NEW
Font size
Worksheets"Firmanın iqtisadiyyatı" Mövzu 9
Total questions: 30
Worksheet time: 30mins
Hansı firmalar qrupunda bütün üzvləri özlərinin hüquqi və təsərrüfat (istehsal, maliyyə və s.) müstəqilliklərini qoruyub saxlayırlar?
Konqlomerat
Kartel
Alyans
Konsern
Sindikat
Aşağıdakılardan hansı kartelin əlamətlərinə aid deyil?
birliyin saziş xarakterli olması;
birlik üzvü olan firmalar arasındakı sazişin qanuni olması;
birlik üzvü olan firmaların hüquqi və təsərrüfat müstəqilliklərini qoruyub saxlamaları;
birlik ştirakçılarının eyni sahədə fəaliyyət göstərən firmaların olması;
məcburetmə mexanizmlərinin mövcudluğu.
Kartelin hansı forması üzv-firmalar üçün malların satışı şərtlərini müəyyən edir?
kondisiyalaşdırıcı kartel;
istehsal karteli;
qiymət karteli;
kalkulyasiya karteli
paylı kartel.
Kartelin hansı forması iştirakçı-firmalar üçün müəyyən (miqdar, tərkib və s. üzrə) kvotalar müəyyən edən birlikdir?
qiymət kartel;
kvota karteli;
kontingenləşdirilmiş kartel;
tədarük karteli;
patent karteli.
Diskontlaşdırma amili (δ):
δ < 1 olmalıdır;
δ ≥ 1 olmalıdır;
δ 1 olmalıdır;
δ <1 olmalıdır;
δ = 1 olmalıdır;
Bertran paradoksuna görə:
bazarda bir firmanın olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun;
bazarda 2 firmanın olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun;
bazarda ən azı üç firmanın olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun;
bazarda çoxlu sayda kiçik firmaların olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun;
bazarda çoxlu orta ölülü firmaların olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun
Aşağıdakılardan hansı firmaların tez-tez xüsusi sövdələşməyə getməsinə maneə olan səbəblərə aid deyil?
hökumətlərin antiinhisar siyasəti və antiinhisar qanunvericiliyi
bütün qiymətləri yüksək dəqiqliklə izləməyin mümkün olması;
tarazlıq şərtlərini müəyyən edən diskontlaşdırma amilinin səviyyəsi;
kartelin siyasətinin müəyyən edilməsi zamanı ortaya çıxan fikirayrılıqları;
bütün qiymətləri yüksək dəqiqliklə izləmək mümkün olmaması
Aşağıdakı ifadələrdən hansı yalnışdır?
qiymətlərin aşağı düşməsini izləmək mürəkkəb olduqda, dövrü qiymət savaşları sövdələşmə iştirakçılarını daha yaxşı intizamlı edə bilər;
real həyatda qiymət savaşlarının əsas səbəbi – ayrı-ayrı şirkətlərin üzləşdikləri maliyyə problemləridir;
kartel sazişi əsasında əldə olunmuş ilkin tarazlıq halından kənarlaşmanı birbaşa müşahidə etmək mümkün olmadıqda, sözünü tutma effekti əhəmiyyətli dərəcədə azalır.
tarazlıq vəziyyətində qiymət savaşları yer alsa da, belə situasiyalar üçün yankeçmə hərəkətləri xas deyil;
heç olmazsa bir dəfə də olsun qiymət savaşına cəlb olunmayan və bunun nə ilə nəticələnəcəyini bilməyən firmanın sazişi pozmağa yönəlik addım atmağa stimulu çox zəif olur.
Aşağıdakılardan hansı firmalar arasında sövdələşməyə şərait yaradan amillərə aiddir?
Bazar gücü; Bir neçə bazarda mövcudluq və sazişlər; İnstitutsional amillər;
Bazar quruluşu və əlbirlik; Bir neçə bazarda mövcudluq və sazişlər; İnstitutsional amillər;
Bazar gücü; Bir neçə bazarda mövcudluq və sazişlər; hüquqi amillər
Bazar quruluşu və əlbirlik; Bir bazarda mövcudluq; İnstitutsional amillər;
Bunlardan heç biri.
Aşağıdakı ifadələrdən hansı yalnışdır?
firmaların sayı az və oxşar olduqda sövdələşməni qoruyub saxlamaq daha asan olur;
rəqabət aparan firmaların sayının az olduğu bazarlarda sövdələşmə əldə etmək daha asandır;
simmetrik firmalarla müqayisədə asimmetrik firmalarda sövdələşməni saxlamaq daha asandır;
maraqlı tərəflərin sayı nə qədər çox olarsa, razılaşma əldə etmək bir o qədər çətinləşir;
firmalar bir neçə bazarda rəqabət apardıqda sövdələşməni qoruyub saxlamaq daha asandır.
Roma sazişinə görə kartelin yaradılmasına qadağalar hansı halda aradan qaldırıla bilməz?
çox da böyük olmayan bazar payına sahib olacaq kartellər yaradılanda;
yeni bazarların mənimsənilməsinə yönəlik kartellər yaradılanda;
texniki tərəqqiyə imkan verən kartellər yaradılanda;
alış qiymətlərini birbaşa və ya dolayısı ilə təsbit etmək üçün kartellər yaradılanda;
“böhran” kartellər yaradılanda.
Bu halda firmalar Bertran modelinə üstünlük verirlər:
istehsal gücünün dəyişdirilməsi ilə bağlı qərarlar qısamüddətli, qiymətə dair qərarlar isə uzunmüddətli xarakter daşıdıqda
qiymətin dəyişdirilməsi ilə müqayisədə istehsal gücünün (istehsal miqdarının) dəyişdirilməsi ilə bağlı qərarlar daha uzunmüddətli (mürəkkəb) olduqda
qiymətin dəyişdirilməsi ilə müqayisədə istehsal gücünün (istehsal miqdarının) dəyişdirilməməsi ilə bağlı qərarlar daha uzunmüddətli (mürəkkəb) olduqda
həm qiymətin, həm də istehsal gücünün (istehsal miqdarının) dəyişdirilməsi ilə bağlı qərarlar eyni qədər mürəkkəb olduqda
həm qiymətin, həm də istehsal gücünün (istehsal miqdarının) dəyişdirilməsi ilə bağlı qərarlar eyni qədər asan olduqda
Bertran tarazlığı nöqtəsi:
firmaların reaksiya əyrilərinin kəsişmə nöqtəsidir
firmaların reaksiya əyrilərinin toxunma nöqtəsidir
firmaların reaksiya əyrilərinin tələb əyrisi ilə kəsişmə nöqtəsidir
firmaların reaksiya əyrilərinin tələb əyrisinə toxunma nöqtəsidir
firmaların reaksiya əyrilərinin onlaırn marjinal xərc əyriləri ilə kəsişmə nöqtəsidir
Bertran modelinin əlamətləri hansılardır? ---- 1) Koopertiv oyun modelidir; 2) Qeyri-kooperativ oyun modelidir; 3) Miqdar modelidir; 4) Qiymət modelidir; 5) Statik modeldir; 6) Dinamik modeldir
2, 3 və 5
1, 4 və 6
1, 3 və 6
2, 3 və 4
2, 4 və 5
Oliqopolist bazarlarda son hədd xərcləri artdığı halda firmanın reaksiya əyrisi:
aşağıya doğru yer dəyişir
yuxarıya doğru yer dəyişir
yerini dəyişmir
yalnz bir firmanın istehsal həcmini göstərən xəttə doğru əyilir
qabarıq forma alır
Bertran modelində tarazlıq vəziyyəti belə tapılır:
firmaların tələb əyrilərini uzlaşdırmaqla
firmaların qalıq tələb əyrilərini uzlaşdırmaqla
firmaların son hədd xərcləri əyrilərini uzlaşdırmaqla
firmaların reaksiya əyrilərini uzlaşdırmaqla
firmaların orta xərclər əyrilərini uzlaşdırmaqla
Bertran modelinə əsasən firmalar üçün qiyməti təyin etmənin 3 səviyyəsi var: 1) marjinal xərclərdən aşağı; 2) marjinal xərclər səviyyəsində; 3) marjinal xərclərlə inhisar qiyməti aralığında; 4) inhisar qiyməti səviyyəsində; 5) inhisar qiymətindən yuxarı
2, 3 və 4
1, 3 və 5
1, 2 və 4
1, 3 və 4
2, 3 və 5
Bu sahələrin hansında bertran modelinə üstünlük verilə bilər?
proqram təminatı bazarı
sement bazarı
avtomobil bazar
polad bazarı
buğda bazarı
Bu halda duopoliyanın simmetrikliyi pozulur və asimmetrik duopoliyaya çevrilir:
firmaların hər ikisinin son hədd xərcləri paralel olaraq eyni qədər dəyişdikdə
firmalardan birinin son hədd xərcləri dəyişdikdə (azaldıqda yaxud artdıqda)
firmaların son hədd xərclərində heç bir dəyişiklik baş vermədikdə
firmaların istehsal həcmləri sabit qaldıqda
məhsulun ümumi (məcmu) tələb əyrisinin uzun müddət sabit qaldığı şəraitdə
Müqayisəli statikada:
bazarın 2 tarazlıq halı müqayisə olunur və bütün dəyişənlərdə baş verən dəyişikliklər öyrənilir
bazarın tarazlıq halında dəyişənlər arasında olan münasibət aşkara çıxarılır
konkret tarazlıq halında bazarın quruluşu öyrənilir
bazarın 2 tarazlıq halı müqayisə olunur və dəyişənlərdən birində baş verən dəyişikliyin digər dəyişənlərə necə təsir etməsi proqnozlaşdırılır
bazarın bir tarazlıq halından başqasına aparan dinamik dəyişiklik trayektoriyası tapılır
Kurno modelinə əsasən duopoliya şəraitində məcmu istehsal/buraxılış həcmi:
xalis inhisarda olduğundan çox, təkmil rəqabətdə olduğundan isə azdır
xalis inhisarda olduğundan az, təkmil rəqabətdə olduğundan isə çoxdur
həm xalis inhisarda, həm də təkmil rəqabətdə olduğundan çoxdur
həm xalis inhisarda, həm də təkmil rəqabətdə olduğundan azdır
sabitdir
Qliqopoliyanın miqdar modellərində:
oliqopolist firmalar məhsulun qiyməti ilə bağlı strateji qərarlar verirlər
oliqopolist firmalar qərarlarını ardıcıl olaraq (növbə ilə) qəbul edirlər və hər birinin qərarı digər firmanın qərarına reaksiya xarakteri daşıyır
oliqopolist firmalar məhsulun istehsal/satış həcmi (miqdarı) ilə bağlı strateji qərar verirlər
oliqopolist firmaların bir-birinin qərarlarından xəbəri olmadan, lakin rəqiblərin güman olunan optimal reaksiyalarını nəzərə alaraq qərarlar verdiyi situasiyalar nəzərdən keçirilir
oliqopolist firmalar arasında məxfi (gizli) və qeyri-aşkar sövdələşmə hallarında firmaların strateji davranışları öyrənilir
Qliqopoliyanın qiymət modellərində:
oliqopolist firmalar məhsulun qiyməti ilə bağlı strateji qərarlar verirlər
oliqopolist firmalar məhsulun istehsal/satış həcmi (miqdarı) ilə bağlı strateji qərar verirlər
oliqopolist firmaların bir-birinin qərarlarından xəbəri olmadan, lakin rəqiblərin güman olunan optimal reaksiyalarını nəzərə alaraq qərarlar verdiyi situasiyalar nəzərdən keçirilir
oliqopolist firmalar qərarlarını ardıcıl olaraq (növbə ilə) qəbul edirlər və hər birinin qərarı digər firmanın qərarına reaksiya xarakteri daşıyır
oliqopolist firmalar arasında məxfi (gizli) və qeyri-aşkar sövdələşmə hallarında firmaların strateji davranışları öyrənilir
Hansı modeldə firma ilkin addım atmaq üstünlüyünə malikdir?
Bertran
Kurno
Ştakelberq
Ecuart
Modilyani
Oliqapolistik firmalar ilk olaraq istehsal buraxılışını, sonra isə qiyməti təyin edir. Nəticədə hansı tarazlıq yaranacaq?
Kurno
Bertran
Pareto
Valras
Ştakelberq
Lider-firma və davamçı-firma anlayışları hansı modelə aiddir?
Bertran
Kurno
Ştakelberq
Ecuart
Modilyani
Liderə çevrilmiş firmanın mənfəəti:
inhisar mənfəətinə bərabərdir
Kurno modeli üzrə rəqabət aparan firmanın əldə etdiyi mənfəətlə müqayisədə daha azdır
Bertran modeli üzrə rəqabət aparan firmanın əldə etdiyi mənfəətlə müqayisədə daha azdır
Kurno modeli üzrə rəqabət aparan firmanın əldə etdiyi mənfəətlə müqayisədə daha çoxdur
Bertran modeli üzrə rəqabət aparan firmanın əldə etdiyi mənfəətə bərabərdir
Son hədd xərcləri azaldığı halda
reaksiya əyrisini aşağıya doğru yer dəyişir
reaksiya əyrisini yuxarıya doğru yer dəyişir
reaksiya əyrisini sola doğru yer dəyişir
reaksiya əyrisini sağa doğru yer dəyişir
reaksiya əyrisi yer dəyişmir
Proqram təminat, elektron jurnal və kitablar bazarının təhlili üçün hansı model daha uyğundur?
Bertran
Kurno
Ştakelberq
Ecuart
Modilyani
İlk oliqapoliya modeli ?
Bertran
Kurno
Ştakelberq
Ecuart
Modilyani
