlb edilməsi vergi siyasətinin hansı məqsədini əks etdirir?
İqtisadi
Sosial
Fiskal
Nəzarət
Müddətindən asılı olaraq vergi siyasətinin formaları hansılardır
orta müddətli və qısa müdddətli
Avtomatik və stabilləşdirici
Diskresion və qeyri-diskresion
Vergi taktikası və vergi strategiyası
