NEW
Font size
WorksheetsFirmanın iqtisadiyyatı fənni 5-ci mövzu
Total questions: 30
Worksheet time: 30mins
Sahə bazarı nəyi ifadə edir?
eyni yaxud bir-birini əvəz edə bilən mal və xidmətlər üzrə tələb və təklifin durumunu
eyni yaxud bir-birini əvəz edə bilən mal və xidmətləri istehsal edən müəssisələrin ümumi sayını
eyni yaxud bir-birini əvəz edə bilən mal və xidmətlərin ümumi istehsal həcmini
eyni yaxud bir-birini əvəz edə bilən mal və xidmətlərə ehtiyacı olan bütün insanların sayını
eyni yaxud bir-birini əvəz edə bilən mal və xidmətlərin çeşidini və sayını
Tələb əyrisi:
yuxarıya doğru meyl edir
aşağıya doğru meyl edir
qiymət oxuna paralel olur
hər zaman buraxılış miqdarı oxuna paralel olur
təklif əyrisi ilə üst-üstə düşür
Sahə bazarının miqyası bununla müəyyən edilir?
müvafiq mal və xidmətlər üzrə təklifin miqdarı ilə
müvafiq mal və xidmətlərin istehsalının miqdarı ilə
müvafiq mal və xidmətlər üzrə tələbin miqdarı ilə
müvafiq mal və xidmətlər üzrə tarazlıq qiyməti ilə
müvafiq mal və xidmətlər üzrə tələb və təklifin tarazlıq miqdarı ilə
Bazar gücü nədir?
firmanın öz məhsulunun qiymətini son hədd xərclərə bərabər səviyyədə təyin edə bilmə qabiliyyətidir
firmanın bazara çıxardığı malların çeşid müxtəlifliyidir
firmanın öz məhsulunun qiymətini son hədd xərclərdən yüksək təyin edə bilmə qabiliyyətidir
firmanın öz məhsulunun qiymətini ümumi orta xərclərdən yüksək təyin edə bilmə qabiliyyətidir
firmanın öz məhsulunu mənfəətli bir şəkildə sata bilməsidir
Bazar gücünün ölçülməsi üçün bu indeksdən (əmsaldan) istifadə olunur?
Lerner indeksi (əmsalı)
n-firma təmərküzləşmə əmsalı
Herfindal-Hirşman indeksi
istehlak qiymətləri indeksi
firmanın gəlirlilik (rentabellik) səviyyəsi
“Quruluş-davranış-nəticəlilik” (QDN) paradiqması hansı iqtisad məktəbinə məxsusdur?
Çikaqo iqtisad məktəbinə
Avstriya iqtisad məktəbinə
London iqtisad məktəbinə
Harvard iqtisad məktəbinə
Kembric iqtisad məktəbinə
“Rəqabətin hərəkətverici qüvvələri” modelinin müəllifi kimdir?
David Rikardo
Adam Smit
Maykl Porter
Ronald Kouz
Oliver Vilyamson
Qeyri-təkmil rəqabət bazarları hansılardır?
oliqopoliya bazarı və inhisarçı rəqabət bazarı
xalis inhisar bazarı, oliqopoliya bazarı və inhisarçı rəqabət bazarı
təkmil rəqabət bazarı və xalis inhisar bazarı
xalis inhisar bazarı və oliqopoliya bazarı
bütün bazar tiplərində rəqabət qeyri-təkmildir
Sahə bazarı nədir?
eyniadlı yaxud eyni (oxşar) istehlak təyinatlı mal və xidmətlərin alqı-satqısı (mübadiləsi) üzrə qarşılıqlı münasibətlərdə olan alıcı və satıcıların məcmusudur
oxşar resurslardan və eynitipli texnologiyalardan istifadə edərək eynicinsli yaxud yaxın məhsullar istehsal edən müəssisələrin məcmusudur
bir-birləri ilə qarşılıqlı əlaqədə və fəaliyyətdə olan sənaye müəssisələrinin məcmusudur
eyniadlı yaxud eyni (oxşar) istehlak təyinatlı mal və xidmətlərin istehlakçılarının məcmusudur
eyniadlı, oxşar və ya bir-birini əvəz edən məhsulları istehsal edib satan müəssisələrinin yerləşdiyi coğrafi ərazidir
Sənaye sahəsi dedikdə nə başa düşülür?
eyniadlı yaxud eyni (oxşar) istehlak təyinatlı mal və xidmətlərin alqı-satqısı (mübadiləsi) üzrə qarşılıqlı münasibətlərdə olan alıcı və satıcıların məcmusu
eyni coğrafi ərazidə yerləşən və bir-birləri ilə qarşılıqlı əlaqədə olan sənaye müəssisələrinin məcmusu
eyniadlı, oxşar və ya bir-birini əvəz edən məhsulları istehsal edib satan müəssisələrinin yerləşdiyi coğrafi ərazi
bir-birləri ilə qarşılıqlı əlaqədə və fəaliyyətdə olan sənaye müəssisələrinin məcmusu
oxşar resurslardan və eynitipli texnologiyalardan istifadə edərək eynicinsli yaxud oxşar təyinatlı məhsullar istehsal edən müəssisələrin məcmusu
Hər bir sahə bazarının ölçüsü (sərhədləri) bunlarla ifadə olunur? 1) istehsal sərhədləri; 2) əmtəə sərhədləri; 3) məkan sərhədləri; 4) istehlak sərhədləri: 5) zaman sərhədləri; 6) qiymət sərhədləri; 7) gömrük sərhədləri
2, 4 və 6
1, 6 və 7
1, 2 və 3
3, 5 və 7
2, 3 və 5
Qiymət üzrə tələbin çarpaz elastikliyinin hansı vəziyyətində qiymətləndirilən mallar qarşılıqlı əvəz olunan əmtəələr hesab olunur?
qiymət üzrə tələbin çarpaz elastikliyi 0-dan kiçik olduqda
qiymət üzrə tələbin çarpaz elastikliyi 0-a bərabər olduqda
qiymət üzrə tələbin çarpaz elastikliyi 0-dan böyük olduqda
qiymət üzrə tələbin çarpaz elastikliyi 1-ə bərabər olduqda
qiymət üzrə tələbin çarpaz elastikliyi 1-dən kiçik olduqda
Oiymət üzrə tələbin çarpaz elastikliyi göstərir ki:
hər-hansı bir mala olan tələb həmin malın istehsal xərcləri ilə yanaşı həm də başqa malların xərclərindən asılı olaraq dəyişilə bilər
hər-hansı bir mala olan tələb həmin malın özünün qiyməti ilə yanaşı həm də başqa malların qiymətindən asılı olaraq dəyişilə bilər
hər-hansı bir mala olan tələb yalnız onun öz qiymətindən asılı olaraq dəyişir
hər-hansı bir malın təklifi həmin malın istehsal texnologiyasından və xərclərindən asılı olaraq dəyişilə bilər
hər-hansı bir mala olan tələb həmin malın özünün qiyməti ilə yanaşı həm də onun istehsalına cəlb edilən resursların qiymətindən asılı olaraq dəyişilə bilər
Aşağıdakılardan hansıları bazara giriş maneələrini yaradan zəminlər hesab edilir? (3)
1) miqyas artımından qənaətin səviyyəsi; 2) əvəzedici məhsulların mövcudluğu; 3) kapitala (investisiyaya) olan tələbat; 4) texnologiyalara əlçatanlıq səviyyəsi; 5) bazarda tədarükçülərin təmərküzləşmə səviyyəsi; 6) alıcıların gəlirləri və ödəmə qabiliyyəti
2, 5 və 6
1, 2, 5 və 6
1, 3, və 4
3, 4 və 5
2, 4, 5 və 6
Firmanın bazar payı ilə bazar gücü arasında hansı əlaqə var?
firmanın bazar payı artdıqca onun bazar gücü azalır
firmanın hər cür bazar payı adətən bazar gücünə dəlalət edir
firmanın bazar payı ilə bazar gücü arasında heç bir əlaqə yoxdur
firmanın böyük bazar payı adətən onun bazar gücünə dəlalət edir
firmanın bazar gücü (hakimiyyəti) onunbazar payından asılı deyil
n-firma təmərküzləşmə əmsalı (CRn) nəyi göstərir?
bazarda olan n sayda aparıcı (yəni daha çox bazar payına malik) firmanın birgə bazar payını
bazarda olan və daha az bazar payına malik n sayda firmanın birgə bazar payını
bazarda olan istənilən n sayda firmanın birgə bazar payını
bazarda olan n sayda aparıcı firmanın bazar paylarının kvadratları cəmini
bazarda olan bütün firmaların bazar paylarının kvadratları cəmini
Herfindal-Hirşman İndeksi necə hesablanır?
bazardakı bütün firmaların bazar payı toplanılır
bazardakı n sayda aparıcı firmanın bazar payının kvadratları toplanır
bazardakı bütün firmaların (hər birinin) bazar payının kvadratları toplanır
bazardakı n sayda aparıcı firmanın bazar payları toplanılıb kvadrata yüksəldilir
bazardakı bütün firmaların bazar payları toplanılıb kvadrata yüksəldilir
Fərz edək ki, konkret sahə bazarı 5 firma arasında bərabər bölünüb, yəni hər biri 20 faizlik bazar payına malikdir. Belə bazar üçün Herfindal-Hirşman indeksi nəyə bərabərdir?
1600
100
10000
2000
80
Fərz edək ki, konkret sahə bazarında aparılmış hesablamalara əsasən Herfindal-Hirşman indeksi (HHİ) 1200-ə bərabərdir. Bu, necə bazar hesab olunur?
yüksək təmərküzləşmiş bazar
orta təmərküzləşmiş bazar
aşağı təmərküzləşmiş bazar
təmərküzləşməmiş bazar
hökmran mövqeli bazar
Fərz edək ki, konkret bir əmtəə bazarında 10 firma mövcuddur. Onlaırn bazar payı belədir: 1-ci firma – 18 faiz; 2-ci firma – 17 faiz; 3-cü və 4-cü firmalar – hər biri 15 faiz; 5-ci ci firma – 12 faiz; 6-cı firma –11 faiz, qalan 4 firmanın hər birinin – 3 faiz. 4 firma üzrə CR4 təmərküzləşmə əmsalı nə qədərdir?
12 faiz
50 faiz
65 faiz
53 faiz
70 faiz
Tələb qanunu nəyi ifadə edir?
məhsulun qiyməti ilə ona olan tələbin miqdarı arasında olan düz asılılğı
məhsulun qiyməti ilə onun təklif edilən miqdarı arasındakı düz asılılığı
məhsulun qiyməti ilə onun təklif edilən miqdarı arasındakı tərs asılılığı
məhsulun qiyməti ilə ona olan tələbin miqdarı arasında olan tərs asılılığı
məhsula olan tələblə həmin məhsulun bazar təklifi arasındakı tarazlığı
Təklif qanunu nəyi ifadə edir?
məhsulun qiyməti ilə onun təklif edilən miqdarı arasındakı tərs asılılığı
məhsulun qiyməti ilə ona olan tələbin miqdarı arasında olan tərs asılılığı
məhsulun qiyməti ilə onun təklif edilən miqdarı arasındakı düz asılılığı
məhsulun qiyməti ilə ona olan tələbin miqdarı arasında olan düz asılılığı
məhsula olan tələblə həmin məhsulun bazar təklifi arasındakı tarazlığı
Təklif əyrisi:
yuxarıya doğru meyllidir
aşağıya doğru meyllidir
qiymət oxuna paraleldir
hər zaman buraxılış miqdarı oxuna paraleldir
tələb əyrisi ilə üst-üstə düşür
Miqyasının sabit effekti nədir?
istehsal amillərinin miqyaslarının dəyişilməsi zamanı buna uyğun sabit verimliyin müşahidə olunmasıdır
istehsal amillərinin həcminin artması ilə müqayisədə məhsul buraxılışı miqdarının daha sürətlə artmasıdır
istehsal amillərinin həcminin artması ilə müqayisədə istehsalın (məhsul buraxılışının) daha az həcmlərdə artmasıdır
həm istehsal amilləri, həm də məhsul buraxılışı həcmlərinin uzun müddət sabit qalmasıdır
istehsal amillərinin miqdarının azalmasına rəğmən məhsul buraxılışı həcminin sabit qalmasıdır
Miqyasın müsbət effekti nədir?
istehsal amillərinin miqyaslarının dəyişilməsi zamanı buna uyğun sabit verimliyin müşahidə olunmasıdır
istehsal amillərinin həcminin artması ilə müqayisədə məhsul buraxılışı miqdarının daha sürətlə artmasıdır
istehsal amillərinin həcminin artması ilə müqayisədə istehsalın (məhsul buraxılışının) daha az həcmlərdə artmasıdır
həm istehsal amillərinin miqdarının, həm də məhsul buraxılışı həcmlərinin bazar miqyasından asılı olaraq dəyişməsidir
istehsal amillərinin miqdarının azalmasına rəğmən məhsul buraxılışı həcminin artmasıdır
Miqyasın mənfi effekti nədir?
istehsal amillərinin həcminin artması ilə müqayisədə istehsalın (məhsul buraxılışının) daha az həcmlərdə artmasıdır
istehsal amillərinin həcminin artması ilə müqayisədə məhsul buraxılışı miqdarının daha sürətlə artmasıdır
istehsal amillərinin miqyaslarının dəyişilməsi zamanı buna uyğun sabit verimliyin müşahidə olunmasıdır
həm istehsal amillərinin miqdarının, həm də məhsul buraxılışı həcmlərinin bazar miqyasından asılı olmayaraq dəyişməməsidir
istehsal amillərinin miqdarının artmasına rəğmən məhsul buraxılışı həcminin azalmasıdır
Miqyasının sabit effekti zamanı:
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 0-a bərabər olur, yəni α + β = 0
istehsal amillərinin heç birində artım olmur
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi dən kiçik olur, yəni α + β ˂ 1
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 1-dən böyük olur, yəni α + β ˃ 1
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 1-ə bərabər olur, yəni α + β = 1
Miqyasın müsbət effekti zamanı:
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 1-ə bərabər olur, yəni α + β = 1
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi dən kiçik olur, yəni α + β ˂ 1
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 1-dən böyük olur, yəni α + β ˃ 1
istehsal amilləri artmasa da, istehsalın həcmi artır
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 0-a bərabər olur, yəni α + β = 0
Miqyasın mənfi effekti zamanı:
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 1-ə bərabər olur, yəni α + β = 1
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi dən kiçik olur, yəni α + β ˂ 1
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 1-dən böyük olur, yəni α + β ˃ 1
istehsal amilləri artmadığı halda, istehsalın həcmi getdikcə azalır
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 0-a bərabər olur, yəni α + β = 0
Qaytarılmayan xərclər nədir?
alternativ istifadəsi mümkün olmayan aktivlərə qoyulan investisiyalardır
xammal və materialların alınması və əmək haqqı üçün artıq firmanın ödədiyi xərclərdir
alternativ istifadəsi mümkün olan aktivlərə qoyulan investisiyalardır
firmanın (biznesin) qurulmasına çəkilən xərclərdir
spesifik aktivlərin əldə edilməsinə qoyulan investisilardır
