wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Quiz Seminar 9

Total questions: 11

Worksheet time: 11mins

Name
Class
Date
1.

1. Qiymət ayırımçılığı (diskriminasiyası) dedikdə:

a)

eyni malın müxtəlif müştərilərə fərqli qiymətlərlə satılması başa düşülür

b)

malın istehsal və satış xərclərində baş verən dəyişikliklər səbəbindən fərqli qiymətlərə satılması başa düşülür

c)

eyni malın eyni müştəriyə müxtəlif zamanlarda fərqli qiymətlərlə satılması başa düşülür

d)

müxtəlif malların eyni müştəriyə fərqli qiymətlərlə satılması başa düşülür

e)

eyni malın müxtəlif müştərilərə eyni qiymətlərlə satılması başa düşülür

2.

1. Bazar gücü nədir?

a)

firmanın öz məhsulunun qiymətini son hədd xərclərdən yüksək təyin edə bilmə qabiliyyətidir

b)

firmanın öz məhsulunun qiymətini son hədd xərclərə bərabər səviyyədə təyin edə bilmə qabiliyyətidir

c)

firmanın öz məhsulunu mənfəətli bir şəkildə sata bilməsidir

d)

firmanın öz məhsulunun qiymətini ümumi orta xərclərdən yüksək təyin edə bilmə qabiliyyətidir

e)

firmanın bazara çıxardığı malların çeşid müxtəlifliyidir

3.

1. Oliqopoliya şəraitində firmanın davranışları niyə strateji xarakter daşıyır?

a)

onların hər birinin davranışının nəticələri həm də rəqiblərin davranışlarından asılı olur

b)

onlar istehlakçıların tələblərini daha dolğun ödəməyə cəhd edirlər

c)

onların hər biri mənfəətini maksimumlaşdırmağa çalışır

d)

onların hamısı eyni maraqlara uyğun davranırlar

e)

onların hər biri daha çox bazar payına malik olmak istəyir

4.

1. Aşağıdakılardan hansı bazara giriş maneələrinin səbəbləri sırasına daxil deyil?

a)

firmanın əmtəənin qiymətini marjinal xərclərdən yuxarı təyin edə bilməsi

b)

mühüm sərvətin (əsas istehsal resursunun) yalnız bir firmaya məxsus olması

c)

şəbəkə təsirləri

d)

miqyasın müsbət effekti: sahədə (bazarda) bir istehsalçının olması halında istehsal xərclərinin daha aşağı olması

e)

hökumətin hər-hansı bir firmaya müəyyən məhsulu istehsal etmək üçün müstəsna hüquqlar verməsi

5.

1. Bertran tarazlığı (rəqabəti) şəraitində firmalar qiyməti:

a)

son hədd xərcləri səviyyəsində təyin edirlər

b)

inhisar səviyyəsində təyin edirlər

c)

son hədd xərcləri səviyyəsindən aşağı təyin edirlər

d)

son hədd xərcləri səviyyəsindən yuxarı, inhisar səviyyəsindən aşağı təyin edirlər

e)

inhisar səviyyəsindən yüksək təyin edirlər

6.

1. Oyunlar nəzəriyyəsini oliqopoliya bazarlarına tətbiq etdikdə “oyunçu”lar:

a)

firmalardır (istehsalçı/satıcılardır

b)

bazarlardır

c)

alıcılardır

d)

resurslardır

e)

firmaların qərarlarıdır

7.

1. Oliqopoliya şəraitində firmanın davranışları niyə strateji xarakter daşıyır?

a)

onların hər birinin davranışının nəticələri həm də rəqiblərin davranışlarından asılı olur

b)

onlar istehlakçıların tələblərini daha dolğun ödəməyə cəhd edirlər

c)

onların hər biri mənfəətini maksimumlaşdırmağa çalışır

d)

onların hamısı eyni maraqlara uyğun davranırlar

e)

onların hər biri daha çox bazar payına malik olmak istəyir

8.

1. Sahə bazarı həmcins, standartlaşdırılmış məhsullar (neft, polad, sement, mis, alüminium və s. kimi) istehsal edən bir neçə firmadan təşkil olunubsa, belə bazar necə adlandırıla bilər?

a)

homogen oliqopoliya

b)

heterogen oliqopoliya

c)

duopoliya

d)

genişlənməkdə olan oliqopoliya

e)

yayğın oliqopoliya

9.

1. Oliqopoliya bazarlarında rəqib firmalar arasında maraqlar münaqişəsi bu səbəbdən yaranır:

a)

hər bir firma öz mənfəətini (faydasını) maksimumlaşdırmağa cəhd edir

b)

firmalar hər birinin mənfəətini maksimumlaşdırmaqda maraqlı olurlar

c)

hər bir firma öz məhsuluna qiyməti daha yuxarı təyin etməyə cəhd edirlər

d)

firmaların bazara təqdim etdikləri mallar fərqləndirilmiş olur

e)

firmalar bazarda mümkün bütün istehlakçı artıqlığını mənimsəməyə çalışırlar

10.

1. Qliqopoliyanın miqdar modellərində:

a)

oliqopolist firmalar məhsulun istehsal/satış həcmi (miqdarı) ilə bağlı strateji qərar verirlər

b)

oliqopolist firmalar məhsulun qiyməti ilə bağlı strateji qərarlar verirlər

c)

oliqopolist firmalar arasında məxfi (gizli) və qeyri-aşkar sövdələşmə hallarında firmaların strateji davranışları öyrənilir

d)

oliqopolist firmaların bir-birinin qərarlarından xəbəri olmadan, lakin rəqiblərin güman olunan optimal reaksiyalarını nəzərə alaraq qərarlar verdiyi situasiyalar nəzərdən keçirilir

e)

oliqopolist firmalar qərarlarını ardıcıl olaraq (növbə ilə) qəbul edirlər və hər birinin qərarı digər firmanın qərarına reaksiya xarakteri daşıyır

11.

1. Qiymətin son həddinin tənzimlənməsi mexanizminin zəif tərəflərindən biri budur:

a)

bu mexanizmin tətbiqi zamanı fəaliyyəti tənzimlənən firma məhsulun (xidmətin) keyfiyyətini artırmaqda yox, azaltmaqda maraqlı olur

b)

bu mexanizmin tətbiqi zamanı fəaliyyəti tənzimlənən firma istehsalın həcmini azaltmaqda maraqlı olur

c)

bu mexanizmin tətbiqi zamanı fəaliyyəti tənzimlənən firma istehsalın həcminin genişləndirilməsində maraqlı olmur

d)

mexanizmin tətbiqi zamanı fəaliyyəti tənzimlənən firma xərclərin süni şəkildə artırılmasında maraqlı olur

e)

bu mexanizmin tətbiqi zamanı fəaliyyəti tənzimlənən firma məhsulun (xidmətin) keyfiyyətini artırmaqda maraqlı olur