Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

SEMİNAR 8

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

Aşağıdakılardan hansı Bertran modelindən doğan paradokslara aiddir?

a)

məhsulun fərqləndirilməsi, istehsal gücləri üzrə məhdudiyyətlər və dinamik rəqabət

b)

məhsulun fərqləndirilməsi və dinamik rəqabət

c)

firmaların son hədd xərclərinin bərabər və sabit olması

d)

istehsal gücləri üzrə məhdudiyyətlər və həmcins məhsul istehsalı

e)

həmcins məhsul istehsalı və son hədd xərclərinin bərabər olması

2.

İlk oliqopoliya modelini hansı alim işləyib?

a)

fransız riyaziyatçısı və iqtisadçısı Antuan Kurno

b)

Amerikalı iqtisadçı E.Çemberlin

c)

alman iqtisadçısı Henrix fon Ştakelberq

d)

fransız riyaziyyatçısı və iqtisadçısı Jozef Bertranfransız riyaziyyatçısı və iqtisadçısı Jozef Bertran

e)

Britaniyalı iqtisadçı Frensis Ecuort

3.

“Qiymət tələsi” vəziyyəti hansı modelə uyğundur?

a)

Ecuart

b)

Kurno

c)

Ştakelberq

d)

Bertran

e)

Modilyani

4.

Son hədd xərcləri artdığı halda

a)

hər iki firmanın istehsal miqdarı, həm də ümumi istehsal miqdarı azalır, qiymət isə artır

b)

hər iki firmanın istehsal miqdarı, həm də ümumi istehsal miqdarı artır, qiymət isə azalır

c)

hər iki firmanın istehsal miqdarı, həm də ümumi istehsal miqdarı artır, qiymət isə sabit qalır

d)

hər iki firmanın istehsal miqdarı, həm də ümumi istehsal miqdarı azalır, qiymət isə sabit qalır

e)

həm istehsal miqdarı, həm də qiymət sabit qalır

5.

5. Tarazlıq nədir

a)

bu, rəqibinin hərəkətləri barədə öz gümanlarına əsaslanaraq, firmaların özləri üçün optimal istehsal həcmi kimi seçdikləri nöqtədir

b)

rəqibinin güman olunan hərəkətləri nəzərə alınmaqla, hər bir firmanın optimal seçim etdiyi nöqtələr çoxluğudur

c)

firmaların qarşılıqlı uyğunlaşan hərəkət və proqnozların kombinasiyasıdır

d)

rəqibin son hədd gəlir əyrisi ilə son hədd xərc əyrisinin kəsişdiyi nöqtədir

e)

rəqibin qalıq tələb ilə sabit xərcləri əyrisinin kəsişdiyi nöqtədir

6.

Kurno modelinə əsasən

a)

duopoliya şəraitində istehsalın həcmi xalis inhisarda olduğundan çox, təkmil rəqabətdə olduğundan azdır

b)

duopoliya şəraitində məhsulun qiyməti xalis inhisarda olduğundan çoxdur

c)

duopoliya şəraitində məhsulun qiyməti təkmil rəqabətdə olduğundan azdır

d)

duopoliya şəraitində istehsalın həcmi və qiyməti təkmil rəqabətdə olduğu kimidir

e)

duopoliya şəraitində istehsalın həcmi xalis inhisarda olduğundan az, təkmil rəqabətdə olduğundan çoxdur

7.

Firmanın reaksiya əyrisi nədir?

a)

rəqibinin güman olunan hərəkətləri nəzərə alınmaqla, hər bir firmanın optimal seçimi

b)

firmaların qarşılıqlı uyğunlaşan hərəkət və proqnozların kombinasiyası

c)

rəqibin son hədd gəlir əyrisi

d)

rəqibin son hədd xərc əyrisi

e)

qalıq tələb əyrisi

8.

Çemberlinin duopoliya modelinə görə

a)

rəqib firmalar bir-birinin istehsal həcmini dəyişməz qəbul etmirlər

b)

rəqiblər "gözübağlı" fəaliyyət göstərir

c)

rəqiblər açıq sövdələşməyə daxil olur

d)

hər bir rəqib inhisar qiyməti təyin edir

e)

hər bir rəqib inhisar mənfəətini əldə edir

9.

İzoprofit əyriləri

a)

hər bir duopolist firmaya eyni bir miqdarda mənfəəti təmin edə bilən istehsal həcmi kombinasiyaları çoxluğunu əks etdirən bərabər mənfəət əyriləridir

b)

rəqibinin güman olunan hərəkətləri nəzərə alınmaqla, hər bir firmanın optimal seçim etdiyi nöqtələr çoxluğudur

c)

rəqibin son hədd gəlir əyrisidir

d)

rəqibin son hədd xərc əyrisidir

e)

firmaların qarşılıqlı uyğunlaşan hərəkət və proqnozların kombinasiyasıdır

10.

Bertran modelində firmalar

a)

qiyməti son hədd xərcləri səviyyəsində təyin edirlər

b)

qiyməti inhisar səviyyəsində təyin edirlər

c)

qiyməti təkmil rəqabət səviyyəsindən yüksək təyin edirlər

d)

qiyməti son hədd xərcləri səviyyəsindən yüksək təyin edirlər

e)

qiyməti inhisar səviyyəsindən az son hədd xərcləri səviyyəsindən yüksək təyin edirlər