wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Reklam və İstehsal Məsələləri

Total questions: 31

Worksheet time: 16mins

Name
Class
Date
1.

İstehsal olunmuş məhsulun istehlak dəyərinin reallaşması hansı əsas şərtdən asılıdır?

a)

Məhsulun bazarda realizasiya olunmasından

b)

Məhsulun yüksək texniki keyfiyyətə malik olmasından

c)

Məhsulun istehsal xərclərinin az olmasından

d)

Məhsulun geniş çeşiddə istehsal edilməsindən

e)

Məhsulun beynəlxalq standartlara uyğunluğundan

2.

Yeni məhsul bazara çıxarıldıqda istehlakçıların məlumat çatışmazlığı dedikdə, əsasən hansı ifadə nəzərdə tutulur?

a)

Məhsulun istehlak xüsusiyyətləri və hansı tələbatı ödəməsi ilə

b)

Məhsulun istehsal texnologiyasının mürəkkəbliyi ilə

c)

Məhsulun xammal mənbələrinin haradan gətirilməsi ilə

d)

Məhsulun istehsalçısının daxili idarəetmə sistemi ilə

e)

Məhsulun ixrac potensialı ilə

3.

Reklam marketinqin digər fəaliyyət sahələrindən əsasən nə ilə fərqlənir?

a)

Məhsul istehsal edildikdən sonra həyata keçirilməsi ilə

b)

Yalnız istehsal mərhələsində tətbiq olunması ilə

c)

Satışdan əvvəl tam başa çatdırılması ilə

d)

Yalnız satış heyəti tərəfindən icra olunması ilə

e)

Sadəcə daxili bazara yönəlməsi ilə

4.

Reklamın əsas məqsədlərindən biri aşağıdakılardan hansıdır?

a)

Məhsula tələbat yaratmaq və onun rəqabət qabiliyyətini artırmaq

b)

İstehsal xərclərini minimuma endirmək

c)

İstehlakçı gəlirlərini artırmaq

d)

Dövlət nəzarətini gücləndirmək

e)

İxrac asılılığını azaltmaq və daxili bazara yönəlmə

5.

Reklamın fransız və latın mənşəli izahı nəyi ifadə edir?

a)

Çağırmaq və diqqət cəlb etmək mənasını

b)

Məlumatı gizli ötürmək mənasını

c)

Rəqabəti məhdudlaşdırmaq və diqqət cəlb etmək mənasını

d)

görmək, eşitmək, hiss etmək mənasını

e)

Satışı məcburi hala gətirmək mənasını

6.

Güclü reklam nəzəriyyəsinə görə istehlakçı reklamın təsiri ilə hansı ardıcıllıqdan keçir?

a)

Xəbərdar olma → maraq → arzu (inam) → fəaliyyət

b)

Sınaq → möhkəmləndirmə → qərar

c)

Qərar → maraq → xəbərdar olma

d)

Satınalma → məlumatlanma → maraq

e)

Möhkəmləndirmə → sınaq → xəbərdar olma

7.

Zəif reklam nəzəriyyəsinin əsas fərqləndirici cəhəti mətnə görə nədir?

a)

Reklamın təsirinin əsasən ilk satınalmadan sonra güclənməsi

b)

Reklamın istehlakçıya dərhal qərar verdirməsi

c)

Reklamın emosional təsirinin əsas rol oynaması

d)

Reklamın yalnız imic formalaşdırması

e)

Reklamın satışd

8.

Reklamın əsas məqsədi nədir?

a)

Tələbat yaratmaq və satışları artırmaq

b)

Qiymətləri endirmək

c)

İstehsalı azaltmaq

d)

İstehlakçını aldatmaq

e)

Vergiləri azaltmaq

9.

reklamın adi informasiyadan əsas fərqi nədir?

a)

Konkret məqsədlə mala tələbat yaratmağa yönəlməsi

b)

Yalnız məlumat ötürməsi ilə kifayətlənməsi

c)

Satışdan sonra təsir göstərməsi

d)

Texniki göstəricilərin izahına üstünlük verməsi

e)

Dövlət tərəfindən tənzimlənməsi

10.

Qəzəb doğuran reklamların daha yaxşı yadda saxlanılmasının səbəbi nə ilə izah olunur?

a)

Emosional təsirin yaddaşda daha möhkəm iz buraxması ilə

b)

Reklamın tez-tez təkrar olunması ilə

c)

Məhsulun ucuz olması ilə

d)

Reklamın uzunmüddətli olması ilə

e)

Məhsulda imic formalaşdırması ilə

11.

Reklamın yaranma tarixi hansı hadisə ilə üst-üstə düşür?

a)

Bazar münasibətlərinin yaranması ilə

b)

Dövlətlərin formalaşması ilə

c)

Yazının ixtirası ilə

d)

Sənaye inqilabının başlanması ilə

e)

Kütləvi informasiya vasitələrinin yaranması ilə

12.

Peşəkar reklamın dövlət miqyasında institut kimi ilk dəfə harada formalaşdığı göstərilir?

a)

Amerikada

b)

Qədim Yunanıstanda

c)

Orta əsr Avropasında

d)

Romada

e)

Asiya ölkələrində

13.

Amerikada reklamın inkişafına şərait yaradan əsas amillərdən biri yanlış göstərilmişdir?

a)

Kənd təsərrüfatının zəifləməsi və Vergilərin azaldılması

b)

istehsalın mexanikləşdirilməsi nəticəsində mal bolluğunun yaranması,

c)

nəqliyyat şəbəkəsinin (yolların) inkişafı,

d)

icbari ibtidai təhsilin tətbiqi ilə savadlılığın artması və mətbuatın genişlənməsi,

e)

radionun, daha sonra isə televiziyanın yaranması.

14.

Reklamın əsas məqsədlərindən biri yanlış göstərilmişdir.

a)

Məhsulun istehsal prosesini gücləndirmək və satış prosesini asanlaşdırmaq

b)

məhsulun informasiyasını vermək və məhsula tələbat yaratmaq,

c)

satış prosesini asanlaşdırmaq və məhsulun rəqabət qabiliyyətini artırmaq,

d)

firmanın imicini formalaşdırmaq və satış prosesini asanlaşdırmaq

15.

Aşağıdakılardan hansı fikir Reklam anlayışını ifadə etmir.

a)

dövlət qurumlarının əhali üçün verdiyi rəsmi elan və inzibati bildirişlərdir.

b)

konkret məhsul, xidmət və ya ideya haqqında istehlakçıya təsir göstərmək və tələbat yaratmaq məqsədi ilə pullu, qeyri-şəxsi şəkildə yayılan kommunikasiya fəaliyyətidir.

c)

satıcı ilə alıcı arasında dolayı dialoq yaradaraq istehlakçını məlumatlandıran və onu müəyyən davranışa sövq edən marketinq vasitəsidir.

d)

kütləvi informasiya vasitələri ilə geniş auditoriyaya ünvanlanan, planlı və məqsədyönlü məlumat ötürülməsi formasıdır.

e)

məhsulun üstünlüklərini vurğulamaqla onun bazarda mövqeyini gücləndirməyə xidmət edən həvəsləndirmə alətidir.

16.

Güclü reklam nəzəriyyəsinə görə istehlakçı reklamın təsiri ilə hansı ardıcıllıqdan keçir?

a)

Xəbərdar olur → maraq göstərir → arzulayır və inanır → hərəkət edir

b)

Məlumatlanır → sınaqdan keçirir → möhkəmləndirir

c)

Arzulayır → məlumatlanır → hərəkət edir

d)

Sınaqdan keçirir → inanır → alır

e)

Maraq göstərir → möhkəmləndirir → alır

17.

Güclü reklam nəzəriyyəsinə əsasən reklamın əsas təsir istiqaməti hansıdır?

a)

İstehlakçının biliklərini artırmaq, münasibətini dəyişmək və almağa inandırmaq

b)

İstehlakçının yalnız məlumat səviyyəsini yüksəltmək

c)

Satınalmadan sonrakı davranışı formalaşdırmaq

d)

Alış vərdişlərini uzunmüddətli möhkəmləndirmək

e)

Məhsulun texniki keyfiyyətini artırmaq

18.

Güclü reklam nəzəriyyəsinin əsas tənqid səbəblərindən biri nədir?

a)

Satınalmadan sonrakı istehlakçı davranışını nəzərə almaması

b)

Reklamın təsirini həddən artıq zəif qiymətləndirməsi

c)

Reklamın yalnız məlumatverici rolunu qəbul etməsi

d)

İstehlakçı marağını əsas amil kimi götürməməsi

e)

Bazar şəraitini tam nəzərə alması

19.

Tənqidçilərə görə güclü reklam nəzəriyyəsində hansı fərziyyə mübahisəlidir?

a)

İstehlakçının almadan əvvəl mütləq məhsulu arzulamalı olması

b)

Reklamın məlumatverici funksiyasının olması

c)

Reklamın kütləvi xarakter daşıması

d)

Reklamın pullu kommunikasiya olması

e)

Reklamın bazar rəqabətinə təsiri

20.

Zəif reklam nəzəriyyəsinə görə istehlakçı davranışı hansı mərhələlərlə formalaşır?

a)

Məlumatlanma → sınaq → möhkəmləndirmə

b)

Maraq → arzu → satınalma

c)

Xəbərdar olma → inanma → hərəkət

d)

Arzu → sınaq → qərar

e)

Məlumatlanma → qərar → alış

21.

Zəif reklam nəzəriyyəsində istehlakçının məhsula bağlılığı nə vaxt formalaşır?

a)

İlk satınalmadan və şəxsi təcrübədən sonra

b)

Reklamı ilk dəfə gördükdə

c)

Məhsul haqqında məlumat aldıqda

d)

Reklamın intensivliyindən asılı olaraq

e)

Satınalmadan əvvəlki mərhələdə

22.

Zəif reklam nəzəriyyəsinə görə reklamın ilkin funksiyası nədir?

a)

Məlumat vermək və maraq yaratmaq

b)

İstehlakçını dərhal almağa məcbur etmək

c)

Alış vərdişlərini möhkəmləndirmək

d)

Brendə emosional bağlılıq yaratmaq

e)

Satınalmadan sonrakı davranışı idarə etmək

23.

Reklamın güclü və zəif olması nədən asılıdır?

a)

İstehlakçı cəlbediciliyinin səviyyəsindən

b)

Reklam büdcəsinin həcminindən

c)

Satış kanallarının sayından

d)

Reklamın yayım müddətindən

e)

Bazarın coğrafi ölçüsündən

24.

İstehlakçı cəlbediciliyi yüksək olduqda hansı yanaşmanın tətbiqi daha məqsədəuyğundur?

a)

Güclü reklam nəzəriyyəsinin

b)

Zəif reklam nəzəriyyəsinin

c)

Satışın həvəsləndirilməsi yanaşmasının

d)

Birbaşa marketinq yanaşmasının

e)

PR əsaslı yanaşmanın

25.

Sizcə reklamın istehlakçılara təsiri nədən asılı olaraq dəyişir?

a)

Məhsulun xüsusiyyətlərindən, bazar şəraitindən və istehlakçı davranışından

b)

Sadəcə reklamın kreativliyindən və reklama çəkilən xərcdən

c)

Reklamın tezliyindən və Satış qiymətinin səviyyəsindən

d)

Satış qiymətinin səviyyəsindən və istehlakçı davranışından

e)

Reklamın yayımlandığı mediadan və reklamın növündən

26.

Reklamın ictimai xarakteri anlayışı mətnə görə nəyi ifadə edir?

a)

Reklamın kütləvi auditoriya üçün nəzərdə tutulması və açıq informasiya forması olması

b)

Reklam istehlakçıya müxtəlif məhsulları müqayisə etməyə və seçim etməyə kömək edir.

c)

Reklamda səs, rəng, musiqi, şrift kimi vasitələrdən istifadə məhsulun daha cəlbedici təqdim olunmasına imkan verir.

d)

Reklam

27.

Reklamın ekspressivlik xüsusiyyəti nəyi ifadə edir?

a)

Reklamda səs, rəng, musiqi, şrift kimi vasitələrdən istifadə imkanını

b)

Reklam istehlakçıya müxtəlif məhsulları müqayisə etməyə və seçim etməyə kömək edir.

c)

Reklamın kütləvi auditoriya üçün nəzərdə tutulması və açıq informasiya forması olması

d)

Reklam birbaşa dialoq yaratmır.

e)

Reklamın yalnız çap mediasında istifadə edilməsi.

28.

Reklamın nəsihətvermə (öyüdvermə) qabiliyyəti əsasən hansı funksiyanı yerinə yetirir?

a)

İstehlakçıya məhsulları müqayisə etməyə və seçim etməyə kömək edir

b)

İstehlakçını məcburi satınalmaya yönəldir

c)

Reklamda səs, rəng, musiqi, şrift kimi vasitələrdən istifadə imkanı verir

d)

Məhsulun texniki istehsal prosesini açıqlayır

e)

Reklamın kütləvi auditoriya üçün nəzərdə tutulması

29.

Televiziya reklamının başqa otaqdan belə diqqət çəkməsi hansı reklam xüsusiyyəti ilə bağlıdır?

a)

Ekspressivlik xüsusiyyəti ilə

b)

İctimai xarakteri ilə

c)

Görünməzlik xüsusiyyəti ilə

d)

Nəsihətvermə qabiliyyəti ilə

e)

İnformativ neytrallığı ilə

30.

Reklamın monoloq xarakterli olması nə deməkdir?

a)

Reklamın auditoriyaya müraciət edib, dərhal cavab gözləməməsi

b)

Reklamın qarşılıqlı dialoq formasında qurulması

c)

Reklamın yalnız fərdi satış zamanı tətbiq olunması

d)

Reklamın istehlakçı rəyinə əsaslanması

e)

Reklamın sorğu və müsahibə formasında aparılması

31.

Reklamın obyekti nədir?

a)

Reklam edilən şey – məhsul, xidmət, firma, marka, şəxs və s.

b)

Reklamın məqsədi və qarşıya qoyduğu vəzifələr

c)

Reklamın yayım vasitələri (TV, radio, qəzet, internet və s.)

d)

Reklamı hazırlayan agentlik və ya yaradıcı qrup

e)

Reklamın maliyyə mənbəyi