Font size
WorksheetsKorporativ Sosial Məsuliyyət Quiz
Total questions: 26
Worksheet time: 16mins
“Korporativ Sosial Məsuliyyət” anlayışı ilə bağlı fikirlərdən biri yanlışdır.
İş həyatındakı davranışları idarə edən etik prinsiplər və standartlar toplusudur.
Şirkətlərin cəmiyyətə təsirinə görə daşıdıqları məsuliyyətdir.
Etik dəyərləri qiymətləndirən, həmçinin insanlara, cəmiyyətlərə və ətraf mühitə hörmət edən yollarla kommersiya uğuruna nail olmaqdır.
Bütün cəmiyyətlə birlikdə həm biznesin, həm də inkişafın xeyrinə olacaq tərzdə davamlı iqtisadi inkişafa töhfə vermək məsuliyyətidir.
Cəmiyyətin və ətraf mühitin inkişafında şirkətlərin könüllü olaraq iştirak iradəsini nümayiş etdirən bir konsepsiyadır.
“KSM” üzrə 2-ci yanaşmaya görə deyilir ki, “......”. Cümləni tamamlayın.
biznesin əsas işi tək gəlirləri artırmaqdan ibarət deyil. İstənilən biznes, eyni zamanda sosial məsuliyyət də daşıyır.
biznesin yeganə məsuliyyəti gəlirləri artırmaqdır. İnsanların sosial vəziyyəti ilə bağlı isə yalnız dövlət düşünməlidir.
KSM fəaliyyəti qısa müddətli perspektivdə mənfəəti azaldır.
Dövlət və bələdiyyə hakimiyyəti orqanları kimi bazarın nüfuzlu iştirakçıları ilə münasibətlərin qaydaya salınmasına kömək edir.
uzunmüddətli perspektivdə əlverişli sosial mühit yaratmaqla davamlı mənfəət qazandırır.
“KSM” üzrə klassik yanaşmaya görə deyilir ki, “......”. Cümləni tamamlayın.
biznesin yeganə məsuliyyəti gəlirləri artırmaqdır. İnsanların sosial vəziyyəti ilə bağlı isə yalnız dövlət düşünməlidir.
biznesin əsas işi tək gəlirləri artırmaqdan ibarət deyil. İstənilən biznes, eyni zamanda sosial məsuliyyət də daşıyır.
KSM fəaliyyəti qısa müddətli perspektivdə mənfəəti azaldır.
uzunmüddətli perspektivdə əlverişli sosial mühit yaratmaqla davamlı mənfəət qazandırır.
Dövlət və bələdiyyə hakimiyyəti orqanları kimi bazarın nüfuzlu iştirakçıları ilə münasibətlərin qaydaya salınmasına kömək edir.
Uyğunluğu müəyyən edin:
şirkət rəhbərliyinin fəaliyyəti ilə məhdudlaşır.
Şirkətlərin bütün fəaliyyətini əhatə edir
büdcəsi və strategiya kimi əvvəlcədən müəyyən edilir və il ərzində həyata keçirilir.
ildə bir və ya bir neçə dəfə baş verir
məqsədyönlü strateji xətdir
KSM fəaliyyəti nələrə yol açır? Fikirlərdən biri yanlışdır.
Rəhbərin verdiyi qanuna zidd və əxlaqdan kənar əmirlərə qarşı çıxır;
Şirkətin müsbət imicinin qurulmasına və saxlanılmasına kömək edir
bazarda nüfuzlu iştirakçılar ilə münasibətlərin qaydaya salınmasına kömək edir.
Çalışqan kollektiv yaradır, kadrların qərarsızlığını minimuma endirir
Cəmiyyətin humanistləşməsinə yol açır və bununla da biznes üçün əlverişli mühit yaradır.
Sosial məsuliyyətin növlərindən biri səhv göstərilmişdir.
Dövlətə qarşı sosial məsuliyyət
İşçilərə qarşı sosial məsuliyyətlər
Səhmdarlara qarşı sosial məsuliyyət
Müştərilərə qarşı sosial məsuliyyət
Cəmiyyət qarşısında sosial məsuliyyət
Təşkilatın işçilər qarşısında vəzifələri nədir?
ədalətli əmək haqqı ödəmək, işçilərin söz azadlığı hüququnu təmin etmək, şəxsi həyatına hörmət etmək, təhlükəsiz və sağlam həyat şəraiti yaratmaq, gender bərabərsizliyini azaltmaq və.s.
ədalətli əmək haqqı ödəmək, işçilərin söz azadlığı hüququnu təmin etmək, səhmlərini başqalarına satmaq, aldadıcı və ya yanıldıcı məlumatlardan istifadə etməmək və.s
təhlükəsiz və sağlam həyat şəraiti yaratmaq, mənbələrdən səmərəli istifadə etmək, aldadıcı və ya yanıldıcı məlumatlardan istifadə etməmək, işçilərin söz azadlığı hüququnu təmin etmək və.s
şəxsi həyatına hörmət etmək, gender bərabərsizliyini azaltmaq, işçilərin söz azadlığı hüququnu təmin etmək, aldadıcı və ya yanıldıcı məlumatlardan istifadə etməmək və.s
ədalətli əmək haqqı ödəmək, tətil etmək hüququnun qarşısını almamaq, dividend almaq, səhmlərini başqalarına satmaq və.s
“Paylandıqda dividend almaq, ümumi yığıncaqda iştirak, səsvermə hüququ, seçmək və seçilmək hüququ, Məlumat əldə etmək, səhmlərini başqalarına satmaq və.s” hansı növ Sosial Məsuliyyətə aiddir?
Səhmdarlara qarşı sosial məsuliyyət
Müştərilərə qarşı sosial məsuliyyət
Cəmiyyət qarşısında sosial məsuliyyət
İşçilərə qarşı sosial məsuliyyət
ni başqalarına satmaq və.s” hansı növ Sosial Məsuliyyətə aiddir?
Səhmdarlara qarşı sosial məsuliyyət
Müştərilərə qarşı sosial məsuliyyət
Cəmiyyət qarşısında sosial məsuliyyət
İşçilərə qarşı sosial məsuliyyətlər
Ətraf mühitə qarşı sosial məsuliyyətlər
KSM strategiyaları dörd qrupa bölünür. Düzgün variantı seçin.
Rəddetmə və ya bloklama, müdafiə, uyğunlaşma, proqnozlaşdırma strategiyaları
Maliyyə, müdafiə, uyğunlaşma, satınalma strategiyaları
Rəddetmə və ya bloklama, satınalma, uyğunlaşma, ənənəvi strategiyaları
İnsan resurslarının idarə edilməsi, müdafiə, maliyyə, proqnozlaşdırma strategiyaları
Hücumçu, müdafiə, satınalma, proqnozlaşdırma strategiyaları
Səhmdarların gücünə uyğun olaraq, maraqlı tərəflərin gözləntilərini yerinə yetirməklə öz mövqeyinə zərər verməməyi hədəfləyən bir strategiya olaraq ortaya çıxır.
Uyğunlaşma strategiyaları
Müdafiə strategiyaları
Rəddetmə və ya bloklama strategiyaları
satınalma strategiyaları
Maliyyə strategiyaları
Bu strategiyanı qəbul edən müəssisələr, yerinə yetirdikləri məsuliyyətlərə baxmayaraq, etik məsuliyyətləri geniş bir perspektivdən qəbul etmirlər. Qəbul etdikləri və yerinə yetirdikləri məsuliyyətlər fəaliyyətlərini davam etdirmək üçün qanuni tələblərdir. Bunu öz maraqlarını qorumaq üçün edirlər. Hansı strategiyadan söhbət gedir?
Müdafiə strategiyaları
Rəddetmə və ya bloklama strategiyaları
satınalma strategiyaları
Maliyyə strategiyaları
Uyğunlaşma strategiyaları
İş etikası dedikdə nə başa düşürsünüz?
Şirkət daxilində qəbul edilən etik qaydaların necə ifadə olunacağını və rəhbərlərin şirkətin idarə olunmasında bu qaydaları necə həyata keçirəcəyini göstərən anlayış.
Şirkətlərin cəmiyyətə təsirinə görə daşıdıqları məsuliyyət.
İctimai həyatın bütün sahələrinin şüurlu nizamlanmasına yönəldilmiş fəaliyyət növü
Cəmiyyətin və ətraf mühitin inkişafında şirkətlərin könüllü olaraq iştirak iradəsini nümayiş etdirən bir konsepsiya.
Elmi cəhətdən formalaşdırılan biliklər sistemi
Etikanın “qızıl qaydası” dedikdə nə başa düşürsünüz?
Başqalarının sizə necə davranmasını istəyirsinizsə, siz də onlara o şəkildə davranın.
Sən
Etikanın “qızıl qaydası” dedikdə nə başa düşürsünüz?
Başqalarının sizə necə davranmasını istəyirsinizsə, siz də onlara o şəkildə davranın.
Səni tutmadıqları müddətdə, nə edə bilirsənsə et.
Hamı edir, mən niyə etməyim?
Psixoloji təcavüzdən və hər cür ayrı-seçkilikdən qaçının.
Əməyə hörmət edin və insanlara dəyər verin.
“........... “ davranış qəlibi içində olan işçilər etikanın formalaşmasına mənfi təsir göstərirlər. Çünki həmin insanlar öz mənfəətlərinə uyğun davranışlar sərgiləyirlər. Nöqtələrin yerinə uyğun gələn sözü seçin.
Mənfəətyönümlü davranış
Əxlaqyönümlü davranış
Məqsədyönümlü davranış
Vəzifəyönümlü davranış
Məhsulyönümlü davranış
Hansılar əxlaqyönümlü davranışı mənimsəyən işçini xarakterizə edir?
İşini ən yaxşı şəkildə icra edir, edənləri dəstəkləyir;
Rəhbərin verdiyi bütün göstərişləri ayırd etmədən yerinə yetirir;
Rəhbərin verdiyi qanuna zidd və əxlaqdan kənar əmirlərə qarşı çıxmır
Rəhbərin verdiyi göstərişləri özünə sərf edəcək şəkildə yerinə yetirir
öz mənfəətlərinə uyğun davranışlar sərgiləyirlər
“........... “davranış qəlibi içində olan işçilərin etikanın formalaşmasında həm müsbət, həm də mənfi təsirləri vardır. Nöqtələrin yerinə uyğun gələn sözü seçin.
Vəzifəyönümlü davranış
Məqsədyönümlü davranış
Mənfəətyönümlü davranış
Əxlaqyönümlü davranış
Məhsulyönümlü davranış
Bu vəziyyətdə fərd özünü hərkəsdən haqlı görür. Açıq formada müəssisənin qaydalarına qarşı çıxmasa da, öz bildiyini etməkdən əl çəkmir. Söhbət nədən gedir?
Eqoistlik-özünü haqlı görmək;
Özünümüdafiə
əskik dəyərləndirmə
qeyri-həssas yanaşma
eqoistlik- Özünü həddən artıq sevmək
“Müəssisə daxilində siqaret çəkmək qadağandır!” yazısı olmasına baxmayaq, nahar fasiləsi zamanı otaqda tək olan Elvin siqaret çəkməyə başlayır. İş yoldaşları otağa geri qayıtdıqlarında kəskin tütün qoxusunu hiss edirlər. Elvindən bunun səbəbini soruşduqda, “mən belə bir qadağanın təkcə iş vaxtına aid olduğunu düşünürdüm” cavabını eşidirlər. Elvinin bu davranışı nə ilə izah oluna bilər?
Fərqində olmamaq (qeyri-həssas yanaşma)
Əskik dəyərləndirmə
Elvinin bu davranışı nə ilə izah oluna bilər?
Fərqində olmamaq (qeyri-həssas yanaşma)
Əskik dəyərləndirmə
Əskik dəyərləndirm, qeyri-həssas yanaşma
Egoistlik- Özünü həddən artıq sevmək
Özünü müdafiə
Aşağıdakı bəndlərdən hansında gizlilik davranışı tam izah edilmişdir?
Müəssisənin işçiləri gizli saxlanılması məcburi olan məlumatların qorunmasına xüsusi diqqət yetirməlidirlər.
Yalan məlumat vermək, işlərin icrasında lazım olan məlumatları səlahiyyətli şəxslərdən gizlətmək, həmkarları ilə münasibətdə yalnış yönləndirmələr etməməlidir.
İşçi müəssisənin adından şəxsi mənfəəti üçün istifadə etməməlidir.
Özünün və ya başqa birinin vəzifəsindən istifadə edərək özü üçün, ailəsi üçün, başqa bir yaxını üçün mənfəət əldə etməkdən qaçmalıdır.
İşçilər bir-biri ilə münasibətdə daima düzgünlük prinsiplərinə əməl etməlidirlər.
Müəssisənin sosial mühitdəki qruplara və fərdlərə olan münasibətini əks etdirir. Çünki müəssisələr iş dünyasında fəaliyyətlərini davam etdirərkən cəmiyyətin də maraqlarını nəzərə almalıdırlar. Buna müəssisənin “....” deyilir. Cümləni tamamlayın.
Sosial öhdəliyi
İş etikası
KSM-i
Məqsədyönlü davranışı
Əxlaqyönümlü davranışı
Sosial öhdəlik 3 istiqamətdə həyata keçirilir. Bunlar hansılardır?
Qanuni öhdəlik, etik öhdəlik və könüllü öhdəlik
Qanuni öhdəlik, məqsədyönlü öhdəlik və əxlaqyönümlü öhdəlik
Vəzifəyönümlü öhdəlik, qeyri-etik öhdəlik və könüllü öhdəlik
Qanuni öhdəlik, könüllü öhdəlik və məcburi öhdəlik
Əxlaqyönümlü öhdəlik, Vəzifəyönümlü öhdəlik və məqsədyömlü öhdəlik
Qanun yox, cəmiyyət tərəfindən müəssisələrdən gözlənilən davranış və fəaliyyətlər olaraq adlandırmaq olar. Bu müəssisə qarşısında hansı öhdəlikdir?
Etik öhdəlik
Qanuni öhdəlik
Məqsədyönlü öhdəlik
Qeyri-etik öhdəlik
Könüllü öhdəlik
Hər hansı şirkətin təhsilə, mədəniyyətə maddi dəstək verməsi hansı öhdə
