wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Büdcə sistemi_mövzu 1

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

Aşağıdakılardan hansı iqtisadi kateqoriya kimi büdcə anlayışına aid deyil?

a)

Vaxt büdcəsi

b)

Müəssisə büdcəsi

c)

Dövlət büdcəsi

d)

Yerli büdcə

e)

Ailə büdcəsi

2.

Büdcə hansı kateqoriyadır?

a)

Büdcə hüquqi və iqtisadi kateqoriyadır

b)

Büdcə yalnız iqtisadi kateqoriyadır

c)

Büdcə yalnız hüquqi kateqoriyadır

d)

Büdcəyə bir kateqoriya kimi baxmaq olmaz

e)

Büdcə texnoloji kateqoriyadır

3.

Dövlət öz funksiyalarının icrasını nədən maliyyələşdirir?

a)

Dövlət büdcəsindən

b)

Mərkəzi Bankdan

c)

Sığorta fondlarından

d)

Kommersiya banklarından

e)

İnvestisiya fondlarından

4.

Sosial-iqtisadi mahiyyətinə görə büdcə:

a)

Milli gəlirin yenidən bölgüsü alətidir;

b)

Dövlətin əsas pul fondudur;

c)

Dövlətin əsas maliyyə planıdır;

d)

Dövlətin gəlirləri və xərclərini əks etdirən sənəddir;

e)

Bələdiyyələrin ehtiyat fondudur.

5.

Büdcənin funksiyalarını göstərin:

a)

Bölüşdürücü və nəzarət funksiyaları;

b)

Texniki nəzarət funksiyası;

c)

Stimullaşdırıcı və məhdudlaşdırıcı funksiyalar;

d)

Tənzimləyici və texnoloji funksiyalar;

e)

Qabaqlayıcı və məhdudlaşdırıcı funksiyalar.

6.

Dövlətin əsas maliyyə planı kimi büdcə… Cümləni tamamlayın:

a)

Dövlətin maliyyə vəsaitinin istifadə istiqamətini qəti müəyyən edir;

b)

Ölkənin social-iqtisadi inkişaf proqnozunu müəyyən edir;

c)

Müəssisələrfə perspektiv maliyyə planlaşdırılmasına şərait yaradır;

d)

AR Nazirlər Kabineti tərəfindən təsdiq edilir;

e)

İllərə blünməklə üç il müddətinə tərtib edilir.

7.

Büdcə vasitəsilə yenidənbölgü alətlərinə aiddir (doğru olmayanı göstərin):

a)

Vergi

b)

Dotasiya

c)

Subsidiya

d)

Subvensiya

e)

Büdcə ssudası

8.

Büdcənin funksiyalarına aid deyil:

a)

Texniki təminat funksiyası

b)

Tənzimləyici funksiya

c)

Bölüşdürücü funksiya

d)

Nəzarət funksiyası

e)

Dövlətin sosial siyasətinin maliyyə təminatı funksiyası

9.

Büdcə münasibətləri hansı dövrdən mövcuddur?

a)

Dövlət gəlirləri və xərclərinin planlı formalaşdırılması və icrası ilə bağlı

b)

Dövlətin meydana gəlməsi dövründən

c)

Dövlət xəzinəsinin yarandığı dövrdən

d)

Quldarlıq cəmiyyətinin yarandığı dövrdən

e)

Qədim Misir dövlətinin yaranması ilə

10.

Səhv olanı göstərin:

a)

Büdcə təsərrüfat subkeytləri səviyyəsində formalaşdırılır

b)

Büdcə dövlətin əsas pul fondudur

c)

Büdcə dövlətin əsas maliyyə planıdır

d)

Büdcə dövlətin mərkəzləşdirilmiş pul vəsaitinin formalaşdırılması və istifadəsi üzrə münasibətlərdir

e)

Büdcə dövlət və bələdiyyələr səviyyəsində yaradılır