wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Firmanın iqtisadiyyatı Movzu 11

Total questions: 30

Worksheet time: 30mins

Name
Class
Date
1.

Hansı firmalar qrupunda bütün üzvləri özlərinin hüquqi və təsərrüfat (istehsal, maliyyə və s.) müstəqilliklərini qoruyub saxlayırlar?

a)

Konqlomerat

b)

Kartel

c)

Alyans

d)

Konsern

e)

Sindikat

2.

Aşağıdakılardan hansı kartelin əlamətlərinə aid deyil?

a)

birliyin saziş xarakterli olması;

b)

birlik üzvü olan firmalar arasındakı sazişin qanuni olması;

c)

birlik üzvü olan firmaların hüquqi və təsərrüfat müstəqilliklərini qoruyub saxlamaları;

d)

birlik ştirakçılarının eyni sahədə fəaliyyət göstərən firmaların olması;

e)

məcburetmə mexanizmlərinin mövcudluğu.

3.

Kartelin hansı forması üzv-firmalar üçün malların satışı şərtlərini müəyyən edir?

a)

kondisiyalaşdırıcı kartel;

b)

istehsal karteli;

c)

qiymət karteli;

d)

kalkulyasiya karteli;

e)

paylı kartel.

4.

Kartelin hansı forması iştirakçı-firmalar üçün müəyyən (miqdar, tərkib və s. üzrə) kvotalar müəyyən edən birlikdir?

a)

qiymət kartel;

b)

kvota karteli;

c)

kontingenləşdirilmiş kartel;

d)

tədarük karteli;

e)

patent karteli.

5.

Təkmil rəqabət bazarı modeli neçə mühüm zəmin üzərində qurulur?

a)

5

b)

4

c)

3

d)

2

e)

1

6.

İnhisrçı rəqabət bazarı modeli ...

a)

eyni məhsullar satan çox sayda firmanın olduğu bazar quruluşudur

b)

eyni məhsullar istehsal edən çox sayda firmanın olduğu bazar quruluşudur

c)

oxşar, lakin eyni olmayan məhsullar satan məhdud sayda firmanın olduğu bazar quruluşudur

d)

belə bazarda çox olmayan sayda istehsalçı firmalar iştirak edən, giriş maneələri üzündən bazara (sahəyə) yeni firmaların daxil olması çətin olan bazar quruluşudur

e)

oxşar, lakin eyni olmayan məhsullar satan çox sayda firmanın olduğu bazar quruluşudur

7.

Oliqopoliya bazar modelində ...

a)

bir necə istiehsalçı/satıcı firma fəaliyyət göstərir, bazar əsasən bu firmalar arasında bölünür və bu firmaların hər birinin qiymətə təsir etmək imkanı olur

b)

hər bir firma istehsalın (buraxılışın) səmərəli miqdarını təyin edir, yəni elə istehsal miqdarını ki, bu zaman qiymət son hədd xərclərə bərabər (p = MC) olur.

c)

istehsalçı/satıcı firmaların sayı o qədər azdır ki, onların heç biri qiyməti təyin edə bilmir, məhsulun qiyməti marjinal xərclərə bərabər olur

d)

bir firmanın bazara tamamilə (100% ) yaxud onun böyük əksər hissəsinə (90% ətrafında bazar payına malik hökmran firma) nəzarət etməsi zəmini üzərində qurulur

e)

istehsalçı/satıcı firmaların sayı o qədər çoxdur ki, onların heç biri qiyməti təyin edə bilmir, məhsulun qiyməti marjinal xərclərə bərabər olur və firmaların hamısı bazarın təyin etdiyi bu qiymətlə razılaşmalı olurlar

8.

Təkmil rəqabət bazar modelində ...

a)

bir firmanın bazara tamamilə (100% ) yaxud onun böyük əksər hissəsinə (90% ətrafında bazar payına malik hökmran firma) nəzarət etməsi zəmini üzərində qurulur

b)

istehsalçı/satıcı firmaların sayı o qədər azdır ki, lakin onların heç biri qiyməti təyin edə bilmir, məhsulun qiyməti marjinal xərclərdən yüksək olur və firmaların hamısı bazarın təyin etdiyi bu qiymətlə razılaşmalı olurlar

c)

bir necə istiehsalçı/satıcı firma fəaliyyət göstərir, bazar əsasən bu firmalar arasında bölünür və bu firmaların hər birinin qiymətə təsir etmək imkanı olur

d)

istehsalçı/satıcı firmaların sayı o qədər çoxdur ki, onların heç biri qiyməti təyin edə bilmir, məhsulun qiyməti marjinal xərclərə bərabər olur və firmaların hamısı bazarın təyin etdiyi bu qiymətlə razılaşmalı olurlar

e)

oxşar, lakin eyni olmayan məhsullar satan çox sayda firmanın olduğu bazar quruluşudur

9.

İnhisrçı rəqabət bazarı modelində ...

a)

istehsalçı/satıcı firmaların sayı o qədər çoxdur ki, onların heç biri qiyməti təyin edə bilmir, məhsulun qiyməti marjinal xərclərə bərabər olur və firmaların hamısı bazarın təyin etdiyi bu qiymətlə razılaşmalı olurlar

b)

bir firmanın bazara tamamilə (100% ) yaxud onun böyük əksər hissəsinə (90% ətrafında bazar payına malik hökmran firma) nəzarət etməsi zəmini üzərində qurulur

c)

bir necə istiehsalçı/satıcı firma fəaliyyət göstərir, bazar əsasən bu firmalar arasında bölünür və bu firmaların hər birinin qiymətə təsir etmək imkanı olur

d)

oxşar, lakin eyni olmayan məhsullar satan az sayda firmanın olduğu bazar quruluşu nəzərdə tutulur

e)

oxşar, lakin eyni olmayan məhsullar satan çox sayda sayda firmanın olduğu bazar quruluşudur

10.

Xalis inhisarçı bazarda ...

a)

yalnız bir firma fəliyyət göstərir, inhisarçı firma bazar hökmranlığından istifadə edərək qiyməti son hədd (marjinal) xərcdən yüksək təyin edir ki, nəticədə inhisarçı firma müsbət iqtisadi mənfəət əldə edir

b)

oxşar, lakin eyni olmayan məhsullar satan çox sayda firmalar fəaliyyət göstərir

c)

istehsalçı/satıcı firmaların sayı o qədər çox olur ki, onların heç biri qiyməti təyin edə bilmir, məhsulun qiyməti marjinal xərclərə bərabər olur və firmaların hamısı bazarın təyin etdiyi bu qiymətlə razılaşmalı olurlar

d)

bir necə istiehsalçı/satıcı firma fəaliyyət göstərir, bazar əsasən bu firmalar arasında bölünür və bu firmaların hər birinin qiymətə təsir etmək imkanı olur

e)

hər bir firma istehsal etdiyi əmtəə üzərində inhisara sahibdir, lakin bir çox firmalar istehlakçılar üçün oxşar əmtəələr istehsal etdiyindən onlar arasında rəqabət baş verir

11.

Aşağıda verilən variantlardan hansılar bazar quruluşunun tiplərinə aid edilir?

I A, C və D variantları

II A, B və E variantları

III C, D və E variantları

IV B və D variantları

V A və D variantları

a)

tələb

b)

oliqopoliya

c)

təklif

d)

xalis inhisar, təkmil rəqabət

e)

inhisarçı rəqabət

12.

"Təkmil rəqabət bazar modelində istehsalçı/satıcı firmaların ... qiyməti təyin edə bilmir" fikrini tamamlayın:

a)

sayı o qədər az olur ki, onların heç biri

b)

bazar payı o qədər az olur ki, onların heç biri

c)

sayı o qədər çoxdur ki, onların heç biri

d)

bazar payı o qədər çox olur ki, onların heç biri

e)

istehsal həcmi o qədər az olur ki, onların heç biri

13.

Hotelling modeli həm də bu adla tanınır:

a)

“şəhər rəqabəti modeli”

b)

“məkan rəqabəti modeli”

c)

“xətti şəhər modeli”

d)

“təmiz şəhər modeli”

e)

“firmanın yerdəyişmə modeli”

14.

İnhisarçı rəqabət nəzəriyyəsinin yaradıcıları bunlardır:

a)

E. Çemberlin və J. Robinson

b)

R. Kouz və O. Vilyamson

c)

A. Smit və J. Robinson

d)

P. Samuelson və J. Robinson

e)

E. Çemberlin və P. Samuelson

15.

İnhisarçı

rəqabət bazarlarında firmaya məhsulunun qiymətini bazar qiymətindən fərqli

təyin etməyə imkan verən budur:

a)

məhsulunun fərqliləşdirilmiş olması

b)

xərclərinin fərqli olması

c)

istehsal texnologiyasının fərqliləşdirilmiş olması

d)

bazarın fərqliləşdirilmiş olması

e)

son hədd (marjinal) xərclərdən aşağı olur

16.

Şaquli fərqliləşdirmə:

a)

fərqli zövqləri, lakin bir-birinə yaxın imkanları təmin etmək üçün əmtəənin istehlak xarakteristikalarının fərqliləşdirilməsini nəzərdə tutur

b)

müxtəlif sahə bazarlarında olan həm oxşar, həm də fərqli zövqləri təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

c)

sahə bazarında olan bütün növ tələbləri eyni zamanda və eyni məkanda ödəmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

d)

oxşar zövqləri, lakin fərqli imkanları təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

e)

bazarın məkan fərqliləşdirilməsini (yəni firmanın yerləşmə yerinin fərqliləşdirilməsini) nəzərdə tutur

17.

Üfüqi fərqliləşdirmə:

a)

fərqli zövqləri, lakin bir-birinə yaxın imkanları təmin etmək üçün əmtəənin istehlak xarakteristikalarının fərqliləşdirilməsini nəzərdə tutur

b)

oxşar zövqləri, lakin fərqli imkanları təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

c)

müxtəlif sahə bazarlarında olan həm oxşar, həm də fərqli zövqləri təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tut

d)

sahə bazarında olan bütün növ tələbləri eyni zamanda və eyni məkanda ödəmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

e)

bazarın məkan fərqliləşdirilməsini (yəni firmanın yerləşmə yerinin fərqliləşdirilməsini) nəzərdə tutur

18.

Hotelling modeli nəyi izah edir:

a)

bazarın məkan fərqliləşdirilməsini (firmanın yerləşmə yerinin fərqliləşdirilməsini)

b)

məhsulun şaquli fərqliləşdirilməsini (imkanlara görə fərqliləşdirilməni)

c)

məhsulun üfüqi fərqliləşdirilməsini (zövqlərə görə fərqliləşdirilməni)

d)

bazarın zaman fərqliləşdirilməsini (firmanın yaranma vaxtının fərqliləşdirilməsini)

e)

bazarın məkan eyniləşdirilməsini (firmanın yerləşmə yerinin eyniləşdirilməsini)

19.

Təkmil rəqabət bazar modeli şəraitində tarazlıq 2 baxımdan önəmlidir. Həmin 2 hal aşağıdakılardan hansılardır: 1) hər bir firma istehsalın səmərəli miqdarını təyin edir; 2) perspektivdə sahədə optimal sayda firma qalacaq; 3) cəmiyyətin ödənilməyən tələbi az (bazarın miqyası ilə müqayisədə) olur; 4) istehsalın səmərəliliyi (X-səmərəlilik) optimal həddə, resursların paylanması (allokativ) səmərəlilik isə qeyri-optimal olur

a)

1 və 3

b)

2 və 3

c)

1 və 2

d)

2 və 4

e)

2 və 3

20.

Rəqabətli seçim modeli dedikdə bu başa düşülür:

a)

aşağı istehsal xərclərinə malik firmalar bazarı tərk edir, yüksək istehsal xərclərinə malik firmaların istehsal həcmi (bazar fəallığı) isə artır

b)

yüksək istehsal xərclərinə malik firmalar istehsalı artırır, aşağı istehsal xərclərinə malik firmalar isə istehsal həcmini azaldırlar

c)

yüksək istehsal xərclərinə malik firmalar bazarı tərk edir, aşağı istehsal xərclərinə malik firmaların istehsal həcmi (bazar fəallığı) isə artır

d)

yüksək istehsal xərclərinə malik firmalar istehsal xərclərini azaltmaqla, aşağı istehsal xərclərinə malik firmalar isə istehsal xərclərini artırmaqla xərclərin orta səviyyəsinə nail olunur

e)

uzunmüddətli tarazlıq halında uzunmüddətli orta xərclər maksimum səviyyəyə çatır

21.

İnhisarçı rəqabət bazarlarına xas əlamətlər hansılardır: 1) standart məhsullar 2) məhsulun yeganə istehsalçısının olması; 3) fərqliləşdirilmiş məhsullar; 4) bazarda satıcı və alıcı sayının çox olması; 5) məhsulun əvəzedicilərinin olmaması; 6) bazara giriş-çıxış sərbəstliyi

a)

3, 4 və 6

b)

1, 4 və 5

c)

2, 5 və 6

d)

3, 4 və 5

e)

1, 4 və 6

22.

Məhsulun keyfiyyəti dedikdə:

a)

əmtəənin öz təyinatına müvafiq müəyyən tələbatları ödəməyə yararlı olmasını təmin edən ayrı-ayrı xüsusiyyətləri başa düşülür

b)

əmtəənin daşıyıcısı olduğu və öz təyinatına müvafiq müəyyən tələbatları ödəməyə yararlı olmasını təmin edən özünəməxsus xassələrinin məcmusu başa düşülür

c)

istehlakçıların imkanlarına və zövqlərinə uyğun olaraq məhsulların fərqliləşdirilməsi başa düşülür

d)

istehlakçıların imkanlarına və zövqlərinə uyğun olaraq məhsulların həm məkan, həm də zamana görə fərqliləşdirilməsi başa düşülür

e)

əmtəənin müəyyən tələblərə uyğun xarici görünüşə, dizayna və ölçülərə malik olması başa düşülür

23.

Məhsulun fərqliləşdirilməsi dərəcəsi nə qədər yüksək olarsa:

a)

bazar gücünün səviyyəsi də bir o qədər yüksək olar

b)

bazar gücünün səviyyəsi də bir o qədər aşağı olar

c)

firmaların bazar gücləri bir o qədər bərabər olar

d)

firmanın istehsal həcmi bir o qədər aşağı olar

e)

firmaların yerləşmə yerləri bir o qədər eyniləşər

24.

Təkmil rəqabət bazarı modelinin əlamətlərindən biri yanlış verilib:

a)

belə sahə bazarlarında çox sayda kiçik firmalar (bazarın miqyası ilə müqayisədə) olur

b)

firmaların bazara çıxardıqları mallar fərqliləşdirilmiş olur

c)

bütün iştirakçılar tam bazar informasiyasına malik olurlar

d)

hər cür istehsal texnologiyaları bütün firmalar üçün eyni qədər əlçatandır

e)

firmalar heç bir maneəsiz bazara daxil ola yaxud onu tərk edə bilirlər

25.

Təkmil rəqabət bazarının hansı əlaməti inhisarçı-rəqabət bazar modelinə heç uyğun gəlmir?

a)

məhsulların yekcinsliyi (standart məhsullar)

b)

bazarda çox sayda kiçik firmaların (bazarın miqyası ilə müqayisədə) mövcud olması

c)

bazara giriş-çıxışın sərbəstliyi

d)

resursların bütün firmalar üçün əlçatan olması

e)

bazar informasiyasının bütün iştirakçılar üçün eyni qədər əlçatan olması

26.

Təkmil rəqabət statik mənada:

a)

dinamik səmərəliliyi ehtiva edir

b)

minimum səmərəliliyi ehtiva edir

c)

orta səviyyəli səmərəliliyi ehtiva edir

d)

yalnız istehsalın səmərəliliyini (X-səmərəliliyi) ehtiva edir

e)

maksimum səmərəliliyi ehtiva edir

27.

İnhisarçı rəqabət bazarında qısamüddətli dövrdə firmalar yüksək mənfəətlə üzləşdikləri zaman qiymət (p):

a)

orta ümumi xərclərdən (ATC) aşağı olur

b)

orta ümumi xərclərdən (ATC) yuxarı olur

c)

inhisar səviyyədən yuxarı olur

d)

inhisar səviyyədə olur

e)

son hədd (marjinal) xərclərə bərabər olur

28.

İnhisarçı rəqabət bazarında qısamüddətli dövrdə firmalar zərərlə üzləşdikləri zaman qiymət (p):

a)

orta ümumi xərclərdən (ATC) aşağı olur

b)

orta ümumi xərclərdən (ATC) yuxarı olur

c)

inhisar səviyyədə olur

d)

son hədd (marjinal) xərclərə bərabər olur

e)

son hədd (marjinal) xərclərdən aşağı olur

29.

Digər inhisara meylli bazarlarda olduğu kimi inhisarçı rəqabət bazarlarında da:

a)

qiymət son hədd (marjinal) xərclərə bərabərdir

b)

qiymət inhisar səviyyədə olur

c)

qiymət son hədd (marjinal) xərcləri üstələyir

d)

qiymət son hədd (marjinal) xərclərdən aşağıdır

e)

bazara giriş maneələri əhəmiyyətli dərəcədə böyükdür

30.

Təkmil rəqabət bazarında tələb əyrisi:

a)

şaqulidir (qiymət xəttinə paralel)

b)

aşağıya doğru meyllidir

c)

yuxarıya doğru meyllidir

d)

üfüqidir (buraxılış miqdarı xəttinə paralel)

e)

təklif əyrisi ilə eynic istiqamətlidir