wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sosial Biznes və Siyasət

Total questions: 25

Worksheet time: 13mins

Name
Class
Date
1.

Sosial biznes modeli hansı halda sosial siyasətin məqsədlərinə effektiv dəstək verir?

a)

İctimai rifahla iqtisadi davamlılığı balanslaşdırdığı zaman

b)

Sadəcə donor maliyyəsi hesabına fəaliyyət göstərdiyi zaman

c)

Rəqabəti məhdudlaşdıraraq sosial monopoliyalar yaratdığı zaman

d)

Dövlət tərəfindən tam nəzarət edildiyi zaman

e)

Mənfəət bölgüsü həyata keçirilmədiyi zaman

2.

Sosial biznesin sosial siyasətə inteqrasiyası hansı nəticəyə gətirib çıxarır?

a)

Dövlətin sosial məsuliyyət yükünün qismən özəl sektora ötürülməsinə

b)

Sosial xidmətlərin yalnız büdcə yolu ilə maliyyələşdirilməsinə

c)

İşsizliyin inzibati yollarla aradan qaldırılmasına

d)

Dövlətin sosial təminat xərclərinin artmasına

e)

Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına

3.

Aşağıdakılardan hansı sosial biznesin dövlət siyasətinə uyğunluğunu təmin edən əsas meyardır?

a)

Sosial məqsədin iqtisadi məqsədlə uzlaşdırılması

b)

Yalnız kommersiya yönümlü investisiyaların cəlb edilməsi

c)

Mənfəətin bütünlükdə paylanması

d)

Dövlət nəzarətinin minimuma endirilməsi

e)

Donor asılılığının artırılması

4.

Bir şəhərdə evsiz insanların sığınacaq problemi dövlətin sosial siyasətinə daxil edilir. Əgər bu sahədə sosial biznes layihəsi qurularsa, onun məqsədi nə olacaq?

a)

Sosial problemi bazar əsaslı həll mexanizmi ilə aradan qaldırmaq

b)

Dövlət xərclərini tamamilə öz üzərinə götürmək

c)

Mənfəət əldə edib, sosial yönümü ikinci plana keçirmək

d)

Mövcud sosial proqramları əvəzləmək

e)

Yalnız fərdi təşəbbüslərlə sosial məsələni həll etmək

5.

Sosial problemin əsas göstəricisi nə ilə müəyyən olunur?

a)

Cəmiyyətin əhəmiyyətli hissəsini təsir edən və sosial tarazlığı pozan vəziyyətlə

b)

Yalnız fərdi narazılıqla

c)

Təsadüfi hadisələrlə

d)

Dövlətin idarəçilik strukturundakı dəyişikliklərlə

e)

Mədəni dəyərlərin dəyişməməsi ilə

6.

Aşağıdakı hallardan hansı sosial problemin formalaşmasına tipik nümunədir?

a)

Əhalinin müəyyən təbəqəsinin uzunmüddətli işsizlik vəziyyətinə düşməsi

b)

Qısamüddətli bazar qiyməti dalğalanmaları

c)

Fərdi istehlak zövqlərinin dəyişməsi

d)

Yeni texnologiyanın tətbiqi nəticəsində məhsuldarlığın artması

e)

Yerli seçkilərdə iştir

7.

Sosial problemin yaranmasında ən mühüm amil nədir?

a)

Sosial ədalətsizliyin və bərabərsizlik hissinin dərinləşməsi

b)

Dövlətin iqtisadi siyasətinin sabitliyi

c)

Cəmiyyətin adaptasiya qabiliyyətinin yüksək olması

d)

Əhalinin gəlir səviyyəsinin eyni olması

e)

Sosial təbəqələşmənin olmaması

8.

Sosial problemlərin həllində dövlət və özəl sektorun əməkdaşlığı hansı üstünlük yaradır?

a)

Resursların səmərəli bölüşdürülməsi və məsuliyyətin paylaşılması

b)

Dövlətin sosial funksiyalarının tam özəlləşdirilməsi

c)

Sosial proqramların yalnız donor dəstəyi ilə aparılması

d)

İctimai iştirakçılığın aradan qaldırılması

e)

Bazar rəqabətinin məhdudlaşdırılması

9.

Sosial problemlərin həllində “ictimai iştirakçılıq” prinsipi nəyi nəzərdə tutur?

a)

Vətəndaşların qərar qəbulunda fəal iştirakı

b)

Dövlətin bütün qərarları özbaşına qəbul etməsi

c)

Şəxsi maraqların sosial maraqlardan üstün tutulması

d)

Sosial məsuliyyətin yalnız QHT-lərə verilməsi

e)

İctimai rəyin nəzərə alınmaması

10.

Bir ölkədə yoxsulluğun azaldılması üçün dövlət QHT-lərlə birgə məşğulluq proqramı icra edir. Bu hal hansı modeli ifadə edir?

a)

İctimai-partnyorluq modeli

b)

Donor modeli

c)

Liberal bazar modeli

d)

İstehsal yönümlü model

e)

Qeyri-kommersiya modeli

11.

Sosial problemlərin həllində monitorinq və qiymətləndirmənin əsas rolu nədən ibarətdir?

a)

Təsirin effektivliyini ölçmək və siyasəti təkmilləşdirmək

b)

Layihələrin maliyyəsini azaltmaq

c)

Sosial məsuliyyəti yalnız hesabatla məhdudlaşdırmaq

d)

Dövlətin nəzarətini zəiflətmək

e)

İctimai iştirakçılığı ləğv etmək

12.

Bir QHT yaşlı insanların təcrid problemini aradan qaldırmaq üçün sosial mərkəzlər yaradır. Bu fəaliyyətin məqsədi nədir?

a)

Sosial inteqrasiya və sosial münasibətlərin bərpası

b)

Mənfəət əldə etmək

c)

Dövlət nəzarətini zəiflətmək

d)

Cəmiyyətin iqtisadi strukturunu dəyişmək

e)

Qanunvericiliyi

13.

Bir şəhərdə gənclərin işsizlik səviyyəsi artdığı üçün dövlət “Sosial Startap Fondu” yaradır. Bu qərar hansı yanaşmanı əks etdirir?

a)

Sosial biznes vasitəsilə sosial problemin innovativ həlli

b)

Ənənəvi yardım siyasəti

c)

Yalnız fiskal stimullaşdırma

d)

İdxal əvəzləyici siyasət

e)

Donor proqramı

14.

Əgər bir sosial biznes şirkəti əlilliyi olan şəxslərin məşğulluğunu təmin edirsə, bu fəaliyyət hansı növ sosial məsuliyyəti daşıyır?

a)

İctimai rifah yönümlü məsuliyyət

b)

Korporativ mənfəət yönümlü məsuliyyət

c)

Dövlət nəzarətli məsuliyyət

d)

Formal hesabat yönümlü məsuliyyət

e)

Şəxsi təşəbbüs yönümlü məsuliyyət

15.

Sosial problemə çevrilmədən öncə bir vəziyyətin hansı xüsusiyyəti olmalıdır?

a)

Cəmiyyətin geniş təbəqəsi tərəfindən problem kimi qəbul olunmalıdır

b)

Yalnız fərdi səviyyədə hiss edilməlidir

c)

Dövlət tərəfindən nəzərə alınmamalıdır

d)

Statistikalarda qeydə alınmamalıdır

e)

Yalnız media tərəfindən gündəmə gətirilməlidir

16.

Sosial siyasətin effektivliyini artırmaq üçün sosial biznes layihələri necə planlaşdırılmalıdır?

a)

Hədəf qrupa, nəticəyə və davamlılığa əsaslanmalıdır

b)

Yalnız donor maraqlarına uyğun hazırlanmalıdır

c)

Qısamüddətli reklam məqsədi daşımalıdır

d)

Dövlət büdcəsi ilə tam maliyyələşməlidir

e)

Fərdi təşəbbüslərlə məhdudlaşmalıdır

17.

Sosial problemlərin həllində “özünədayanıqlıq” prinsipi nə deməkdir?

a)

Layihənin davamlı resurs mənbəyi və sosial təsirini saxlaya bilməsi

b)

Yalnız bir dəfəlik yardım kampaniyası

c)

Dövlət subsidiya asılılığı

d)

Qısamüddətli sosial reaksiya

e)

Xarici donorların tam nəzarəti

18.

Sosial biznesin əsas məqsədini düzgün göstərən variant hansıdır?

a)

Qazanc əldə etməklə yanaşı, cəmiyyətə sosial fayda yaratmaq

b)

Yalnız kommersiya mənfəətini artırmaq

c)

Dövlət subsidiyalarından asılı qalmaq

d)

Bazar payını monopoliyalaşdırmaq

e)

Qısa müddətli gəlir əldə etmək

19.

“ABAD” layihəsinin yaranmasının başlıca məqsədi nədir?

(a)  

20.

“ABAD” layihəsinin yaranmasının başlıca məqsədi nədir?

a)

Kiçik və orta sahibkarlığa dəstək göstərmək

b)

İri sənaye müəssisələrini birləşdirmək

c)

Dövlət sektorunu özəlləşdirmək

d)

Beynəlxalq donor asılılığını artırmaq

e)

Xarici investisiya axınını məhdudlaşdırmaq

21.

“ABAD” sosial biznes modelinin fərqli cəhəti nədədir?

a)

Sahibkarları istehsal, qablaşdırma və satış prosesində dəstəkləməsi

b)

Yalnız məhsul idxalı ilə məşğul olması

c)

Dövlət tərəfindən tam maliyyələşdirilməsi

d)

Fəaliyyətinin yalnız kənd təsərrüfatı ilə məhdudlaşması

e)

Donor asılılığından azad olması

22.

“ABAD”ın sosial siyasətə verdiyi töhfə nədən ibarətdir?

a)

Məşğulluğun artırılması və yerli istehsalın stimullaşdırılması

b)

Dövlətin sosial məsuliyyətinin azaldılması

c)

Yalnız kənd yerlərində fəaliyyət göstərməsi

d)

Əhalinin istehlakını azaltması

e)

Yalnız ixrac yönümlü fəaliyyət

23.

Sosial bizneslərdə donorların fəaliyyətsizliyi hansı iqtisadi nəticəni doğura bilər?

a)

Layihələrin maliyyə çətinlikləri və dayanıqlılığın zəifləməsi

b)

Sosial məsuliyyətin avtomatik artması

c)

Sahibkarların mənfəətliliyinin yüksəlməsi

d)

Daxili bazarın tam liberallaşması

e)

İnvestisiya risklərinin azalması

24.

“ABAD”ın fəaliyyət mexanizminə görə sahibkarlara hansı dəstək növü verilir?

a)

Marketinq, qablaşdırma, brendinq və satış dəstəyi

b)

Yalnız hüquqi məsləhət xidməti

c)

Maliyyə hesabatlarının tərtibi

d)

Xarici bazarlarda istehsal

e)

Dövlət nəzarəti ilə inzibati təlim

25.

Sosial biznesin iqtisadi artıma təsirini ən düzgün göstərən fikir hansıdır?

a)

Məşğulluğun və istehsalın artması ilə milli gəlirin yüksəlməsi

b)

Dövlət xərclərinin azalması ilə işsizlik səviyyəsinin artması

c)

Əhalinin gəlir bərabərliyinin azalması

d)

İstehsalın azalması və investisiyanın azalması

e)

Əhalinin istehlak xərclərinin azalması