NEW
Font size
WorksheetsBank praktika imtahani
Total questions: 31
Worksheet time: 1hrs 2mins
Hansı bankların faəliyyət növünə aid deyil (xüsusi hallar nəzərə alınmadıqda)?
valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi
Lotoreyaların istehsalı və topdan satışı
maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi
pul vəsaitlərini saxlanca qəbul etmək
Depozit haqqında deyilənlərdən hansı yalnışdır ?
Depozit müqaviləsi 0 (sıfır) % dərəcəsi ilə bağlana bilməz
Tələbli və ya müddətli ola bilər
Cari hesabda saxlanılan vəsait də depozit sayılır
Müştərinin tələbi ilə qaytarılmalıdır
Banka aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri bankın aktivlərinin 10 % hissəsini təşkil edir. Aşağıdakılardan hansı doğru deyil ?
müstəqil auditorun rəyi olmalıdır
səmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı olmalıdır
səhmlərin azı 60 faizinin sahibinin (səsvermə hüququ olmaqla ) iştirak etdiyi yığıncağın qərarı olmalıdır
maliyyə bazarlarına nəzarət orqanının müsbət yazılı rəyi olmalıdır
Bank lisenziyasının və ya icazənin ləğvinə əsas üçün sadalananlardan biri səhvdir
bankın təsisçilərinin (səhmdarlarının) müraciəti (qərarı) əsasında
bank müflis elan edildikdə
bankın altı ay müddətində depozitlər və ya digər qaytarılan vəsait cəlb etmədiyi və ya kreditlər vermədiyi müəyyən edildikdə
məcmu kapitalın adekvatlıq əmsalı 2 faizdən, minimim miqdarı isə normativin dörddə birindən az olduqda
Məcmu kapitalı 100 mln olan bank barədə aşağıda sadalananlardan hansı doğru deyil
Kənar hüquqi şəxsdə iştirak payı 10 mln dan çox ola bilməz
Bütün kənar hüquqi şəxslərdə iştirakların miqdarı maksimum 40 mln ola bilər
Müşahidə Şurası iştirak payının əldə edilməsinin maksimum müddətini müəyyən edir
hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları adekvatlıq əmsalları hesablanan zaman nəzərə alınmır
Benefisiar mülkiyyətçi kimdir?
Hüquqi şəxsin icra orqanin rəhbəri və üzvləri
pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs ,xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi
Hüquqi şəxsə mühüm təsiri olan hər hansı şəxs
Hüquqi şəxsin adından əqdlər bağlamağa hüququ olan hər hansı şəxs
Mərkəzi Bank haqqında sadalananlardan biri doğru deyil
Mərkəzi Bank publik hüquqi şəxsdir
Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyildir
Mərkəzi Bankın nizamnamə fondu 5 (beş) milyon manatdır
Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikası Prezidentinə hesabat verir.
Mərkəzi Bankın pul siyasətinin alətlərinə aid deyil
açıq bazarda əməliyyatların aparılması
əhalidən qızıl zinət əşyalarının cəlbi və banklarda əməliyyat mübadiləsində istifadəsi
faiz dərəcələrinin müəyyənləşdirilməsi, depozit əməliyyatlarının aparılması
kredit təşkilatları üçün məcburi ehtiyatlanın müəyyənləşdirilməsi, yenidən maliyyələşdirilməsi
Bank hesablarına aid sadalananlardan biri doğru deyil
Cari hesablar əsasən maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır
Fiziki şəxslər hesabları əsasən daxil olan pul vəsaitinin qəbul edilməsi və hesaba salınması, hesabdan pul vəsaitlərinin köçürülməsi və verilməsi məqsədi ilə açır
Cari subhesablar müvafiq struktur bölmələrin işçilərinin əmək haqları və aidiyyatı kommunal xərclərin ödənilməsi üçün istifadə edilir
Müvəqqəti cari hesablar ölkə xaricinə pul köçürən fiziki şəxslərə açılır
Fiziki şəxs olan yeni müştəri üçün bank hesabının açılmasından öncə
sanksiya tətbiq edilməli olan şəxslərin siyahısına uyğun olması yoxlanılır (PL/TMM)
qeyri-rezident fiziki şəxslər Dövlət Miqrasiya İdarəsindən xüsusi icazə məktubu almalıdırlar
xarici dövlətlərin siyasi xadimi olması müəyyən edilməlidir
PL/TMM qanununa müvafiq olan siyahıdakı ölkələrlə əməliyyatlar aparacağı müəyyən edilməlidir
Aşağıdakılardan hansı standart imza nümunəsində göstərilmir
Hesabın sahibinin tam adı, ünvanı
Hesab sahibi hüquqi şəxs olduqda benefisiar mülkiyyətçisinə dair məlumat
İmza nümunəsi təqdim ediləcək bankın adı, SWIFT kodu, ünvanı
Hesab nömrəsi, səlahiyyətli şəxslərin adı, imza və möhür nümunələri
Nağdsız hesablaşmaların məqsədinə aid deyil
Banklar tərəfindən verilən kreditlərin həcminin azaldılması
hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, vergidən yayınmanın qarşısını almaq
nağdsız hesablaşmaları stimullaşdırmaq, dövriyyədəki pul kütləsinin idarə edilməsi
bank sisteminin inkişafını sürətləndirmək, likvidlik probleminin həllində dəstək
Valyuta mövqeyinə dair sadalananlardan biri doğru deyil
Sərbəst dönərli valyutalar – USD, EUR, CAD, JPY, GBP, CHF, XDR və sair
açıq valyuta mövqeyi limiti – açıq valyuta mövqeyinin manat ekvivalentinin bankın birinci dərəcəli kapitalına nisbəti
açıq valyuta mövqeyi – bankın ayrı - ayrı xarici valyutalarda, habelə bank metallarında olan ( balans + balansdankənar tələblərinin ) – (balans + balansdankənar öhdəliklərinin) məbləğlərinin fərqi
qapalı valyuta mövqeyi – bankın hər hansı xarici valyuta tələbləri məbləğinin onun öhdəlikləri məbləğinə bərabər olduğu valyuta mövqeyi
Bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin miqdarı aşağıdakılardan çox ola bilməz
təminatlı kredit tələbi üzrə – bankın tutulmalardan sonra I dərəcəli kapitalının 25 (iyirmi beş) faizindən
təminatsız kredit tələbi üzrə – bankın tutulmalardan sonra I dərəcəli kapitalının 10 (on) faizindən
məcmu iri kredit risklərinin miqdarı üzrə – tutulmalardan sonra bankın I dərəcəli kapitalının 10 (on) mislindən
təminatlı və təminatsız məcmu kredit tələbləri üzrə - tutulmalardan sonra bankın I dərəcəli kapitalının 25 (iyirmi beş) faizindən
“Valyuta sərvətləri”nə aid deyil
xarici valyuta
xarici valyutada verilən kreditlər
xarici valyutada qiymətli kağızlar
qiymətli metallar, qiymətli daşlar
Aşağıdakılardan hansı bankın aktivlərinə aid deyil
bank tərəfindən verilən kreditlər, geri qaytarılmaq şərti ilə yerləşdirilmiş digər aktivlər
bank tərəfindən qabaqcadan ödənilmiş vəsait, bank işində istifadə olunmayan aktivlər
müştərilərin tələbli və müddətli əmanətləri
hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşları və balansdankənar öhdəliklər
Aşağıdakı müddəalardan hansı yalnışdır
Təminatından asılı olmayaraq bütün aktivlər 240 gecikmə günündən sonra təhlükəli aktiv kimi təsnifləşdirilir
İstehlak kreditlərinin təsnifləşdirilməsi gecikmə müddəti üzrə həyata keçirilir.
Aktivlərin təsnifləşdirilməsi gecikmə müddəti və keyfiyyət meyarları üzrə ayrılıqda həyata keçirilir.
Aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir.
Kapitalın hibrid elementlərinə aid deyil
balansdankənar öhdəliklər
kumulyativ müddətsiz imtiyazlı səhmlər
qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər
subordinasiya borc öhdəlikləri
Aşağıdakılardan biri məcmu kapital və ona dair normativlərin təyin olunmasının məqsədi deyil
bankın biznes strategiyasının dəstəklənməsi
daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsi
Kreditlərin faiz dərəcəsinin aşağı salınması
əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılması
Aşağıdakı terminlərdən birinin izahı düzgün deyil
Devalvasiya- Milli valyutanın xarici valyutaya nəzərən məzənnəsinin ucuzlaşdırılmasıdır.
İşsizlik - iş tapa bilməyən əhalinin cəmi əmək qüvvəsinə (iqtisadi fəal əhali) nisbətidir.
Emissiya -Bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılmasıdır.
nflyasiya - mal və xidmət qiymətlərinin ümumi artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi prosesidir
Nağdsız hesablaşmalar və pul köçürmələri aşağıdakılardan biri ilə aparıla bilməz
Bank olmayan kredit təşkilatları
poçt rabitəsinin milli operatoru
xarici bankların yerli filialları
banklar
Bank hesabından çıxarışda aşağıdakı məlumatlardan birinin olması tələb deyil
Bankın və hesab sahibinin adı, hesab üzrə giriş və çıxış qalığı, aparılan hər bir əməliyyatın məbləği
ödəniş əməliyyatının aparıldığı hesabın nömrəsi
çıxarışın tarixi, əhatə etdiyi müddət, dövriyyələrin cəmi, hesabin valyutası
pul köçürülən qarşı tərəfin tam rekvizitləri
Pul köçürmələri haqqında sadalananlardan biri doğru deyil
Pul köçürmələri milli və xarici valyutada həyata keçirilir
Vəsaiti qəbul edən bank ödəniş sənədlərində səhvlik aşkar etdikdə və ya gələn vəsaitin 30 gün müddətində alınmaması halında pul köçürməsi geri qaytarılır və ödəyici 5 (beş) iş günü ərzində məlumatlandırılır
Pul köçürməsi aşağıdakı hallarda başa çatmış hesab olunur: vəsait alanın bank hesabına mədaxil edildikdə, bank hesabı olmayan vəsait alana nağd pul təqdim edildikdə
Pul köçürməsi vasitəsi ilə sahibkarlıq subyektləri ancaq dövlət fondlarına ödənişləri icra edə bilərlər
Kassa işinin təşkilinə dair qeyd edilənlərdən biri doğru deyil
Axşam kassası ancaq mədaxil üçün nəzərdə tutulmuşdur
Qiymətlilərin inkassasiyası kredit təşkilatının bir nəfər inkassatoru və polis əməkdaşı tərəfindən həyata keçirilir
Kredit təşkilatlarının daxili prosedurlarında nəzərdə tutulduğu halda, açarlar axşam mədaxil kassasının işçilərində saxlanıla bilər.
Nağd pulun məxarici “pul çekləri”nə və kassa məxaric orderinə əsasən həyata keçirilir
Aşağıdakılardan biri girov növü deyil
əşyanın lombardda girovu, saxlanc b) ödənilməmiş borclar müqabilində sərə
ödənilməmiş borclar müqabilində sərəncamla müştərinin hesabında dondurulmuş vəsait
hüquqların girovu, sabit girov
pul vəsaitinin girovu, dövriyyədəki malların girovu
Qiymətli kağızların növlərinə aid deyil
istiqraz, səhm, veksel
investisiya fond payı, girov kağızı ,depozitar qəbzi
ipoteka kağızı və daşınmaz əmlak sertifikatı
Emitentin firma blakında imza möhür ilə təsdiqlənmiş öhdəlik məktubu
Qiymətli kağızların növlərinə aid deyil
istiqraz, səhm, veksel
investisiya fond payı, girov kağızı ,depozitar qəbzi
ipoteka kağızı və daşınmaz əmlak sertifikatı
Emitentin firma blakında imza möhür ilə təsdiqlənmiş öhdəlik məktubu
Aşağıdakılardan biri vergi növü deyil
fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi
sadələşdirilmiş vergi , əmlak vergisi
torpaq vergisi, yol vergisi, mədən vergisi
kənd təsərrüfatı vergisi
Biri aktiv hesab (sinfi və ya qrupu, hesabı) deyil
Dövriyyədə olan banknotlar (3201 saylı hesab)
Maliyyə sektorunda yerləşdirilmiş vəsaitlər və verilmiş kreditlər (15-ci sinif), mənfəət vergisi aktivləri (24-cü sinif)
Fiziki şəxslər və sahibkarlara verilmiş kreditlər (21-ci sinif)
Digər kreditlər və əməliyyatlar (23-cü sinif, qarantiya, akkreditiv, faktorinq, forfeytinq, broker vəsair)
İcra haqqında Azərbaycan Respublikasinin qanuna əsasən: (biri doğru deyil)
Hesabda vəsait olduğu halda bank və ya digər kredit təşkilatı icra məmurundan icra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir
İcra sənədləri - Azərbaycan Respublikası məhkəmələrinin qərarları (qətnamə, qərardad, əmr vəsair), icra vərəqələri, notariusun icra qeydləri, inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar
Borclu hüquqi şəxsin banklardakı valyuta hesablarına həbs qoyulmasına yol verilmir
İcra sənədinin bank və ya digər kredit təşkilatı tərəfindən icra olunmaması inzibati məsuliyyətə səbəb olur
Aşağıdakı statistik göstəricilərdən biri doğru deyil
2020-ci ilin sonuns inflyasiya 13.3% təşkil edib, cəmi kredit qoyuluşlari 14530.4 mln AZN, cəmi depozitlər 23666.9 mln AZN
2020-ci ilin dekabr sonuna ümumi ÜDM 72432.2 mln AZN, qeyri-neft ÜDM 44862.1 mln AZN
İstehlak qiymətləri indeksi 2020-ci il üçün orta illik 2.8%, 2020-ci il üzrə büdcə gəlirləri 24673.1 mln AZN, xərcləri 26417.1 mln AZN
2020-ci il sonuna geniş pul kütləsi 20305.5 mln AZN, pul bazası 13564.2 mln AZN
